Rafiq Quliyev
rejissor, təsvir rejissoru
(27.02.1957)
Rafiq Səfər oğlu Quliyev Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin kütləvi tamaşalar rejissoru ixtisasında (1976-1981), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatoluq fakültəsində (1982-1987, V.Monaxov və V.Naxabtsevin emalatxanası) təhsil alıb.
Rusiyada təsvir rejissoru kimi bir neçə filmin çəkilişində iştirak edib: “Satqın” (1983), “İlk rol” (1984), “Bomba” (1985), “Nərgiz gülləri” (1986), “Gənc Mixailin görüntüsü” (1987, rejissor Mixail Kosırev), “Rusiya” (1987, rejissor Murad İbrahimbəyov, “Руся”), “Cığır” (1995, rejissor Mixail Kosırev-Nesterov).
1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında kinooperator assistenti, kinooperator, təsvir rejissoru, rejissor vəzifələrində çalışıb. Kinostudiyada yaradıcı fəaliyyətini davam etdirmək şərtilə Türkiyənin Samanyolu TV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışıb (1999-2001). “Lider” televiziyasında “Azərbaycan” redaksiyasını yaradıb. Rəhbərlik etdiyi qurumda 237 televiziya filminin istehsalını təşkil edib, onlarla filmə rejissor və təsvir rejissoru kimi quruluş verib (2001-2004).
Beynəlxalq festivalların müsabiqə proqramlarında iştirak edib və önəmli mükafatlar alıb. Münsiflər heyətinin üzvü və sədri olub. 20-dən artıq bədii, 40-a yaxın sənədli film üzərində rejissor, təsvir rejissoru və ssenari müəllifi kimi çalışıb.
1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. “Azərbaycan səssiz kinosunun təsvir irsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb (2008), dosent (2005), professordur (2016). 2015-ci ildən “Kino-televiziya sənətləri” kafedrasının müdiridir. Onlarla elmi məqalənin, tədris proqramı və metodik göstərişin, dərs vəsaiti və dərsliyin müəllifidir. Əməkdar incəsənət xadimidir (2005). “Şöhrət” ordeni ilə təltif olunub (2018).
Rafiq Quliyev Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, Avropa Film Akademiyasının üzvüdür.
- https://admiu.edu.az/az.php?go=mkinosenet
- https://hafta.az/rafiq-quliyev-50%0D%0A%0D%0A-73793-xeber.html
- https://time.net.az/2022/03/11/kinorejissor-rafiq-quliyev-gor%C9%99n-goz-deyil-dostlar-gor%C9%99n-beyindir/
- https://aki.az/kinomuzda-t%C9%99svir-h%C9%99lli-probleml%C9%99ri/
- https://news.day.az/showbiz/415201.html
- https://teleqraf.com/news/art/326326.html
- https://aqreqator.az/az/medeniyyet/1976692
FILMOQRAFIYA:
- Cin Mikrorayonda (1985, tammetrajlı bədii film) – kinooperator
- Süd dişinin ağrısı (1987, tammetrajlı bədii film) – kinooperator
- Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – təsvir rejissoru
- Səttar Bəhlulzadə (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Yaramaz (1988, tammetrajlı bədii film) – kinooperator
- Yeni tərzdə işləyirik (1988, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Qətl günü (1990, tammetrajlı bədii film) – təsvir rejissoru
- Şahid qız (1990, tammetrajlı bədii film) – təsvir rejissoru
- Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (1992, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Laçın dəhlizi (1993, tammetrajlı bədii film) – təsvir rejissoru
- Köpək (1994, tammetrajlı bədii film) – təsvir rejissoru
- Fransız (1995, tammetrajlı bədii film) – təsvir rejissoru
- Ümid (II) (1995, tammetrajlı bədii film) – təsvir rejissoru
- Azərbaycan kapriççiosu (1996, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
- Hər şey yaxşılığa doğru (1997, qısametrajlı bədii film) – təsvir rejissoru, prodüser
- Aləmdə qalan səs (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Başlanğıc (II) (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Duyğu fraqmentləri (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- “Edelveys” və dəmir biləklər (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Elçi daşı (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- İşıq ömrü (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Könlün fəsilləri (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor, təsvir rejissoru, layihənin rəhbəri
- Paris kədəri (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Səhnəyə aparan yol (2001, qısametrajlı sənədli televiziya filmi) – bədii rəhbər
- Tökülən yarpaqların qoxusu (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- … və alqışlar, alqışlar (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- 130-cu mövsüm (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Adi iş günü (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Axırıncı aşırıma qədər (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, layihənin rəhbəri
- Ali məqam (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Altıncı hiss (II) (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- And (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, layihənin rəhbəri
- Azərbaycan faunası: Qafqaz gürzəsi (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Baş tutmayan səfər (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Bayati-Şiraz (2002, tammetrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Bəyaz tarlanın balladası (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Bizi oyatmayın… (2002, qısametrajlı sənədli televiziya filmi) – prodüser
- Bütün qadağaların fövqündə (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Cəsarətin heyrət məqamı (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Çarpaz bucaqlar altında (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Çətin sınaqlar (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Düma ömrünün qırx günü (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Gündoğar ölkəyə sevgilərlə (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Güzgü (III) (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Həzrə (2002, qısametrajlı sənədli televiziya filmi) – bədii rəhbər
- İlham Əliyev. “Olimp”in fəthinə doğru (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- İlham Əliyev. Yeni neftin strategiyası (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- İsmipünhan (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Jurnalist (2002, qısametrajlı sənədli televiziya filmi) – bədii rəhbər
- Könül nəğməsində variasiyalar (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Qara rəngin harmoniyası (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Qəlbin ay işığı (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Qəlbin ritmləri (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Qırmızı rəngin ekspressiyası (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Mən sizdən arxayınam (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Nikanın nağılları (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Özgə vaxtın doğma anları (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Pərdəsiz səhnə (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Save and increase (2002, qısametrajlı sənədli televiziya filmi) – bədii rəhbər
- Səbrli adamın fəryadı (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Səkkiz dəqiqəlik düşüncə və ya xarı bülbül (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Sən saydığını say… (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Sənətin sehrinə doğru (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Səsin vəhdəti (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Sonuncu orden (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Tanrı adamı (2002, qısametrajlı sənədli televiziya filmi) – bədii rəhbər
- Uğur hələ irəlidədir (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Uzaq sahillərin əfsanəsi (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, layihənin rəhbəri
- Vaxtın o üzündə (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Yaddaş etüdləri (2002, sənədli serial) – layihənin rəhbəri
- Yarımçıq qalmış dosye (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Yaşıl rəngin qamması (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Yeddi duyum (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Yenə o bağ olaydı (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Zamanın sığalı (2002, qısametrajlı sənədli televiziya filmi) – bədii rəhbəri
- Ali sevgi (2002-2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- 63-ün tutqun payızı (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Ağ rəngin simfoniyası (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Atropat (2003, qısametrajlı sənədli televiziya filmi) – prodüser
- Bahar ömürlü insan (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Dan qızartısından qürub şəfəqlərinədək (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Dəmir atlı cəngavər (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Dənizin prelüdiyası (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Divarın o üzündə (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Dövlətçiliyin təməl günü (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Dünənə aparan qatar (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Dünənə ehtiramla, sabaha ümidlə (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Gecə zəngi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Göy rəngin melodiyası (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Günorta qatarı (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Hərb tariximizdən. Atropat (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Həsrətli gözlərin rəsmi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Hikmət xəzinəsi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- “İldırım”lı yolun yolçuları (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- İlham Əliyev. Diplomatiyada uğur rəmzi (2003, tammetrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- İlham Əliyev. Ümidlərin gerçəklik məqamı (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- İşığımız sönməyəcək (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Kamanın Ədalət ucalığı (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Kamanın naxış sehri (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Kürə qovuşan ömür (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Qalanın əfsanəsi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Qədim şəhərin hekayəti (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Qərib bir səs (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Qürbət eskizləri (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Mistik düşüncələrin rəsmi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Naxçıvan lövhələri (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Naxışlı hekayət (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Ömürdən uzun yol (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Ötən əsrdən gələn adam (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Ötən ömrün notları (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Ruhun abidəsi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Sevgi oratoriyası (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin müəllifi
- Sükutun səsi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Şimşəklər kimi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Şöhrət və ya unudulan adam (II) (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Tale yolu (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Tarixin dözümü və qisası (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Torpağa bağlananlar (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Yaddaş hücrəsi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Yaddaşın əbədi yükü (2003, qısametrajlı sənədli televiziya filmi) – prodüser
- Yaradılış hikməti (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Yarımçıq triptix (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Yay gününün sazağı (2003, qısametrajlı sənədli televiziya filmi) – prodüser
- Yurd həsrəti (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Zəhmətlə yoğrulanlar (2003, qısametrajlı sənədli televiziya filmi) – prodüser
- Zoopark (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- İnanc yerlərimiz (2003-2004, sənədli serial) – layihənin rəhbəri
- 70-dən 1-ə… (2004, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Azərbaycana xoş gəlmisiniz! (2004, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Dövlətin vizit vərəqi (2004, tammetrajlı sənədli televiziya filmi) – prodüser
- İstiqlal fədaisi (2004, qısametrajlı sənədli televiziya filmi) – prodüser, layihənin rəhbəri
- Novruz töhfələri (2004, qısametrajlı sənədli televiziya filmi) – prodüser
- Yeldən yarananlar (2004, qısametrajlı sənədli televiziya filmi) – prodüser
- Girov (2005, tammetrajlı bədii film) – təsvir rejissoru
- Qarabağ xanəndələri (2005, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Qədim Azərbaycan abidələri (2005, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Unudulmuş qəhrəman (2005, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Dua (2008, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Günaydın, mələyim (2008, tammetrajlı bədii film) – təsvir rejissoru
- Nəğməli ömür (2008, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – təsvir rejissoru
- Əvvəlin sonu (2010, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Çövkən (2011, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Qədim yurdun daş kitabəsi (2011, qısametrajlı sənədli film) – rejissor, musiqi redaktoru
- Vəkil hanı? (2011, tammetrajlı bədii film) – təsvir rejissoru
- Çölçü (2012, tammetrajlı bədii film) – təsvir rejissoru, montaj rejissoru
- Nizami (IV) (2012, qısametrajlı sənədli film) – rejissor, montaj rejissoru, musiqi tərtibatçısı
- Maqomayev haqqında üç novella (2012-2013, sənədli serial) – təsvir rejissoru
- Fədakar (2015, tammetrajlı bədii film) – təsvir rejissoru
- Üçüncü günün adamı (2017, tammetrajlı bədii film) – təsvir rejissoru
