F Əlizadə
Bəstəkar
(22.05.1937 – 03.05.2014)
Aqşin Əliqulu oğlu Əlizadə Bakıda anadan olub. Bülbül adına xüsusi musiqi məktəbində (1955), Azərbaycan Dövlət Konservatoriyasında (Cövdət Hacıyevin bəstəkarlıq sinfi, 1962) təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayıb, bəstəkarlıq kafedrasında işləyib (1963-1972). Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi (1979–1985), Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi (1985–1990) vəzifələrini tutub. Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər olub (1991–1994). 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilərək 2012-ci ilədək həmin vəzifədə çalışıb. Tələbə vaxtı yazdığı sonata “Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsi”ndə I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya “Zaqafqaziya Baharı” festivalında I diploma layiq görülüb. Əsas əsərləri: “Babək” baleti (1979), “Natəvan” baleti, “Qafqaza səyahət” baleti (2002), “Ümid valsı” baleti (2008), 5 simfoniya, Skripka ilə orkestr üçün konsert, Violonçel ilə orkestr üçün poema, xor üçün “Bayatılar”, “Uşaq süitası”, “Pastoral”, “Aşıqsayağı”, “Cəngi”, “Kənd suitasi”, “Dastan”, “Şirvan lövhələri”, “Yumoreska” (uşaq xoru üçün), Skripka və fortepiano üçün “Portret”, Fortepiano üçün “Dastan”, Fortepiano üçün “Köhnə oyunlar”, Skripka və orqan üçün “Dialoq”, xoreoqrafiq simfoniya və s. 40-dan çox filmə və tamaşaya musiqi yazıb. “Şöhrət” ordeni (1997) və “Şərəf” ordeni (2012) ilə təltif edilib. Xalq artisti (1987), Dövlət mükafatı laureatı (1978), professor (1988) Aqşin Əlizadə 2014-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Bəstəkar Aqşin Əlizadə bəstəkar Əli Əlizadənin atasıdır.
- http://anl.az/down/meqale/medeniyyet/2014/may/371467.htm
- http://konservatoriya.az/?p=1148
- http://az.baku-art.com/az/videocharx-gorkemli-best-kar-xalq-artisti-aqshin-elizad-nin-ziz-xatir-sin-h-sr-olunub
- https://filmfond.az/2022/05/20/aqsin-%C9%99lizad%C9%99-85/
- https://news.day.az/culture/488617.html
FILMOQRAFIYA:
- SSRİ xalqlarının spartakiadası (1966, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Bu, Səttar Bəhlulzadədir (1969, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
- Axtarış həvəsi (1970, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
- Fitnə (1970, animasiya filmi) – bəstəkar
- Dəmir ağac (1971, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
- Fəhlə Gülbala Əliyev (1971, qısametrajlı sənədli film) – bəstəkar
- Torpaq patriarxları (1971, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
- Tülkü həccə gedir (1971, animasiya filmi) – bəstəkar
- Çaqqal oğlu çaqqal (1972, animasiya filmi) – bəstəkar
- İlham (1972, animasiya filmi) – bəstəkar
- Qızıl qaz (1972, tammetrajlı bədii film) – bəstəkar
- Odla təmasda (1972, qısametrajlı sənədli film) – bəstəkar
- Bulud niyə ağlayır? (1973, animasiya filmi) – bəstəkar
- Göyçək Fatma (1973, animasiya filmi) – bəstəkar
- Ceyrançöl (1974, qısametrajlı sənədli film) – bəstəkar
- Ömrün səhifələri (II) – Rəqiblər (1974, tammetrajlı bədii film, kinoalmanax) – bəstəkar
- Bakı Komissarı Məşədi Əzizbəyov (1975, qısametrajlı sənədli film) – bəstəkar
- Nə yaxşı ki, dünyada Səməd Vurğun var (1976, qısametrajlı sənədli film) – bəstəkar
- Tütək səsi (1976, tammetrajlı bədii film) – bəstəkar
- Daşın poeziyası (1977, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Üzü küləyə (1977, tammetrajlı bədii film) – bəstəkar
- Toral və Zəri (1979, animasiya filmi) – bəstəkar
- Gözlə məni (1980, tammetrajlı bədii film) – bəstəkar
- Təkcə adanı özünlə apara bilməzsən (1980, tammetrajlı bədii film) – bəstəkar
- Ürək yaddaşı (1981, qısametrajlı sənədli film) – bəstəkar
- Ötən ilin son gecəsi (II) (1983, tammetrajlı bədii film) – bəstəkar
- Avqust gələndə (1984, tammetrajlı bədii film) – bəstəkar
- Sizi dünyalar qədər sevirdim (1985, tammetrajlı bədii film) – bəstəkar
- Kölgədə 40 dərəcə isti (1987, tammetrajlı bədii film) – bəstəkar
- Pirverdinin xoruzu (1987, qısametrajlı bədii film) – bəstəkar
- Ağrı (1989, qısametrajlı sənədli film) – bəstəkar
- Kross (1989, qısametrajlı sənədli film) – bəstəkar
- Abşeron lövhələri (1990, qısametrajlı sənədli film) – bəstəkar
- Matəm (1990, qısametrajlı sənədli film) – bəstəkar
- Ləqəbi “İka”dır (1997, tammetrajlı bədii film) – bəstəkar
- Deportasiya (2001, sənədli serial) – bəstəsindən istifadə olunub
- Odla qol-boyun (2002, qısametrajlı bədii film) – bəstəkar
- Əkrəm Əylisli. İşıq həsrəti (2003, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Gülqənd (2004, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Unudulmuş qəhrəman (2005, qısametrajlı sənədli film) – bəstəsindən istifadə olunub
- Qafqaz (2006, tammetrajlı bədii film) – bəstəsindən istifadə olunub
- Bağ yerində (2007, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Məhkumlar (2007, tammetrajlı bədii film) – bəstəkar
- Ömür urası (2007, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Təxəllüsü “Mixaylo” (2008, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
- Azərbaycan rəngkarlığının kraliçası (2009, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Azərbaycan xalçaları (III) (2013, sənədli serial) – bəstələrindən istifadə olunub
- Aşiqi sadiq (2014, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Bakı əsrlərin aynasında (2016, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
