2019 

 

Xoş arzularla yubilyarları

TƏBRİK EDİRİK!

 

 80 illik yubileyi ilə: 

 

Ssenarist

Alla Axundova

27.10.1939


80 illik yubileyi ilə: 

Rəssam
Rafiz Rza
30.03.1939
 

 

80 illik yubileyi ilə: 

j

Rejissor, Ssenarist
Rüstəm İbrahimbəyov
05.02.1939
 

  80 illik yubileyi ilə: 

 

Ssenarist

Svetlana İsmayılova
06.03.1939


 80 illik yubileyi ilə:  

 
Operator
Sərdar Vəliyev
14.04.1939

75 illik yubileyi ilə: 

  
Rejissor
Əbdül Mahmudov

15.05.1944


 75 illik yubileyi ilə: 

  

Rejissor

Oqtay Əlizadə

04.08.1944

 
70 illik yubileyi ilə:

  
Operator

Azər Salayev
17.05.1949

 

70 illik yubileyi ilə: 

Ssenarist
Natiq Rəsul-zadə
05.06.1949
 

70 illik yubileyi ilə: 

Operator
Vaqif Bağırov
02.09.1949
 

 60 illik yubileyi ilə: 

Kinoperator

     Rövşən Quliyev
   11.11.1959

 50 illik yubileyi ilə:  

Rejissor

Emin Mirabdullayev

13.08.1969


50 illik yubileyi ilə:

Rejissor (cizgi film)
Cavid Əhədov

05.05.1969


45 illik yubileyi ilə: 

Rejissor

Əli İsa Cabbarov

20.09.1974


40 illik yubileyi ilə: 

Rejissor

Vüqar Həmidov

29.01.1979 


40 illik yubileyi ilə: 

Rejissor

Emil Babayev

01.05.1979  


35 illik yubileyi ilə: 

Rejissor

Murad Muradov

24.06.1984 

   

 

 

 

   YADDAŞIMIZ! 

 
 
 
 
Rejissor
 
Tofiq Tağızadə
 
 
1919
 
 
100  
  

Rejissor
Fikrət Əliyev
   
   
12.12.1939 

 80  


 
 Rejissor
Hafiz Fətullayev
 

     
 
24.02.1944
 
 
 
 
 
 

 75   


Rejissor
 Operator
 
Valeri Kərimov
 
 
01.11.1949
     70
   
 
 

 
Reqlament

 


 

Professional Kinorejissorlar Gildiyası

 

Azərbaycan Kino Akademiyasının

“QIZIL PƏRİ”

kino və tv üzrə peşə mükafatının

REQLAMENTİ

 

Azərbaycan Kino Akademiyası - Azərbaycan Professional Kinorejissorlar Gildiyası,  Aktyorlar Gildiyası və Prodüserlər Gildiyasının dəstəyi ilə, audiovizual sahənin inkişafına dəstək, milli mənəvi dəyərlərin qorunub saxlanılması və bu sahədə çalışan peşəkarları - müəllifləri, ifaçıları,  prodüserləri və digər peşə sahiblərini həvəsləndirmək məqsədi ilə “QIZIL PƏRİ” peşə mükafatının 2018-ci il müsabiqəsini elan edir.

 

 1.Ümumi müddəalar

 

1.1. “QIZIL PƏRİ” Mükafatı ölkəmizdə audiovizual sahədə əldə edilmiş nəailiyyətlərə, milli və dünya audiovizual mədəniyyətinə verdiyi töhfələrə görə verilir;

1.2. “QIZIL PƏRİ” Mükafatının bütün təşkilatı məsələlərini Təşkilat Komitəsi həyata  keçirir.  

1.3. “QIZIL PƏRİ” Mükafatı müsabiqəsinin neçə ildən bir keçirilməsi və nominasiyaların sayı, Azərbaycanda istehsal olunan audiovizual əsərlərin müsabiqə üçün alternativliyini və rəqabətliliyini təmin edən dərəcədə olmasından aslı olaraq müəyyənləşdirilir. Qərar, Təşkilat Komitəsinin öncə apardığı monitorinqin nəticələri əsasında hazırladıqları və təqdim etdikləri statistik məlumatlara əsaslanaraq qəbul edilir;

1.4. 2018-ci ilin “QIZIL PƏRİ” Mükafatının nominasiyaları aşağıdakılar ola bilər:

 

I.“QIZIL PƏRİ” MÜKAFATININ:

 

1.  ən yaxşı bədii film

2.  ən yaxşı teleserial

3.  ən yaxşı sənədli film

4.  ən yaxşı telefilm

5.  ən yaxşı cizgi filmi

6.  ən yaxşı müəllif tv. verilişi  

7.  ən yaxşı qısametrajlı bədii film

8.  ən yaxşı qısametrajlı sənədli film

9.  ən yaxşı debüt

10.ən yaxşı rejissor işi

11.ən yaxşı prodüser

12.ən yaxşı orijinal ssenari

13.ən yaxşı aktrisa

14.ən yaxşı aktyor

15. ən yaxşı operator işi

16. ən yaixşı rəssam işi  

17. ən yaxşı musiqi

18. ən yaxşı montaj

19. ən yaxşı rəssam işi - geyim üzrə

20. ən yaxşı rəssam işi - qrim üzrə

21. ən yaxşı səs rejissorun işi

22. ən yaxşı xarici film (qonşu ölkələrin)

23. Milli kinonun inkişafına verdiyi töhfələrinə görə

24. Milli televiziyanın inkişafına verdiyi töhfələrinə görə

 

II. “QIZIL PƏRİ” MÜKAFATININ XÜSUSİ DİPLOMLARI:

 

1.  ən yaxşı kommersiya uğurlu film

2.  ən yaxşı tələbə işi

3.  ən yaxşı musiqi klipi

4.  ən yaxşı reklam çarxı

5.  ən yaxşı həvəskar film

6.  ən yaxşı vizual effekt

 

IİI. KİNOTƏNQİDÇİLƏRİN XÜSUSİ DİPLOMLARI:

 

1.  ilin ən yaxşı yeniliyi

2.  ən yaxşı müstəqil film

3.  ən cürətli rejissor işi.

 

1.5. “QIZIL PƏRİ” Mükafatının müsabiqəsinə buraxılan əsərlərin hər nominasiya üzrə nominantlarının  sayı  ən azı 3 (üç) olmalıdır. Hər hansı bir nominasiyanın nominantlarının sayı 3-dən az olduqda, həmin nominasiya müsabiqədən çıxarılır;

1.6. “Milli kinomuza verdiyi töhfələrinə görə” və “Milli televiziyanın inkişafına verdiyi töhfələrinə görə” nominasiyaları “QIZIL PƏRİ” Mükafatının qaliblərinin təqdimetmə mərasiminə 3 gün qalmış Kino Akademiya tərəfindən müzakirə edilərək müəyyənləşdirilir;

1.7. Nominasiyalara təqdim olunan audiovizual əsərin rejissoru və peşə nominasiyalarına təqdim olunan namizədin Azərbaycan vətəndaşı olması mütləqdir.

1.8. “QIZIL PƏRİ” Mükafatının 2018-ci il müsabiqəsi 2015 - 2018-ci illəri əhatə edərək keçirilir;

 

2. Müsabiqəyə əsərlərin qəbulu

 

2.1. Təşkilat Komitəsi bütün maraqlı tərəfləri məlumatlandırmaq məqsədi ilə “QIZIL PƏRİ” Mükafatının  reqlamenti haqqında məlumatı və ərizə formasını mətbuatda və www.audiovisual.az  saytında   yerləşdirir;

2.2. “QIZIL PƏRİ” Mükafatının 2018-ci ilin müsabiqəsinə təqdim olunan əsərlərin istehsal vaxtı:

·       2015-ci ilin iyulun 1-dən 2018-ci ilin iyulun 15-nə qədər Azərbaycan ərazisində ilk  dəfə kütləvi şəkildə nümayiş edilmiş audiovizual əsərlər;

·       TV efirində ilk nümayişləri 2015-ci ilin iyulun 1-dən 2018-ci ilin  iyulun 15-nə qədər həyata keçirilmiş telefilmlər.  

2.3.“QIZIL PƏRİ” Mükafatının 2018-ci ilin müsabiqəsində iştirak etmək üçün sənədlərin qəbulu 2018-ci ilin iyulun 16-dan başlayır;

2.4.“QIZIL PƏRİ” Mükafatının müsabiqəsində iştirak etmək üçün ərizə formalarının və materialların təqdim olunmasının son vaxtı - 2018-ci ilin oktyabr ayının 01-nə qədərdir.

2.5. Ərizə formaları hər nominasiya üzrə ayrıca doldurularaq təqdim olunur.

2.6. Müsabiqədə iştirak etmək üçün ərizə forması ilə yanaşı, audiovizual əsər ya HD ya HDV  (mp4 və ya mov) formatında və ayrıca DVD diskdə, peşə nominasiyalarına təqdim olunanlar haqqında ətraflı məlumat, əsərin reklam materialları: rejissorun və ya digər nominantın fotoportreti, filmlərdən fotolar, əsərin və nominantın iştirakı ilə 30 saniyəlik HD ya HDV (mp4 və ya mov) formatında və ayrıca DVD diskdə  təqdim olunan əsərdən video parça təqdim olunmalıdır.

2.7. Audiovizual əsər “QIZIL PƏRİ” Mükafatının müsabiqəsinə əsərin rejissoru və ya prodüseri və yaxud müvafiq nominasiyaya namizəd olan müəllif, ifaçı və ya istehsalçı tərəfindən  təqdim oluna bilər;

3. Nominantların müəyyənləşdirilməsi

 

3.1. “QIZIL PƏRİ” Mükafatının müsabiqəsinə təqdim olunmuş əsərlərin arasından nominantların müəyyənləşdirilməsi, “Seçim komissiya”sı tərəfindən həyata keçirilir;

3.2. “Seçim komissiya”sı   2018-ci ilin noyabr ayının 1-nə qədər, hər nominasiyadan 5 (beş) - ən azı 3(üç) nominant-namizəd müəyyən edir və Təşkilat Komitəsi noyabrın 1-də nominantların adlarını rəsmi açıqlayır.

3.3. “Seçim komissiya”sı  nominantın müəyyənləşdirilməsi zamanı, ehtiyac olduqda əlavə materiallar tələb edə bilər;

3.4. “Seçim komissiya”sının   yekun nəticələri protokol vasitəsilə rəsmiləşdirilir və “Seçim komissiya”sının Sədri tərəfindən təsdiq edilib imzalanır.

 

4.      Qaliblərin müəyyənləşdirilməsi

 

4.1. “QIZIL PƏRİ” Mükafatının qalibləri Kino Akademiyanın üzvlərindən yaradılmış  müəlliflər, ifaçılar və prodüserlərdən ibarət Münsiflər Heyəti, xüsusi bülletenlərin doldurulması vasitəsilə, gizli səsvermə yolu ilə müəyyən edilir.

4.2. 2018-ci ilin noyabr ayının 1-dən başlayaraq, yəni nominantlar müəyyən olunduqdan sonra Təşkilat Komitəsi nominant əsərlərin Münsiflər Heyəti üzvləri üçün baxışını həyata keçirir. Ehtiyac olduqda nominant əsərlərin nüsxələrini Münsiflər Heyəti  üzvləri arasında tanışlıq üçün yaya bilər;

4.3. Əsərlərin baxışı keçirildikdə və ya Münsiflər Heyəti üzvlərinə nominant əsərlərin nüsxələri verildikdə,  Münsiflər Heyəti üzvlərinə individual formada nominantların siyahısı olan bülleten, doldurmaq üçün təqdim olunur. Bülletendə Münsiflər Heyəti üzvünün ancaq onun özü tərəfindən doldurulmuş səkkiz rəqəmli şifrəsi olur və bununla da səs verənin məxfiliyi qorunur;

4.4. Münsiflər Heyətinin üzvləri dekabrın 1-nə qədər qalibləri müəyyənləşdirən doldurulmuş bülletenləri bağlı zərfdə,  Kinorejissorlar Gildiyasında yerləşən və möhürlənmiş qutuya salır və səsvermədə iştirakını təsdiq etmək üçün qol çəkir;

4.5. Münsiflər Heyətinin üzvü ancaq bir dəfə səsvermə qutusuna bir zərf sala bilər;

4.6. 2018-ci ilin “QIZIL PƏRİ” Peşə Mükafatının qaliblərinin  təqdim edilməsindən bir gün qabaq, Təşkilat Komitəsi möhürlənmiş qutunu açır və səsləri hesablayır.

4.7. Hesablama gizli aparılır və nəticələrinə əsasən protokol tərtib edilir  və Təşkilat Komitəsinin sədri tərəfindən təsdiq edilib imzalanır.

4.8. Protokollar və Münsiflər Heyəti tərəfindən doldurulmuş bülletenlər saxlanılması üçün Kinorejissorlar Gildiyasına verilir.

4.9. Hər nominasiya üzrə qalibin adı xüsusi zərflərdə çap edilir və təqdimetmə mərasiminə qədər açılmır.

4.10.“QIZIL PƏRİ” Mükafatınınbütün nominant iştiakçılarına, “Qızıl Pəri” peşə mükafatının nominant statusunu təsdiqləyən Diplom verilir.

5.      Təqdimetmə mərasimi

 

5.1. “QIZIL PƏRİ” Mükafatı qaliblərinin təqdimetmə mərasimi 28 dekabr 2018-ci il tarixində -  Azərbaycan kinosunun 120-illiyinin yekunu kimi keçiriləcəkdir.

5.2. Təqdimetmə mərasiminə audiovizual sahədə - kino və televiziyada çalışan  müəlliflər, ifaçılar, prodüserlər, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də tamaşaçılar,  həvəskarlar və digər qonaqlar dəvət olunur.

5.3. Qalibləri, mərasimin ssenarisi üzrə müəyyən edilmiş kino və televiziya sahəsində çalışan sənətkarlar elan edir.

 

 

“QIZIL PƏRİ”


Mükafatının təsviri