Mobil Babayev
Bəstəkar
(23.12.1945)
Mobil Rəşid oğlu Babayev Gəncədə anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbində viola və bəstəkarlıq üzrə (1953-1964), Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfində (1964-1972) təhsil alıb. Məktəbdə oxuyarkən musiqi bəstələməyə başlayıb. 1973-cü ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru, baş redaktor kimi fəaliyyət göstərib. “Vəfalı dost” mahnısı “Vilnüs qalaları” beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülüb (1974, Vilnüs). Əsərləri arasında “Ömür bitir, yol bitməz”, “3 saylı simfoniya” (1990), “Ağlama torpağım, ağlama…”, “Solistlər, xor və orkestr üçün kantata” (1990), “Mən bu yerdən gedəli” xor və orkestr üçün silsilə (1995), “Düşüncələr” orkestr üçün 4 hissəli konsert (1999) var. Əməkdar incəsənət xadimidir (2007).
- https://medeniyyettv.az/az/news/1469/emekdar-incesenet-xadimi-mobil-babayev-75-yasini-qeyd-edir
- https://medeniyyet.az/page/news/41068/Bestekar-Mobil-Babayevin-yaradiciliq-gecesi.html
- http://www.anl.az/down/meqale/medeniyyet/2016/fevral/475722.htm
- https://avrasiya.net/medeniyyet/69131-slim-babullaolu-v-mobil-babayev-vaqif-smdolu-medal-il-tltif-ediliblr.html
- https://news.milli.az/culture/396193.html
- http://www.muz-tv.az/ulduz_n19663.html
FILMOQRAFIYA:
- Pambıq sovkası ilə mübarizə (1974, qısametrajlı sənədli film) – bəstəkar
- Mən fəhləyəm (1975, qısametrajlı sənədli film) – bəstəkar
- Çətirimiz buludlardır (1976, tammetrajlı bədii film) – bəstəkar
- Mezozoy əhvalatı (1976, tammetrajlı bədii film) – bəstəkar
- Azərbaycan pambığının yetişdirilməsi texnologiyası (1977, qısametrajlı sənədli film) – bəstəkar
- Xoruz (1977, animasiya filmi) – bəstəkar
- Şəki (II) (1977, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Taxıl istehsalının ehtiyat mənbələri (1978, qısametrajlı sənədli film) – bəstəkar
- Vahid bayraq altında (1978, qısametrajlı sənədli film) – bəstəkar
- L.İ.Brejnev Bakıda (1979, tammetrajlı sənədli film) – bəstəkar
- Eldən soruş (1980, qısametrajlı sənədli film) – bəstəkar
- Göz həkimi (1980, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
- Vah!.. (1980, qısametrajlı bədii film) – bəstəkar
- Babamızın babasının babası (1981, tammetrajlı bədii film) – bəstəkar
- Səni axtarıram (1981, tammetrajlı film-tamaşa) – bəstəsindən istifadə olunub
- Sandıq (1982, animasiya filmi) – bəstəkar
- Yeddi gözəl (1982, tammetrajlı bədii film) – musiqi redaktoru
- Asif, Vasif, Ağasif (1983, tammetrajlı bədii film) – musiqi redaktoru
- Bağışla (1983, tammetrajlı film-tamaşa) – bəstəsindən istifadə olunub
- Musiqi müəllimi (1983, tammetrajlı bədii film) – musiqi redaktor
- Qara gölün cəngavərləri (1984, tammetrajlı bədii film) – bəstəkar
- Yatmaq vaxtıdır (1984, animasiya filmi) – bəstəkar
- Səndən xəbərsiz (1985, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
- Bircəciyim (1986, tammetrajlı bədii film) – bəstəkar
- Yeni il əhvalatı (1986, animasiya filmi) – bəstəkar
- Arzular… Arzular… (1988, animasiya filmi) – bəstəkar
- Gəldi kosa (1988, animasiya filmi) – bəstəkar
- Nar ağacının nağılı (1989, animasiya filmi) – bəstəkar
- Bir dəfə (1990, animasiya filmi) – bəstəkar
- Oda (1990, animasiya filmi) – bəstəkar
- Pəncərə (1991, tammetrajlı bədii film) – bəstəkar
- Lağım (1993, animasiya filmi) – bəstəkar
- Çay daşı (2001, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Mədəniyyət salnaməsi (2001-2004, sənədli serial) – bəstəsindən istifadə olunub
- Balaş və Mədinə (2003, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
- Basat və Təpəgöz (2003, animasiya filmi) – musiqi redaktoru
- Mötəbər insanlar (2003, tammetrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Qızıl (2004, animasiya filmi) – bəstəkar
- Lahıc (III) (2004, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Alim (2007, tammetrajlı sənədli film) – musiqi tərtibatçısı
- Bağ yerində (2007, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Dilin sehrində yaşayan insan (2010, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Balaca ev (2012, animasiya filmi) – bəstəkar
