2019 

 

Xoş arzularla yubilyarları

TƏBRİK EDİRİK!

 

 80 illik yubileyi ilə: 

 

Ssenarist

Alla Axundova

27.10.1939


80 illik yubileyi ilə: 

Rəssam
Rafiz Rza
30.03.1939
 

 

80 illik yubileyi ilə: 

j

Rejissor, Ssenarist
Rüstəm İbrahimbəyov
05.02.1939
 

  80 illik yubileyi ilə: 

 

Ssenarist

Svetlana İsmayılova
06.03.1939


 80 illik yubileyi ilə:  

 
Operator
Sərdar Vəliyev
14.04.1939

75 illik yubileyi ilə: 

  
Rejissor
Əbdül Mahmudov

15.05.1944


 75 illik yubileyi ilə: 

  

Rejissor

Oqtay Əlizadə

04.08.1944

 
70 illik yubileyi ilə:

  
Operator

Azər Salayev
17.05.1949

 

70 illik yubileyi ilə: 

Ssenarist
Natiq Rəsul-zadə
05.06.1949
 

70 illik yubileyi ilə: 

Operator
Vaqif Bağırov
02.09.1949
 

 60 illik yubileyi ilə: 

Kinoperator

     Rövşən Quliyev
   11.11.1959

 50 illik yubileyi ilə:  

Rejissor

Emin Mirabdullayev

13.08.1969


50 illik yubileyi ilə:

Rejissor (cizgi film)
Cavid Əhədov

05.05.1969


45 illik yubileyi ilə: 

Rejissor

Əli İsa Cabbarov

20.09.1974


40 illik yubileyi ilə: 

Rejissor

Vüqar Həmidov

29.01.1979 


40 illik yubileyi ilə: 

Rejissor

Emil Babayev

01.05.1979  


35 illik yubileyi ilə: 

Rejissor

Murad Muradov

24.06.1984 

   

 

 

 

   YADDAŞIMIZ! 

 
 
 
 
Rejissor
 
Tofiq Tağızadə
 
 
1919
 
 
100  
  

Rejissor
Fikrət Əliyev
   
   
12.12.1939 

 80  


 
 Rejissor
Hafiz Fətullayev
 

     
 
24.02.1944
 
 
 
 
 
 

 75   


Rejissor
 Operator
 
Valeri Kərimov
 
 
01.11.1949
     70
   
 
 

 
Xəbərlər

«Azərbaycan Respublikasının Ümumdünya Ticarət
 Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin
 Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması
üzrə Tədbirlər Planı»nın təsdiq edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi və dünya iqtisadiyyatına inteqrasiyası baxımından Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması mühüm əhəmiyyət kəsb edir. Ümumdünya Ticarət Təşkilatının üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli danışıqlara başlamış Azərbaycan Respublikası Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesinin ən əsas mərhələsinə daxil olmuşdur.

Üzvolma prosesinin təkmilləşdirilməsini, Ümumdünya Ticarət Təşkilatına əlverişli şərtlərlə daxil olmaq üçün ölkəmizin mənafelərinin vahid danışıqlar mövqeyindən qorunmasını, habelə gələcəkdə bu təşkilata üzvlük çərçivəsində aparılacaq fəaliyyətin səmərəliliyini təmin etmək məqsədilə qərara alıram:

1. «Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı» təsdiq edilsin (əlavə olunur).

2. Tədbirlər Planının icrasına nəzarət Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə komissiyaya həvalə edilsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. 

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 2 avqust 2006-cı il
№ 1583

 

Azərbaycan Respublikasının 2006-cı il
2 avqust tarixli Sərəncamı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına
 üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya
 Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə
Tədbirlər Planı

(Əqli mülkiyyət rejiminin tənzimlənməsinə dair tədbirlər)

 

Mövzu  Qanunvericilik  Tədbirlər  İcraçı orqanlar  İcra müddəti
1 2 3 4 5

2. Ticarətlə bağlı əqli mülkiyyət rejiminintənzimlənməsinə dair tədbirlər 

2.1. Müəlliflik hüququ, əlaqəli hüquqlar və digər mülkiyyət hüquqları  «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikasının 1996-cı il 5 iyun tarixli, 115-IQ nömrəli Qanunu  «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə» Qanun layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi  Nazirlər Kabineti, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi (bundan sonra—Müəllif Hüquqları Agentliyi), Ədliyyə Nazirliyi  2007-ci ilin I rübünədək 
  «Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında» Azərbaycan Respublikası Qanun layihəsinin hazırlanması  Qanun layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi  Nazirlər Kabineti, Müəllif Hüquqları Agentliyi, Ədliyyə Nazirliyi  2007-ci ilin III rübünədək 
  «Rəqəmli şəbəkədə yayım təşkilatlarının hüquqlarının qorunması haqqında» Azərbaycan Respublikası Qanun layihəsinin hazırlanması  Qanun layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi  Nazirlər Kabineti, Müəllif Hüquqları Agentliyi, Ədliyyə Nazirliyi  2007-ci ilin IV rübünədək 
  «Azərbaycan Respublikasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsinin inkişafı üzrə 2007-2010-cu illər üçün Dövlət Proqramı («Əqli mülkiyyət Dövlət Proqramı»)» layihəsinin hazırlanması  Proqram layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi  Nazirlər Kabineti, Müəllif Hüquqları Agentliyi  2007-ci ilin II rübünədək 
  «Şəxsi məqsədlər üçün fonoqrama yazılmış əsərlərin və audiovizual əsərlərin surətinin çıxarılmasına görə müəllif qonorarının minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin hazırlanması  Nazirlər Kabinetinin müvafiq qərarının qəbul edilməsi  Nazirlər Kabineti, Müəllif Hüquqları Agentliyi  2007-ci ilin II rübünədək 
  «Əsərlərin dövlət varidatı elan edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin hazırlanması  Nazirlər Kabinetinin müvafiq qərarının qəbul edilməsi  Nazirlər Kabineti, Müəllif Hüquqları Agentliyi  2007-ci ilin II rübünədək  
  «Əlaqəli hüquqların obyektlərindən istifadəyə görə minimum tariflər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin hazırlanması  Nazirlər Kabinetinin müvafiq qərarının qəbul edilməsi  Nazirlər Kabineti, Müəllif Hüquqları Agentliyi  2007-ci ilin II rübünədək  
2.2. Əmtəə nişanları, o cümlədən xidmət nişanları, coğrafi göstəricilər, habelə mənşənin müəyyən edilməsinə dair qərardan etiraz verilməsi  «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında»Azərbaycan Respublikasının 1998-ci il 12 iyun tarixli, 504-IQ nömrəli Qanunu  «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə» Qanun layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi  Nazirlər Kabineti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi  2007-ci ilin II rübünədək 
2.3. Patentlər  «Patent haqqında» Azərbaycan Respublikasının 1997-ci il 25 iyul tarixli, 312-IQ nömrəli Qanunu  Qanunun ÜTT-nin «Əqli mülkiyyət hüquqlarının ticarət aspektləri barədə Sazişi»nin (TRİPS) müddəalarına uyğunlaşdırılmasına dair Qanun layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi   Nazirlər Kabineti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi  2007-ci ilin I rübünədək