Rövşən Mehdiyev

Rəssam
(07.10.1971)

Rövşən Hüsi oğlu Mehdiyev Bakıda anadan olub. Rəssamlıq Texniki Peşə Məktəbinin Ağac üzrə oyma fakültəsində (1986-1990), Moskva Dövlət İqtisadiyyat və Hüquq İnstitutunun İqtisadiyyat fakültəsində (1997-1999) təhsil alıb. 1990-cı ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır. Qazaxıstan kinematoqrafçılarının istehsalı olan “Anaya aparan yol” (2016, rejissor Akan Satayev) filminin, Hindistan istehsalı olan “Ramçaran” filminin (2017) Azərbaycan çəkilişlərində rəssam olaraq çalışıb.

http://kinobiz.az/celebrity/rovs%C9%99n-mehdiyev/

FILMOQRAFIYA:

  1. Yük (1995, tammetrajlı bədii film) – rəssam assistenti
  2. Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – rəssam assistenti
  3. Oyun (1996, qısametrajlı bədii film) – rəssam
  4. Ömürdən uzun gecə (1996, tammetrajlı film-tamaşa) – rəssam assistenti
  5. Heydər Əliyev (1997-2013, sənədli serial) – rəssam assistenti
  6. Yoxlama (2006, bədii serial) – dekor rəssamı
  7. Cavid ömrü (2007, tammetrajlı bədii film) – dekor rəssamı
  8. 2 (2008, qısametrajlı bədii film) –rəssam
  9. Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – geyim üzrə rəssam
  10. Kuklalar (II) (2009, tammetrajlı bədii film) – rəssam
  11. Əzizim Fellini (2010, tammetrajlı bədii film) – rəssam
  12. Səhərə inan… (2010, tammetrajlı bədii film) – rəssam
  13. Usta Yusifin kamançası (2010, qısametrajlı bədii film) – rəssam
  14. Dalan (2012, tammetrajlı bədii film) – rəssam
  15. Döngələr (2012, bədii serial) – rəssam
  16. Qorxma, mən səninləyəm (2012, tammetrajlı bədii film) – rəssam
  17. Alo, bu mənəm (2013, qısametrajlı bədii film) – rəssam
  18. Düşmən laylası (2014, qısametrajlı bədii film) – rəssam
  19. Keçmişdən gələn zəng (2014, qısametrajlı bədii film) – rəssam
  20. Vulkanın nəfəsi (2014, qısametrajlı sənədli film) – aktyor
  21. Bəstəkar (II) (2015, qısametrajlı sənədli film) – rəssam
  22. Cəhd (2015, qısametrajlı bədii film) – dekor rəssamı
  23. Fədakar (2015, tammetrajlı bədii film) – ikinci rəssam
  24. Ölülər XXI əsr (2016, tammetrajlı bədii film) – rəssam
  25. Bəxt üzüyü 2 (2018, tammetrajlı bədii film) – rəssam
  26. Suğra və oğulları (2020, tammetrajlı bədii film) – rəssam
  27. Qardaşdan yaxşısı yox idi (2009, tammetrajlı bədii film) – koordinator
Rovsen-2
Kontakt:055 349 75 00
Ünvan:Nərimanov rayonu F.Xoyski 98a, mənzil 2.