2019 

 

Xoş arzularla yubilyarları

TƏBRİK EDİRİK!

 

 80 illik yubileyi ilə: 

 

Ssenarist

Alla Axundova

27.10.1939


80 illik yubileyi ilə: 

Rəssam
Rafiz Rza
30.03.1939
 

 

80 illik yubileyi ilə: 

j

Rejissor, Ssenarist
Rüstəm İbrahimbəyov
05.02.1939
 

  80 illik yubileyi ilə: 

 

Ssenarist

Svetlana İsmayılova
06.03.1939


 80 illik yubileyi ilə:  

 
Operator
Sərdar Vəliyev
14.04.1939

75 illik yubileyi ilə: 

  
Rejissor
Əbdül Mahmudov

15.05.1944


 75 illik yubileyi ilə: 

  

Rejissor

Oqtay Əlizadə

04.08.1944

 
70 illik yubileyi ilə:

  
Operator

Azər Salayev
17.05.1949

 

70 illik yubileyi ilə: 

Ssenarist
Natiq Rəsul-zadə
05.06.1949
 

70 illik yubileyi ilə: 

Operator
Vaqif Bağırov
02.09.1949
 

 60 illik yubileyi ilə: 

Kinoperator

     Rövşən Quliyev
   11.11.1959

 50 illik yubileyi ilə:  

Rejissor

Emin Mirabdullayev

13.08.1969


50 illik yubileyi ilə:

Rejissor (cizgi film)
Cavid Əhədov

05.05.1969


45 illik yubileyi ilə: 

Rejissor

Əli İsa Cabbarov

20.09.1974


40 illik yubileyi ilə: 

Rejissor

Vüqar Həmidov

29.01.1979 


40 illik yubileyi ilə: 

Rejissor

Emil Babayev

01.05.1979  


35 illik yubileyi ilə: 

Rejissor

Murad Muradov

24.06.1984 

   

 

 

 

   YADDAŞIMIZ! 

 
 
 
 
Rejissor
 
Tofiq Tağızadə
 
 
1919
 
 
100  
  

Rejissor
Fikrət Əliyev
   
   
12.12.1939 

 80  


 
 Rejissor
Hafiz Fətullayev
 

     
 
24.02.1944
 
 
 
 
 
 

 75   


Rejissor
 Operator
 
Valeri Kərimov
 
 
01.11.1949
     70
   
 
 

 
Müəllifdən

«Audiovizual» saytın yaradılmasında məqsəd müəllif  hüquqları sahəsində ölkəmizdə    mövcud olan informasiya boşluğunu aradan qaldırmaq,  audiovizual əsər   müəlliflərinə, hüquq varislərinə və hüquq sahiblərinə onların əsərlərin istifadəsi və Kinorejissorlar Gildiyayasının fəaliyyəti haqqında ətraflı məlumat   verməkdir.  Bunlar isə öz növbəsində, Kinorejissorlar Gildiyasının əsas məqsədinə, audiovizual  müəlliflərin hüquqlarının daha da effektiv qorunmasına və 21-ci əsrdə əsas  informasiya  daşıyıcısı olan  audiovizual mədəniyyətin yaradılmasında və geniş kütlələriə çatdırılmasında  vacib rol oynayan müəlliflər, istehsalçılar və istifadəçilər  arasında münasibətlərin düzgün  formalaşmasına  yardımçı olmaqdır. Çünki, müəllif  hüquqlarının qorunması müddəti ərəfəsində müəlliflərin  hüquqlarının qorunması müəyyən dərəcədə bu münasibətlərin nə   qədər  düzgün   qurulub-qurulmamasından aslıdır.
Aydındır ki, audiovizual müəlliflərin yadadıcı, iqtisadi və hüquqi vəziyyəti yuxarıda sadaladığım amillərdən əlavə, ümumən audiovizual sənətin, sahənin, bisnesin və onun fundamental özəyi olan kinematoqrafın vəziyyəti ilə sıx bağlıdır. Müəllif hüquqları sahəsində aparılan monitorinq  zamanı, onun nəticələrində əksini tapmayan (bilavasitə monitorinqin mövzusu  ilə bağlı olmadığından) acınacaqlı faktlarla qarşılaşdıq.  Məlum oldu ki son  5-6 ildə müstəqil studiyalar tərəfindən istehsal olunmuş audiovizual əsərlərin,  demək olar ki, heç biri televiziya kanalları tərəfindən alınmamışdır!!!  Əksinə, hər hansı bir əsəri efirdə göstərmək üçün istehsalçı pul vermək məcburiyyətində qalıb –  hətta bunun  «sivil» yolunu da fikirləşiblər: filmin istehsalçısını reklam şöbəsinə yollamaq. Bu nədir? Televiziyanın kinoya olan qısqanclığı, yoxsa düşmənçiliyi?  Axı, hazır məhsulu almaq, analoji həcmdə verliş hazırlamaqdan ucuz başa gəlməlidir…
Kinoteatrlardan sonra bütün dünyada filmlərin 2-ci bazarı sayılan televiziya məkanı nə üçün Azərbayjanda öz funksiyasını yerinə yetirmir? Nəzərə alınsa ki, ölkəmizdə kinoteatr yox dərəcəsindədir, kütləvi auditoriyaya malik telekanalların belə münasibəti ilə audiovizual mədəniyyətin inkişafından danışmaq olarmı? Nə üçün istehsalla məşğul olan studiyalar, prodyuser mərkəzləri, reklam şirkətləri göbələk kimi artdığı bir zamanda, həmin studiyaların istehsal etdiyi malların satılması və yayılması ilə məşğul olacaq distribyutor təşkilatları yaradılmır?  Bu və ya buna bənzər digər sualların həllinə kömək etmək və ya həllinə şərait yaratmaq da, bizim məqsədlərimizdəndir...

 

Hüseyn Mehdiyev
Layihənin müəllifi
Kinorejissorlar Gildiyasının Sədri
kinorejissor