Rejissor
27.08.1981
Elnur Əliyev
Rejissor
Elnur Elman oğlu Əliyev Gədəbəydə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu ixtisasında (2000-2004) və magistraturasında (2004-2006) təhsil alıb. “Film” Prodüser Mərkəzində (2004-2005), “Mozalan” Satirik Kinojurnalında rejissor və ssenarist (2005-2006), ADMİU-da montaj üzrə mütəxəssis (2005-2009), “Bakifilm” kinostudiyasında prodüser (2007-2008) kimi çalışıb. “Old city film” kinoşirkətinin təsisçisidir. Hazırda “Primyer Cinema” kino şirkətində rejissordur.
- Kənddə məktəb (2005) bədii filmi
- Satılmış həyat (2008) filmi
- Günahkarlar yoxsa günahsızlar (2009) filmi
- Dördbucaq içində (2010) film
- Güllələr altında (2010) sənədli – bədii filmi
- Qorxma mən səninləyəm 2 (2011) filmi
- Erkən nigah (2012) bədi –sənədli filmi,
- Alınmaz qalanın qəhrəmanları (2013) sənədli – bədii filmi
- Qadın gücünə güc (2015) sənədli filmi
- Son nəfəsədək (2017) tammetrajlı bədii filmi
- Niyə (2018) serial
- Ailəmiz serial
