2019 

 

Xoş arzularla yubilyarları

TƏBRİK EDİRİK!

 

 80 illik yubileyi ilə: 

 

Ssenarist

Alla Axundova

27.10.1939


80 illik yubileyi ilə: 

Rəssam
Rafiz Rza
30.03.1939
 

 

80 illik yubileyi ilə: 

j

Rejissor, Ssenarist
Rüstəm İbrahimbəyov
05.02.1939
 

  80 illik yubileyi ilə: 

 

Ssenarist

Svetlana İsmayılova
06.03.1939


 80 illik yubileyi ilə:  

 
Operator
Sərdar Vəliyev
14.04.1939

75 illik yubileyi ilə: 

  
Rejissor
Əbdül Mahmudov

15.05.1944


 75 illik yubileyi ilə: 

  

Rejissor

Oqtay Əlizadə

04.08.1944

 
70 illik yubileyi ilə:

  
Operator

Azər Salayev
17.05.1949

 

70 illik yubileyi ilə: 

Ssenarist
Natiq Rəsul-zadə
05.06.1949
 

70 illik yubileyi ilə: 

Operator
Vaqif Bağırov
02.09.1949
 

 60 illik yubileyi ilə: 

Kinoperator

     Rövşən Quliyev
   11.11.1959

 50 illik yubileyi ilə:  

Rejissor

Emin Mirabdullayev

13.08.1969


50 illik yubileyi ilə:

Rejissor (cizgi film)
Cavid Əhədov

05.05.1969


45 illik yubileyi ilə: 

Rejissor

Əli İsa Cabbarov

20.09.1974


40 illik yubileyi ilə: 

Rejissor

Vüqar Həmidov

29.01.1979 


40 illik yubileyi ilə: 

Rejissor

Emil Babayev

01.05.1979  


35 illik yubileyi ilə: 

Rejissor

Murad Muradov

24.06.1984 

   

 

 

 

   YADDAŞIMIZ! 

 
 
 
 
Rejissor
 
Tofiq Tağızadə
 
 
1919
 
 
100  
  

Rejissor
Fikrət Əliyev
   
   
12.12.1939 

 80  


 
 Rejissor
Hafiz Fətullayev
 

     
 
24.02.1944
 
 
 
 
 
 

 75   


Rejissor
 Operator
 
Valeri Kərimov
 
 
01.11.1949
     70
   
 
 

 
Xəbərlər

Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda kino sənəti bir əsrdən artıq dövr ərzində əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçmiş və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamışdır. Ölkəmizdə onun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı ilə sıx bağlıdır. Neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yaratmışdır. Burada artıq 1898-ci ildən etibarən xarici filmlər göstərilməyə başlanmış, həmin il avqustun 2-də isə neft Bakısından bəhs edən birinci xronikal kinosüjetlər nümayiş etdirilmişdir.

XX əsrin ilk onilliklərindəki Azərbaycan kinosu xalq adət-ənənələri və məişətinin dolğun təsvir olunduğu «Neft və milyonlar səltənətində», «Arşın mal alan» kimi ilk bədii filmlərlə xüsusən yadda qalmışdır. 1920-ci illərdə Azərbaycan Foto-Kino İdarəsinin təsis edilməsi, birinci dövlət kinofabrikinin açılması, aktyor və rejissor studiyalarının təşkili, sənədli və elmi-kütləvi filmlərin istehsalı milli kino sənətinin formalaşmağa başlamasının bariz nümunəsi sayıla bilər. Sonrakı illərdə cizgi kinosunun əsasının qoyulması, respublikada ilk səsli filmin ekranlara buraxılması və filmlərin Azərbaycan dilində səsləndirilməsi, yeni uğurlu kino əsərlərinin yaradılması Azərbaycan kinosunun təşəkkül tapdığını göstərir. Bu dövrdə Azərbaycan kinostudiyasında çəkilən bir sıra filmlər xarici ölkələrdə də rəğbətlə qarşılanmışdır. 1945-ci ildə ikinci dəfə ekranlaşdırılan «Arşın mal alan» filmi ayrı-ayrı dillərə dublyaj olunaraq, dünyanın müxtəlif guşələrində böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdir.

Sovetlər İttifaqında kino sənətindən, həmçinin dövlət ideologiyasının təbliğat maşını kimi istifadə edilsə də, Azərbaycanda kino yaradıcılığı işi həmin dövrdə təşkil olunmuşdur. Azərbaycan kinematoqrafiyası məhz o illərdə sistemli fəaliyyəti sayəsində getdikcə öz imkanlarını artıraraq, ciddi sənət nailiyyətləri qazanmışdır. Kinomuzun yeni inkişaf mərhələləri yaşadığı bu dövrdə ssenarist, rejissor, operator, rəssam kadrlarının bir neçə nəsli yetişmiş və milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərləri yaradılmışdır. Azərbaycan kinosu tarixinin əsl yetkinlik dövrü sayılan 1960-1980-ci illərdə isə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən və artıq mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər, ölməz «Kitabi-Dədə Qorqud» eposunun motivləri əsasında «Dədə Qorqud» filmi yaradılmış, digər görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir.

1991-ci ildən etibarən dövlətin vahid kino sistemi dağılmağa başlamış və Azərbaycan kinematoqrafiyası bir sıra çətinliklərlə qarşılaşmışdır. Keçid mərhələsindəki ciddi problemlərə baxmayaraq, müstəqillik dövründə Azərbaycan kinosu öz yaradıcılıq potensialı sayəsində qısa vaxt ərzində müəyyən uğurlar əldə etmişdir. Bununla yanaşı, milli kino ənənələrinin qorunması və Azərbaycan kinosunun dünya kinematoqrafiyasının tərkib hissəsi olaraq, yeni şəraitdə fəaliyyət göstərə bilməsi üçün bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə zərurət yaranmışdır.

Azərbaycan milli kinosunun respublikamızın mədəni həyatındakı əhəmiyyətini və gələcək inkişaf perspektivlərini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırılsın ki:

1.1. «Azərbaycanfilm» kinostudiyasının maddi-texniki bazasının müasir kino texnikası tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilərək, əsaslı şəkildə yenidən qurulması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycanın kinoteatrlar şəbəkəsinin yenidən qurulmasına, o cümlədən mövcud kinoteatr binalarında təmir-bərpa işlərinin aparılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Bakı şəhərinin «Nizami» kinoteatrında müasir tələblərə cavab verən xidmət və texniki şəraitin yaradılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. Azərbaycan Dövlət Film Fondunun yeni binasının inşası ilə bağlı və XX əsr Azərbaycan kinosunun tarixini əks etdirən kinolentlərin lazımi şəraitdə mühafizəsinə dair təkliflərini 2007-ci il 31 mart tarixinə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.5. xalqımızın tarixi və mədəni irsini özündə əks etdirən filmlərin çəkilişinin həyata keçirilməsini təmin etsin;

1.6. dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalı da nəzərə alınmaqla, «Azərbaycan kinosu 2008-2018-ci illərdə» Dövlət Proqramına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.7. Azərbaycanda xarici ölkələrin istehsalı olan filmlərin dublyaj qaydalarına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. Azərbaycan Respublikasının kinematoqrafiya sahəsində normativ hüquqi bazasının təkmilləşdirilməsi haqqında təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təklifləri əsasında kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların ölkədə və ölkə xaricində hazırlanmasına dair müvafiq proqram layihəsini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 23 fevral 2007-ci il
№ 1993