Elçin Musaoğlu
kinorejissor
(11.07.1966)
Elçin Musaoğlu (Elçin Quliyev Musa oğlu) Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində (1983-1990), Moskva Teatr İnstitutunda (1989-1990, Mark Zaxarovun kursu) təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında (1990), Akademstudioda (1992), “Azərbaycantelefilm”də (1994-2004), Ritm Prodakşnda (2005-2008) çalışıb. “Sinema Evi” Prodüser Mərkəzinin təsisçisidir. Gənclər və İdman Nazirliyinin “ilin ən yaxşı kinorejissoru” (1999) mükafatı ilə təltif edilib.
Filmləri beynəlxalq festivallarda iştirak edərək müxtəlif mükafatlara layiq görülüb.
“Şüşə oyuncaqlar” filmi:
II Əl Cəzirə Beynəlxalq Televiziya Filmləri Festivalı – Qızıl mükafat (2006, Qətər)
“40-cı qapı” filmi:
Filmin layihəsi İsveçrənin FOKAL şirkətinin AVANTİ proqramının qalibi olub, 50 min ABŞ dolları həcmində mükafat (2004)
42nd The Houston International Film Festival – Gold Remi Award Foreign (2009, ABŞ)
11-ci “Şərq-Qərb” Bakı Beynəlxalq Kino Festivalı – “Ən parlaq debüt” mükafatı (2009, Bakı)
XIV International TV Festival Bar Montenegro – “Gümüş zeytun budağı” (2009, Monteneqro)
XIV International TV Festival Bar Montenegro – “Ən yaxşı rejissor işi” (2009, Monteneqro)
XIV International TV Festival Bar Montenegro – “Ən yaxşı operator işi” (2009, Monteneqro)
19th Cottbus International Film Festival – Prize of the Ecumenical Jury with a Special Mention (2009, Kottbus / Almaniya); 19th Cottbus International Film Festival – The International Film Guide Inspiration Award (2009, Kottbus / Almaniya); Tiburon International Film Festival – Federico Fellini Award (2010, ABŞ); The 6th Eurasia International Film Festival Almaty – Juri NETPAC Award (2010, Almatı / Qazaxıstan); New York Eurasian Film Festival – “Ən yaxşı ssenari” mükafatı (2010, ABŞ);
“Nabat” filmi:
Mannheim-Heidelberg International Filmfestival – Prize by the Ecumenical Jury (2015, Almaniya); Mannheim-Heidelberg International Filmfestival – International Film Critics’ Prize (2015, Almaniya); Mannheim-Heidelberg International Filmfestival – Mannheim-Heidelberg Award (2015, Almaniya); Pune International Film Festival – Special Mention Award (2015, Hindistan); Fajr International Film Festival – “East Panorama” müsabiqə proqramında “Ən yaxşı rejissor” mükafatı (2015, İran); Tripoli Film Festival – “Ən yaxşı film” (2015, Tripoli / Livan); Eurasia International Film Festival – Ən yaxşı rejissor işi (2015, Almatı / Qazaxıstan); Eurasia International Film Festival – Ən yaxşı aktrisa (2015, Almatı / Qazaxıstan); LET’S CEE Film Festival – “Ən yaxşı aktrisa” (2015, Vyana / Avstriya);
Bosphorus Film Festival – “Ən yaxşı aktrisa” (2015, İstanbul / Türkiyə); Humay Milli Mükafatı (2015, Bakı); Zirvə mükafatı (2015, Bakı)
I Qızıl Pəri Mükafatları – ən yaxşı bədii film (2015, Bakı)
I Qızıl Pəri Mükafatları – ən yaxşı prodüser (2015, Bakı)
Türkiyə istehsalı olan “Türkiyə mənim də vətənimdir” (2018) tammetrajlı sənədli filmini çəkib.
Hazırda Azərbaycan televiziyasının “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəridir. 2022-ci ildən Avropa Kino Akademiyasının üzvüdür.
- http://kinobiz.az/celebrity/elcin-musaoglu/
- https://www.facebook.com/watch/?v=519298135586443
- https://azertag.az/xeber/Rejissor_Elchin_Musaoglu_Kino_seneti_olmeyecekyeni_formada_dirchelecek-815374
- https://www.youtube.com/watch?v=Mz17PofHEx4
- https://medeniyyet.az/page/news/58395/Sen-neyi-secirsen.html
- https://kulis.az/xeber/media/adem-bu-kitabi-oz-ovladlarina-oyredirdi-borxesin-poeziya-haqqinda-musahibesi-42965?fbclid=IwAR36-PFuyirHJy7mZFlbPM7ilsFj5dxugE75wgkEZ32ryemuF9ouvaZYYAU
FILMOQRAFIYA:
- Leyli və Məcnun (II) (1990, tammetrajlı bədii film) – rejissor
- Qatil (1994, tammetrajlı film-tamaşa) – rejissor
- S. (1996, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Valın üçüncü üzü (1996, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Qum dənəsi (1997, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Səyyahın gündəliyi (1997, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Qaçqınlar (II) (1998, qısametrajlı sənədli film) – rejissor
- Söz uşaqlara verilir (1998, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Rüstəm haqqında (1999, tammetrajlı sənədli televiziya filmi) – rejissor
- Əfrasiyab Bədəlbəyli (2000, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Günəş və bulud (2000, qısametrajlı sənədli film) – rejissor
- Hər şey olduğu kimi (2000, sənədli serial) – rejissor
- İsmixan Rəhimov (2000, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Küyçü Həmid (2000, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Qəmər Almaszadə (2000, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- O quzeylər (2000, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Rəşid Behbudov – 85 (2000, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Tofiq Bakıxanov (2000, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Bir qəlbin iki dastanı (2001, tammetrajlı sənədli televiziya filmi) – rejissor
- Gəmiqaya (III) (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Havalansın Xanın səsi (2001, tammetrajlı sənədli televiziya filmi) – rejissor
- Qaya (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Mingəçevir (V) (2001, tammetrajlı sənədli televiziya filmi) – rejissor
- Niyazi (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Rəşid Behbudov haqqında (2001, tammetrajlı sənədli televiziya filmi) – rejissor
- Şəfiqə Baxşəliyeva (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Usta Rəşid (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Basqal (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Fotoqraf (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Gözümün işığı (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Gülağa Məmmədov (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Maestro (II) (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Mariya Titorenko (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Akademik Zərifə Əliyeva (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Durnalar qayıtdı (2003, tammetrajlı bədii film) – rejissor
- Firəngiz Əhmədova (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Lütfiyar İmanov (2003, tammetrajlı sənədli televiziya filmi) – rejissor
- Şüşə oyuncaqlar (2003, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Kamera Orkestrinin konserti (2004, tammetrajlı sənədli televiziya filmi) – rejissor
- Sumqayıtın əks-sədası (II) (2004, sənədli serial) – rejissor
- Üç usta (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Nur payı (2005, qısametrajlı sənədli film) – rejissor
- Akademik İsmayıl İbrahimov (2006, tammetrajlı sənədli televiziya filmi) – rejissor
- Qamış şəhərin yuxuları (2006, qısametrajlı sənədli film) – rejissor
- Mən kitabımı başlayıram (2006, tammetrajlı sənədli film) – rejissor
- Ruhun rəngləri. Nərminə Vəliyeva (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Azərbaycan – Alman dostluq əlaqələri (2007, qısametrajlı sənədli film) – rejissor
- Günəş və bulud – 2 (2007, qısametrajlı sənədli film) – rejissor
- Qaşqayın son proqnozu (2007, qısametrajlı sənədli film) – rejissor
- 40-cı qapı (2008, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, prodüser
- 3 rəng (2010, qısametrajlı bədii film) – bədii rəhbər
- Mənim atam (2011, qısametrajlı bədii film) – ssenari müəllifi, prodüser
- Doğma ocaq (2012, tammetrajlı sənədli film) – prodüser
- Ramazan dalğası (2012, qısametrajlı sənədli film) – rejissor
- Nabat (2014, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Natiq Qasımov (2016, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Balaca (2018, qısametrajlı bədii film) – bədii rəhbər
- Məryəm (III) (2021, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
