2019 

 

Xoş arzularla yubilyarları

TƏBRİK EDİRİK!

 

 80 illik yubileyi ilə: 

 

Ssenarist

Alla Axundova

27.10.1939


80 illik yubileyi ilə: 

Rəssam
Rafiz Rza
30.03.1939
 

 

80 illik yubileyi ilə: 

j

Rejissor, Ssenarist
Rüstəm İbrahimbəyov
05.02.1939
 

  80 illik yubileyi ilə: 

 

Ssenarist

Svetlana İsmayılova
06.03.1939


 80 illik yubileyi ilə:  

 
Operator
Sərdar Vəliyev
14.04.1939

75 illik yubileyi ilə: 

  
Rejissor
Əbdül Mahmudov

15.05.1944


 75 illik yubileyi ilə: 

  

Rejissor

Oqtay Əlizadə

04.08.1944

 
70 illik yubileyi ilə:

  
Operator

Azər Salayev
17.05.1949

 

70 illik yubileyi ilə: 

Ssenarist
Natiq Rəsul-zadə
05.06.1949
 

70 illik yubileyi ilə: 

Operator
Vaqif Bağırov
02.09.1949
 

 60 illik yubileyi ilə: 

Kinoperator

     Rövşən Quliyev
   11.11.1959

 50 illik yubileyi ilə:  

Rejissor

Emin Mirabdullayev

13.08.1969


50 illik yubileyi ilə:

Rejissor (cizgi film)
Cavid Əhədov

05.05.1969


45 illik yubileyi ilə: 

Rejissor

Əli İsa Cabbarov

20.09.1974


40 illik yubileyi ilə: 

Rejissor

Vüqar Həmidov

29.01.1979 


40 illik yubileyi ilə: 

Rejissor

Emil Babayev

01.05.1979  


35 illik yubileyi ilə: 

Rejissor

Murad Muradov

24.06.1984 

   

 

 

 

   YADDAŞIMIZ! 

 
 
 
 
Rejissor
 
Tofiq Tağızadə
 
 
1919
 
 
100  
  

Rejissor
Fikrət Əliyev
   
   
12.12.1939 

 80  


 
 Rejissor
Hafiz Fətullayev
 

     
 
24.02.1944
 
 
 
 
 
 

 75   


Rejissor
 Operator
 
Valeri Kərimov
 
 
01.11.1949
     70
   
 
 

 
Neolit restoranına qarşı məhkəmə iddiası

14 iyul 2005-ci il tarixində

 

Professional Kinorejitssorlar Gildiyası Azərbaycan Respublikası 1 Saylı Yerli İqtisad Məhkəməsinə, «Neolit» ailəvi-istirahət mərkəzinə qarşı respublika televiziya kanallarında «Uzaq sahillərdə» filmindən qeyri-qanuni istifadə edilməklə kommersiya məqsədi ilə reklam çarxının numayiş etdirilməsinə və müəlliflik hüquqlarının pozulmasına görə iddia ərizəsi ilə çıxış etmişdir.

Azərbaycan Respublikası  1 Saylı Yerli İqtisad məhkəməsi
22 dekabr 2005-ci il tarixində
Professional Kinorejissorlar Gildiyasının «Azərbaycanfilm» kinostudiyasının
adından verdiyi müəlliflik hüquqlarının pozulması barədə cavabdeh
«Neolit» Ailəvi-İstirahət mərkəzinə qarşı aşağıda göstərilən
iddiasına baxaraq:

     

1. Cavabdeh «Neolit» restoranı tərəfindən qeyri-qanuni olaraq kommersiya məqsədi ilə «Uzaq sahillərdə» filmindən istifadə edilməklə yaradılmış reklam çarxının telekanallarda nümayişinin qadağan edilməsi və həmin reklam çarxının kontrafakt nüsxələrinin müsadirə edilərək məhv edilməsi;

2. Azərbaycan Respublikası «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanunun 45-ji maddəsinin «b» bəndinə uyğun olaraq vurulmuş maddi ziyana görə 275 (iki yüz yetmiş beş) milyon manat miqdarında kompensasiya ödənilməsi;

3. Azərbaycan Respublikası «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanunun 14-jü və MM-nin 23-jü maddəsinə uyğun olaraq vurulmuş mənəvi ziyana görə isə 500 (beş yüz) milyon manat miqdarında jərimə ödənilməsi haqqında qətnamə çıxarasınız aşağıdakı məzmunda iddianı qismən təmin edən

Qətnamə qəbul etmişdir:

İddia qismən təmin edilsin.

Cavabdəh, «Neolit» Ailəvi-İstirahət mərkəzi tərəfindən qeyri-qanuni olaraq kommersiya məqsədi ilə «Azərbayjanfilm»Kinostudiyasının istehsalı olan «Uzaq sahillərdə» filmindən istifadə edilməklə yaradılmış reklam çarxının telekanallarda nümayişi qadağan edilsin.

Cavabdəh, «Neolit» Ailəvi-İstirahət mərkəzi tərəfindən qeyri-qanuni olaraq kommersiya məqsədi ilə «Azərbayjanfilm»Kinostudiyasının istehsalı olan «Uzaq sahillərdə» filmindən istifadə edilməklə yaradılmış reklam çarxının kontrafakt nüsxələri müsadirə edilərək  məhv edilsin.

Cavabdəh, «Neolit» Ailəvi-İstirahət mərkəzi tərəfindən qeyri-qanuni olaraq kommersiya məqsədi ilə «Azərbayjanfilm»Kinostudiyasının  xəyrinə şərti maliyyə vahidinin 5 000 misli miqdarında – 27 500 000 manat məbləğində kompensasiya tutulsun.

Cavabdəh, «Neolit» Ailəvi-İstirahət mərkəzi tərəfindən qeyri-qanuni olaraq kommersiya məqsədi ilə «Azərbayjanfilm»Kinostudiyasının  xəyrinə  20 000  manat  məbləğində dövlət rüsumu tutulsun.

İddianın   javabdəh «Neolit» restoranından    Azərbaycan Respublikası  «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında»  Qanununun 45-ji maddəsinin «b» bəndinə uyğun olaraq vurulmuş maddi ziyana görə şərti maliyyə vahidinin 45 min misli – 247 500 000 manat məbləğində kompensasiyanın tutulması hissəsi rədd edilsin.
İddianın   500.000.000 manat məbləğində mənəvi ziyanın tutulması hissəsi rədd edilsin.
Apellyasiya şikayəti məhkəmə  qətnaməsi təqdim olunan (alınan)  gündən bir ay müddətində verilə bilər.

07.03.2006-cı il tarixində

Cavabdeh «Neolit» Ailəvi İstirahət Mərkəzi Azərbayjan Respublikası Apellyasiya İqtisad Məhkəməsinə apellyasiya şikayəti ilə mürajiət edib

12.04.2006-cı il tarixində

Azərbayjan Respublikası Apellyasiya İqtisad məhkəməsi, Javabdeh «Neolit» Ailəvi İstirahət Mərkəzinin apellyasiya şikayətinə baxaraq, Azərbayjan Respublikası  1 Saylı Yerli İqtisad məhkəməsinin 22.12.2006-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və Apellyasiya şikayətin təmin edilməməsi haqqında qətnamə qəbul etmişdir.

02.08.2006-cı il tarixində

Cavabdeh «Neolit» Ailəvi İstirahət Mərkəzi Azərbayjan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti ilə mürajiət edib

15.09.2006-cı il tarixində

Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Məhkəmə Kollegiyası, Javabdeh «Neolit» Ailəvi İstirahət Mərkəzinin kassasiya şikayətinə baxaraq, Kassasiya şikayətini təmin etmiş və Azərbayjan Respublikası Apellyasiya İqtisad məhkəməsinin 12.04.2006-jı il tarixli qətnaməsini ləğv etmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə yollanılmışdır

08.11.2006-cı il tarixində

Azərbaycan Respublikası İqtisad məhkəməsi, Javabdeh «Neolit» Ailəvi İstirahət Mərkəzinin apellyasiya şikayətinə baxaraq, Azərbayjan Respublikası  1 Saylı Yerli İqtisad məhkəməsinin 22.12.2006-cı il tarixli qətnaməsinin dəyişdirilməsi və qətnamənin kompensasiya tutulması haqqında olan hissəsinin rədd edilməsi və Apellyasiya şikayətin qismən təmin edilməsi haqqında qətnamə qəbul etmişdir.

19.02.2007-cı il tarixində

Professional Kinorejissorlar Gildiyası «Azərbaycanfilm» kinostudiyasının adından    Azərbayjan Respublikası İqtisad məhkəməsinin 08.09.2006-cı il tarixli qətnaməsini qanunsuz və əsassız olduğuna görə, ləğv edilməsi və yenidən baxılması üçün Azərbaycan Respublikası  İqtisad Məhkəməsinə qaytarılmasını xahiş edərək kassasiya şikayəti ilə Azərbayjan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Məhkəmə Kollegiyasına müraciət etmişdir

06.04.2007-cı il tarixində

Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Məhkəmə Kollegiyası, kassasiya şikayəti üzrə işə baxaraq, kassasiya şikayətin təmin edilməsi, Azərbaycan Respublikası İqtisad məhkəməsinin 08.09.2006-cı il tarixli qətnaməsininin ləğv edilməsi və işin yenidən baxılması üçün İqtisadiyyat Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul etmişdir

28.06.2007-cı il tarixində

Azərbaycan Respublikası İqtisad məhkəməsi, Javabdeh «Neolit» Ailəvi İstirahət Mərkəzinin apellyasiya şikayətinə baxaraq, Azərbayjan Respublikası  1 Saylı Yerli İqtisad məhkəməsinin 22.12.2006-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və Neolit» Ailəvi İstirahət Mərkəzinin apellyasiya şikayətinin təmin edilməməsi haqqında qərar qəbul etmişdir.

06.07.2007-cı il tarixində

Azərbaycan Respublikası 1saylı Yerli İqtisad məhkəməsi, Nizami rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinə,  Azərbaycan Respublikası  1 Saylı Yerli İqtisad məhkəməsinin 22.12.2006-cı il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə 06.07.2006-cı il tarixli 1568/3-271 saylı icra vərəqəsini göndərmişdir.