Arif Babayev
Kinorejissor
(25.09.1928 – 26.08.1983)
Arif Hacı oğlu Babayev 1928-ci ilin 25 sentyabrında Bakı şəhərində anadan olub. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakultəsində Mehdi Məmmədovun sinfində təhsil alıb. 1956-1968-ci ilədək Azərbaycan Dövlət Teleradio komitəsində əvvəl rejissor 1959-cu ildən isə Baş rejissor kimi çalışıb. 1968-ci ildən “Azərbaycanfilm” kinostudiyasыnda quruluşçu-rejissor kimi çalışıb və bir çox bədii filmin quruluşunu verib. Azərbaycan kinosunda müəllif kinosunun nümayəndələrindəndir. 1962-ci ildə Əməkdar İncəsənət Xаdimi fəxri adına layiq görülən rejissor Arif Babayev 26 avqust 1983-cü ildə 54 yaşında vəfat etmişdir.
Rejissor Arif Babayev rejissor Vasif Babayevin qardaşıdır.
- http://kinobiz.az/celebrity/arif-babayev/
- https://kulis.az/xeber/tarix/Qardaslarindan-kusub-evdn-getdi-rli-qadina-asiq-oldu-dunyadan-subay-kocdu…-colorredMaraqli-faktlarcolor-33926
- http://az.baku-art.com/az/arif-k-norej-ssor
- https://aqreqator.az/az/cemiyyet/1025542
- https://medeniyyet.az/page/news/49901/.html?lang=az
- https://www.fact-info.az/news?id=746
- https://news.day.az/culture/564674.html
- https://www.adalet.az/az/writers/detail/nece-yashayirsiniz-arif-babayev-1-3377
FİLMOQRAFİYA:
- Dostluq dili (1959, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Xəzərdə möcüzə (1961, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Xəzər sahiində şəhər (1962, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Şən əhvalatlar (1963, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Kimi daha çox sevirik – Zirvə (1964, tammetrajlı bədii film, kinoalmanax) – rejissor
- Şəhərimizin uşaqları (1964, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- 10 dəqiqə poeziya (1965, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- «Artek”in bütün qızılı (1965, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Bahar gəlir (1965, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Biz arzu edənlər nəslindənik (1965, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Molbertlə dünya ölkələrinə səyahət (1965, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Şəhər üzərində mahnı (1965, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Şirəli dağdan endi (1966, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- İnsan məskən salır (1967, tammetrajlı bədii film) – rejissor, aktyor
- Uşaqlığın son gecəsi (1968, tammetrajlı bədii film) – rejissor
- Ürəkdən ürəyə yollar görünür (1970, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Gün keçdi (1971, tammetrajlı bədii film) – rejissor
- Ömrün ilk saatı (1973, tammetrajlı bədii film) – rejissor
- Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – rejissor
- Arxadan vurulan zərbə (1977, tammetrajlı bədii film) – rejissor
- Bizi bağışlayın (1979, tammetrajlı bədii film) – rejissor, aktyor (sakin)
- Birisigün, gecəyarısı… (1981, tammetrajlı bədii film) – rejissor, aktyor (sakin)
- Qar (tammetrajlı film-tamaşa) – rejissor
