2019 

 

Xoş arzularla yubilyarları

TƏBRİK EDİRİK!

 

 80 illik yubileyi ilə: 

 

Ssenarist

Alla Axundova

27.10.1939


80 illik yubileyi ilə: 

Rəssam
Rafiz Rza
30.03.1939
 

 

80 illik yubileyi ilə: 

j

Rejissor, Ssenarist
Rüstəm İbrahimbəyov
05.02.1939
 

  80 illik yubileyi ilə: 

 

Ssenarist

Svetlana İsmayılova
06.03.1939


 80 illik yubileyi ilə:  

 
Operator
Sərdar Vəliyev
14.04.1939

75 illik yubileyi ilə: 

  
Rejissor
Əbdül Mahmudov

15.05.1944


 75 illik yubileyi ilə: 

  

Rejissor

Oqtay Əlizadə

04.08.1944

 
70 illik yubileyi ilə:

  
Operator

Azər Salayev
17.05.1949

 

70 illik yubileyi ilə: 

Ssenarist
Natiq Rəsul-zadə
05.06.1949
 

70 illik yubileyi ilə: 

Operator
Vaqif Bağırov
02.09.1949
 

 60 illik yubileyi ilə: 

Kinoperator

     Rövşən Quliyev
   11.11.1959

 50 illik yubileyi ilə:  

Rejissor

Emin Mirabdullayev

13.08.1969


50 illik yubileyi ilə:

Rejissor (cizgi film)
Cavid Əhədov

05.05.1969


45 illik yubileyi ilə: 

Rejissor

Əli İsa Cabbarov

20.09.1974


40 illik yubileyi ilə: 

Rejissor

Vüqar Həmidov

29.01.1979 


40 illik yubileyi ilə: 

Rejissor

Emil Babayev

01.05.1979  


35 illik yubileyi ilə: 

Rejissor

Murad Muradov

24.06.1984 

   

 

 

 

   YADDAŞIMIZ! 

 
 
 
 
Rejissor
 
Tofiq Tağızadə
 
 
1919
 
 
100  
  

Rejissor
Fikrət Əliyev
   
   
12.12.1939 

 80  


 
 Rejissor
Hafiz Fətullayev
 

     
 
24.02.1944
 
 
 
 
 
 

 75   


Rejissor
 Operator
 
Valeri Kərimov
 
 
01.11.1949
     70
   
 
 

 
Müəlliflik hüququ

№132

 

 

«Şəxsi məqsədlər üçün fonoqrama yazılmış əsərlərin və audiovizual əsərlərin surətinin çıxarılmasına görə müəllif qonorarının minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaş-dırılması üzrə Tədbirlər Planı»nın 2.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. «Şəxsi məqsədlər üçün fonoqrama yazılmış əsərlərin və audiovizual əsərlərin surətinin çıxarılmasına görə müəllif qonorarının minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Nəzərə alınsın ki, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorar əsərlərdən və fonoqramlardan şəxsi məqsədlərlə istifadə sahəsində müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradılanadək Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən yığılır.

3 . Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 24 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir

Şəxsi məqsədlər üçün fonoqrama yazılmış əsərlərin və audiovizual əsərlərin surətinin çıxarılmasına görə müəllif qonorarının minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları

1. Bu Qaydalar «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin müddəalarına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı»nın 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və audiovizual əsərlərin və fonoqrama yazılmış əsərlərin (fonoqramların) şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə müəllif qonorarının minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.

2. Fiziki şəxslər tərəfindən audiovizual əsərlərin və fonoqramlara yazılmış əsərlərin surətinin çıxarılmasına görə müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin (o cümlədən, ifaçının və fonoqram istehsalçısının) müəllif qonorarı almaq hüququ vardır.

3. Audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə müəllif qonorarı audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan (yazılma üçün) audio-videomaqnitofonların və digər avadanlıqların (bundan sonra -avadanlıqlar), audio və (və ya) videolentlərin və kasetlərin, lazer disklərin və digər maddi daşıyıcıların (bundan sonra - maddi daşıyıcılar) istehsalçıları və idxalçıları tərəfindən ödənilir.

4. Surətçıxarma üçün istifadə olunan avadanlıqlar (o cümlədən, ev şəraitində istifadə üçün nəzərdə tutulmayan professional avadanlıqlar) və maddi daşıyıcılar ixrac edildikdə, habelə həmin avadanlıqlar və maddi daşıyıcılar fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün idxal edildikdə, qonorar ödənilmir.

5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Dövlət Statistika Komitəsi və digər aidiyyəti orqanlar audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın hesablanması və ödənilməsi işində operativliyin təmin edilməsi məqsədi ilə surətçıxarma üçün istifadə olunan avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və idxalçıları barədə tələb olunan məlumatları rübdə bir dəfə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (bundan sonra -Agentlik) sorğusu əsasında ona təqdim edirlər.

6. Audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən ödənilən müəllif qonorarının minimum məbləği qonorarın hesablandığı zaman avadanlıqların və maddi daşıyıcıların hər bir növü üzrə satış (topdansatış) qiymətinin 0,5 faizindən az olmamaqla müəyyən edilir.

Azərbaycan Respublikasında istehsal olunmuş avadanlıq və maddi daşıyıcılara görə müəllif qonorarı istehsalçı tərəfindən rübdə bir dəfə ödənilir.

Azərbaycan Respublikasına idxal olunan avadanlıq və maddi daşıyıcılara görə müəllif qonorarı malın sərbəst dövriyyəyə buraxılması üçün gömrük rəsmiləşdirilməsi başa çatdığı gündən sonra, 2 aydan gec olmayaraq, idxalçı tərəfindən ödənilməlidir.

İstehsal və ya idxal olunmuş eyni avadanlıq və maddi daşıyıcıya görə müəllif qonorarı bir dəfə və yalnız bir müqavilə üzrə ödənilir və təkrar ödənişlərin tələb edilməsi yolverilməzdir.

7. Qonorarın yığılması və bölüşdürülməsi avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və idxalçıları ilə əsərlərdən və fonoqramlardan şəxsi məqsədlərlə istifadə sahəsində yaradılan müəllif, ifaçı və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında bağlanmış və bu Qaydalara zidd olmayan müqavilə şərtlərinə uyğun həyata keçirilir.

Həmin müqavilədə avadanlıqların və maddi daşıyıcıların növünə və satış qiymətinə görə qonorarın məbləği, ödəniş qaydaları və müddəti, həmçinin, tərəflərin mühüm hesab etdikləri digər şərtlər öz əksini tapmalıdır. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hüquqlarını təmsil etdikləri müəllif, ifaçı və fonoqram istehsalçıları haqqında məlumatları Agentliyə təqdim edirlər.

8. İstehsalçılar və idxalçılar tərəfindən hesablanmış müəllif qonorarı hər rübün sonunda Agentliyin xəzinə hesabına köçürülür.

9. Avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və idxalçıları tərəfindən müəlliflərə və digər hüquq sahiblərinə qonorar kimi hesablanmış vəsait Agentliyin hesabına köçürüldükdən sonra, 10 iş günü müddətində müəlliflərə və digər hüquq sahiblərinə çatdırılmalıdır.

10. «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə hesablanmış qonorarın 40 faizi əsər müəlliflərinə, 30 faizi ifaçılara, 30 faizi fonoqram istehsalçılarına Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş ödəmə mənbəyində vergi tutulduqdan sonra ödənilir.