2019 

 

Xoş arzularla yubilyarları

TƏBRİK EDİRİK!

 

 80 illik yubileyi ilə: 

 

Ssenarist

Alla Axundova

27.10.1939


80 illik yubileyi ilə: 

Rəssam
Rafiz Rza
30.03.1939
 

 

80 illik yubileyi ilə: 

j

Rejissor, Ssenarist
Rüstəm İbrahimbəyov
05.02.1939
 

  80 illik yubileyi ilə: 

 

Ssenarist

Svetlana İsmayılova
06.03.1939


 80 illik yubileyi ilə:  

 
Operator
Sərdar Vəliyev
14.04.1939

75 illik yubileyi ilə: 

  
Rejissor
Əbdül Mahmudov

15.05.1944


 75 illik yubileyi ilə: 

  

Rejissor

Oqtay Əlizadə

04.08.1944

 
70 illik yubileyi ilə:

  
Operator

Azər Salayev
17.05.1949

 

70 illik yubileyi ilə: 

Ssenarist
Natiq Rəsul-zadə
05.06.1949
 

70 illik yubileyi ilə: 

Operator
Vaqif Bağırov
02.09.1949
 

 60 illik yubileyi ilə: 

Kinoperator

     Rövşən Quliyev
   11.11.1959

 50 illik yubileyi ilə:  

Rejissor

Emin Mirabdullayev

13.08.1969


50 illik yubileyi ilə:

Rejissor (cizgi film)
Cavid Əhədov

05.05.1969


45 illik yubileyi ilə: 

Rejissor

Əli İsa Cabbarov

20.09.1974


40 illik yubileyi ilə: 

Rejissor

Vüqar Həmidov

29.01.1979 


40 illik yubileyi ilə: 

Rejissor

Emil Babayev

01.05.1979  


35 illik yubileyi ilə: 

Rejissor

Murad Muradov

24.06.1984 

   

 

 

 

   YADDAŞIMIZ! 

 
 
 
 
Rejissor
 
Tofiq Tağızadə
 
 
1919
 
 
100  
  

Rejissor
Fikrət Əliyev
   
   
12.12.1939 

 80  


 
 Rejissor
Hafiz Fətullayev
 

     
 
24.02.1944
 
 
 
 
 
 

 75   


Rejissor
 Operator
 
Valeri Kərimov
 
 
01.11.1949
     70
   
 
 

 
Müəllifin hüquqları nədən ibarətdir?

2. Müəllifin hüquqları nədən ibarətdir?

Cavab: Müəlliflik hüququ  şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarından ibarətdir.

1. Əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır:

- əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ);

- əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ);

- əsərinin mə`nasının dəyişilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ);

- istifadədən götürmək də daxil olmaqla əsərini istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ).

2. Şəxsi hüquqlar bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarından asılı olmayaraq müəllifə məxsusdur və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalır.

3. Müəllif, istifadəçiyə dəyən zərəri və qazanacağı gəliri ödəmək şərti ilə,əsərin açıqlanması haqqında əvvələr qəbul edilmiş qərardan imtina edə bilər (imtina hüququ). Əgər əsər açıqlanmışdırsa, müəllif imtina barədə açıq çıxış etməlidir. Belə halda müəllifin həmin ana qədər hazırlanmış əsər nüsxələrini öz vəsaiti hesabına almaq ixtiyarı vardır.

Xidməti əsərlər yaradılarkən bu bəndin müddəaları tətbiq olunmur.

Əsərin müəllifinin aşağıdakı Əmlak (iqtisadi) hüquqları vardır.

1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.

2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağan etməyi bildirir:

- əsərin surətini çıxarmaq (surətçıxarma hüququ);

- əsərin nüsxələrini hər hansı üsulla yaymaq, satmaq, kirayəyə vermək və s. (yaymaq hüququ);

- əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ);

- əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ);

- əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ);

- kütləyə çatdırılması məqsədi ilə və əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla (kütləvi bildiriş hüququ);

- əsərin kütləyə çatdırlması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə bildiriş hüququ);

- kütləyə çatdırmaq üçün ilk sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kütləyə çatdırmaq üçün kabellə kütləvi bildirişi hüququ);

- əsəri tərcümə etmək (tərcümə hüququ);

- dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ).

3. Əsərlərdən istifadənin hər növünə görə müəllif qonorarının həcmi və hesablanması qaydası əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.

(Müəlliflik hüququları və əlaqəli hüquqlar haqqında» qanunundan çıxarış)

Diqqət!

Audiovizual əsər müəlliflərin, digər əsərlərin müəlliflərindən fərqi ondadır ki, audiovizual əsərin yaradılması zamanı, müəlliflə prodüser arasında bağlanılan müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müəllif əsərin istifadəsinə olan müstəsna hüquqlarını prodüserə vermiş olur.
Bu səbəbdən audiovizual əsər müəllifi prodüserlə müqavilə bağladığı an, diqqətli olmalı və öz maraqlarını və hüquqlarının pozulmasına imkan verməməlidir. Ən düzgün addım, müəllif müqaviləsini Kinorecissorlar Gildiyasına hüquqi ekspertiziyaya verməsidir.