Arif Məlikov
Bəstəkar
(13.09.1933 – 09.05.2019)
Arif Cahangir oğlu Məlikov Bakıda anadan olub. Asəf Zeynallı adına musiqi məktəbində (1948), Azərbaycan Dövlət Konservatoriyasında (1953-1958, Qara Qarayevin sinfi) təhsil alıb. Bir müddət Şuşada musiqi məktəbində dərs deyib. Artıq kоnservatоriyanın ilk kursunda fоrtepianо, skripka və kvartet üçün əsərlər yazıb. 1956-cı ildə Azərbaycan bəstəkarlarının ilk qurultayında iştirak edən bəstəkar Dmitri Şоstakоviç оnun istedadını yüksək qiymətləndirib. Bu illərdə tamaşaya qоyulan “7 gözəl” və “İldırımlı yоllarla” baletləri gələcək yaradıcılığına həlledici təsir göstərir. “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşası 1961-ci ildə Leninqrad Оpera və Balet Teatrında оlub. Bundan sоnra həmin balet bütün dünyanı gəzməyə başlayıb, 63 ölkənin səhnələrində tamaşaya qоyulub. Yaradıcılığı müxtəlif janrları əhatə edir. “Məhəbbət əfsanəsi” baletinin, “Nağıl”, “Füzuli”, “Vətən”, “Metamorfozlar”, “Axırıncı aşırım” simfonik poemalarının, altı simfoniyanın müəllifidir.
Xarici film istehsalçılarının “Rüstəm haqqında dastan” (1971, rejissor Bension Kimyagərov / Tacikistan), “Ürək məsələləri” (1973, rejissor Əjdər İbrahimov / Rusiya), “Əli şimşəkli atlı” (1975, rejissor Hasan Hacıqasımov / Rusiya), “Rüstəm və Söhrab” (1976, rejissor Bension Kimyagərov / Tacikistan) filmlərinin bəstəkarıdır.
1958-ci ildən Bakı Musiqi Akademiyasında dərs deməyə başlayıb, professor (1979) və bəstəkarlıq kafedrasının müdiri kimi çalışıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olub (2014). Dövlət mükafatı laureatı (1986), “İstiqlal” (1998) və “Heydər Əliyev” ordeni (2013) mükafatçısı, Əməkdar incəsənət xadimi (1965), Azərbaycan (1978) və SSRİ Xalq artisti (1986) Arif Məlikov 2019-cu ildə vəfat edib.
- http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_may2009/79980.htm
- http://anl.az/down/meqale/medeniyyet/2010/iyun/122408.htm
- https://sia.az/az/news/politics/891863.html
- https://525.az/news/106053-arif-melikov-yaradiciligi-aheng-ve-renglerin-mohtesemliyi
- https://m.modern.az/az/news/84714/arif-melikov-ad-gununde-en-boyuk-arzusunu-aciqladi-ozel
- https://www.youtube.com/watch?v=1yyJbYxg5xY
- https://www.khazar.org/az/news/4204
FILMOQRAFIYA:
- Sehrli xalat (1964, tammetrajlı bədii film) – bəstəkar
- İyirmialtılar (1966, tammetrajlı bədii film) – bəstəkar
- Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – bəstəkar, dirijor
- Ulduzlar sönmür (1971, tammetrajlı bədii film) – bəstəkar
- Qərib cinlər diyarında (1977, tammetrajlı bədii film) – bəstəkar
- Qız qalası əfsanəsi (1978, animasiya filmi) – bəstəkar
- İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – bəstəkar, dirijor
- Doğma sahillər (1989, tammetrajlı bədii film) – bəstəkar, dirijor
- Gecə qatarında qətl (1990, tammetrajlı bədii film) – bəstəkar
- Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (1990, animasiya filmi) – bəstəkar
- Göylər sonsuz bir dənizdir (1995, sənədli serial) – bəstəsindən istifadə olunub
- Heydər Əliyev (1999-2013, sənədli serial) – bəstələrindən istifadə olunub
- Ana duasından başlanan yol (2001, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Tanrıya tapınan Kiş (2001, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Axırıncı aşırıma qədər (2002, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Hacı Qara (IV) (2002, tammetrajlı bədii film) – bəstəkar
- Tənha ruh (2002, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003, animasiya filmi) – bəstəkar
- Nəfəs alətləri (2004, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Müstəqillik yollarında (2004-2005, sənədli serial) – bəstələrindən istifadə olunub
- Ecazkar fleyta (2005, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Mücadilə (2006, tammetrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Dağlı çörəyi (2007, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Hədiyyələr, həyəcanlar… (2007, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Azərbaycan motivləri (2008, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Qarabağdır Azərbaycan (2009, qısametrajlı bədii film) – bəstəsindən istifadə olunub
- Əsrimin yazarıyam (2012, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Azərbaycan xalçaları (III) (2013, sənədli serial) – bəstələrindən istifadə olunub
