Teymur Bəkirzadə
rejissor, ssenarist
(1941-1996)
Bakı şəhərində anadan olub.1974 – cü ildə Ali rejissorlar kurslarını (Moskva) bitirmişdir.”Azərbaycanfilm” kinostudiyasında işləmişdir.Sənədli və bədii filmlərin quruluşçu rejissoru olub. “Dissonans” sənədli filmi bir çox Beynəlxalq festivalların mükafatlarına və diplomlara layiq görülüb. Əməkdar İncəsənət xadimi.
Filmoqrafiya:
1970 – “Sovet Azərbaycanın yarım əsrlik səlnaməsi” – rejissor
1973 – “Şəhərin estetikası” – ssenarist
1974 – “Ömrün səhifələri ” – (bədii film) – rejissor, ssenarist
1974 – “Çətirimiz buludlardır” – (bədii film) – rejissor
1975 – “Azərbaycan festivalları” – rejissor
1977 – “Cənub buxtası” – rejissor, ssenarist
1978 – “Dissonans” – rejissor
1979 – “Futbol, futbol …” – rejissor, ssenarist
1981 – “Yol əhvalatı” – (bədii film) – rejissor
1982 – “Harri Kasparov” – rejissor
1983 – “Mənim arzularım hardadır?” – rejissor
1984 – “Gürzə ilə əlbəyaxa” – rejissor, ssenarist
1985 – “Həyat yolu” – rejissor
1985 – “Xalça haqqında dastan” – rejissor
1985 – “Kür dostluq yaradır” – rejissor
1985 – “Sağa doğru addım” – rejissor, ssenarist
1986 – “Böyük ipək yolu” – ssenarist
1988 – “Əfqan gündəliyi” – rejissor
1989 – “Abşeron qayaları” – rejissor
1989 – “Ağrı”- rejissor, ssenarist
1990 – “Matəm” – rejissor, ssenarist
1991 – “Bizim Bakı teatrı” – rejissor
1991 – “İlk tamaşa” – rejissor, ssenarist
1991 – “Veteran” – rejissor, ssenarist
1992 – “100 ilin astanasında ” – rejissor
1997 – “Ləqəbi İka” – (bədii film) – rejissor
