2019 

 

Xoş arzularla yubilyarları

TƏBRİK EDİRİK!

 

 80 illik yubileyi ilə: 

 

Ssenarist

Alla Axundova

27.10.1939


80 illik yubileyi ilə: 

Rəssam
Rafiz Rza
30.03.1939
 

 

80 illik yubileyi ilə: 

j

Rejissor, Ssenarist
Rüstəm İbrahimbəyov
05.02.1939
 

  80 illik yubileyi ilə: 

 

Ssenarist

Svetlana İsmayılova
06.03.1939


 80 illik yubileyi ilə:  

 
Operator
Sərdar Vəliyev
14.04.1939

75 illik yubileyi ilə: 

  
Rejissor
Əbdül Mahmudov

15.05.1944


 75 illik yubileyi ilə: 

  

Rejissor

Oqtay Əlizadə

04.08.1944

 
70 illik yubileyi ilə:

  
Operator

Azər Salayev
17.05.1949

 

70 illik yubileyi ilə: 

Ssenarist
Natiq Rəsul-zadə
05.06.1949
 

70 illik yubileyi ilə: 

Operator
Vaqif Bağırov
02.09.1949
 

 60 illik yubileyi ilə: 

Kinoperator

     Rövşən Quliyev
   11.11.1959

 50 illik yubileyi ilə:  

Rejissor

Emin Mirabdullayev

13.08.1969


50 illik yubileyi ilə:

Rejissor (cizgi film)
Cavid Əhədov

05.05.1969


45 illik yubileyi ilə: 

Rejissor

Əli İsa Cabbarov

20.09.1974


40 illik yubileyi ilə: 

Rejissor

Vüqar Həmidov

29.01.1979 


40 illik yubileyi ilə: 

Rejissor

Emil Babayev

01.05.1979  


35 illik yubileyi ilə: 

Rejissor

Murad Muradov

24.06.1984 

   

 

 

 

   YADDAŞIMIZ! 

 
 
 
 
Rejissor
 
Tofiq Tağızadə
 
 
1919
 
 
100  
  

Rejissor
Fikrət Əliyev
   
   
12.12.1939 

 80  


 
 Rejissor
Hafiz Fətullayev
 

     
 
24.02.1944
 
 
 
 
 
 

 75   


Rejissor
 Operator
 
Valeri Kərimov
 
 
01.11.1949
     70
   
 
 

 
Mən Sovet vaxtında bir neçə bədii filmin quruluşçu rejissoru olmuşam. Praktiki olaraq mənin həmin filmlərə hansı hüquqlarım var?

12. Mən Sovet vaxtında bir neçə bədii
filmin quruluşçu rejissoru olmuşam.
Praktiki olaraq mənin həmin
filmlərə hansı hüquqlarım var?


Cavab:
Sizin, «Müəlliflik hüquqları və əlaqəli hüquqular haqqında» qanuna əsasən, həmin filmlərin bütün növ istifadəsindən qonorar almaq hüququnuz vardır. Yəni filminiz istər televiziya kanallarında istərsə də kinoteatrda nümayişindən, buraxılmış videokasset və disklərin hər nüsxəsinin satışından, filminizin xaricdə istifadəsinə və satışından əldə edilən gəlirin 6% (6%-ssenarist, 2%-operator, 2%-rəssam, 2%-bəstəkar) həjmində, musiqili filmdə isə gəlirin 4% (4%-ssenarist, 2%-operator, 2%-rəssam, 6%-bəstəkar) həcmində qonorar almaq hüququnuz var.

Qanuna uyğun olaraq «əsərlərdən istifadənin hər növünə görə müəllif qonorarının həcmi və hesablanması qaydası əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir».

Azərbaycanda audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat 1999-cu ildə dövlət qeydiyyatından keçmiş və Müəllif hüquqları Agentliyi tərəfindən qeydiyata alınmış Professional Kinorejissorlar Gildiyasıdır.

Siz öz əsərlərinizi,  əmlək hüquqlarını kollektiv əsasda idarə edən təşkilata (Kinorejissorlar Gildiyasına) üzv olmaqla və ya müqavilə əsasında idarəçiliyinə verə bilərsiniz. Sizin, hatta, üzv olmadan və müqavilə münasibətləri qurmadan əsərlərinizin istifadəsindən qonarar almaq hüququnuz var, əgər həmin audiovizual əsər digər şərikli müəlliflər tərəfindən  Gildiyaya kollektiv idarəçiliyinə verilmişdirsə.

Diqqət!
Bundan əlavə yadda saxlayın ki: heç kimin Sizin razılığınız olmadan əsərinizin «mənasının dəyişilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə» və ya adınızı titirlərdən çıxarılmasına və ya dəyişdirilməsinə ixtiyarı yoxdur. Həmçinin Sizin  şərəf və ləyaqətinizinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququnuz vardır.