Azər Dadaşov
Bəstəkar
(01.12.1946)
Azər İsmayıl oğlu Dadaşov Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində təhsil alıb (1971, Qara Qarayevin sinfi). 16 simfoniya, 20 kantata və oda, “Kiçik Mukun sərgüzəştləri” uşaq operası, “Şərq freskası” balet miniatürü, piano ücün 3 Konsert, fleyta, viola üçün Konsertlər, kamera, nəfəs alətləri, xalq çalğı alətləri orkestrləri üçün süitalar, çox sayda kamera-instrumental və xor əsərləri, 20-dən artıq filmə musiqi, mahnılar bəstələyib. Həmçinin Milli Paraolimpiya Himnin müəllifidir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorudur (2009). “Humay” mükafat çısı (2001), Əməkdar incəsənət xadimi (2005), Xalq artistidir (2018). Azərbaycan Professional Kinorejissorlar Gildiyası İdarə Heyətinin üzvüdir.
- https://azertag.az/xeber/Bestekarlar_Ittifaqinda_Xalq_artisti_Azer_Dadasovun_75_illiyi_qeyd_olunub-1942064
- http://anl.az/down/meqale/525/2011/yanvar/150624.htm
- http://kinobiz.az/celebrity/az%C9%99r-dadasov/
- https://ikisahil.az/post/279723-ozunemexsus-uslub-yaratmaga-muveffeq-olmush-bestekar-azer-dadashov-75
- https://adalet.az/mobil/216267
- https://tehsil.biz/news/az/28654/Azr-Dadaovun-srlrinin-n-yax-ifas-V-Beynlxalq-msabiqsin-yekun-vurulub
FILMOQRAFIYA:
- Arvadım mənim, uşaqlarım mənim (1978, tammetrajlı bədii film, kino-almanax) – bəstəkar
- Arzunu yarat (1979, animasiya filmi) – bəstəkar
- Anın quruluşu (1980, tammetrajlı bədii film) – bəstəkar
- Dəcəl dovşan (1981, animasiya filmi) – bəstəkar
- Ev dirəyi – el dirəyi (1982, qısametrajlı sənədli film) – bəstəkar
- Sehrli ləçək (1983, animasiya filmi) – bəstəkar
- Uçan zürafə (1983, animasiya filmi) – bəstəkar
- Yeni evlənənlər (1983, qısametrajlı bədii film) – bəstəkar
- Qəribə əjdaha (1984, animasiya filmi) – bəstəkar
- Şəhərli biçinçilər (1986, tammetrajlı bədii film) – bəstəkar
- İmtahan (1987, tammetrajlı bədii film) – bəstəkar
- Şahid qız (1990, tammetrajlı bədii film) – bəstəkar
- Özgə vaxt (1996, tammetrajlı bədii film) – bəstəkar
- Əzizə Cəfərzadə (1999, tammetrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Yuxu (2001, tammetrajlı bədii film) – bəstəkar
- Məkanın melodiyası (2004, tammetrajlı bədii film) – bəstəkar
- Qocalar (2008, qısametrajlı bədii film) – bəstəkar
