Tofiq İsmayılov
rejissor, ssenarist
(06.04.1939-25.03.2016)
Tofiq Hüseyn oğlu İsmayılov Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq (1958-1962) və rejissorluq (1962-1968) fakültəsində, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Ali rejissorluq və ssenari kurslarında (1968-1970) təhsil alıb. 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışmışdır, kafedranın müdiri olub (1988-1994). 2007-ci ildən ömrünün son gününə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayıb (1954). Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi (1960-1961), rejissor (1962-1967), “Azərbaycanfilm” studiyasında rejıssor köməkçisi, bədii təlimlər rejissoru (1967-1968), bədii fılmlərin quruluşçu rejissoru vəzifələrində işləyib (1969-1988). Uşaqlar üçün yazılmış 5 kitabın müəllifidir. İlk hekayəsi – “Ağ dəsmal” 1962-ci ildə “Göyərçin” jurnalında çap edilib. 100-ə yaxın elmi-publisistik məqaləsi var. Uzun müddət Türkiyənin Mimar Sinan Universitetində dərs deyib (1994-2006). İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. Xarici film uistehsalçılarının “Divar” (Türkiyə) qısametrajlı filmində, “Bağışla məni, müəllim” (Türkiyə) serialında aktyor kimi çəkilib. Professor (1992), Əməkdar incəsənət xadimi (1987), Xalq artisti (2008) Tofiq İsmaylov 2016-cı ildə vəfat edib.
- https://az.trend.az/azerbaijan/society/2510700.html
- http://www.anl.az/down/meqale/edebiyyat/edebiyyat_aprel2009/74001.htm
- http://az.baku-art.com/az/bu-gun-rejissor-tofiq-ismayilovun-dogum-g-n-d-r
- https://www.gunaydin.az/news/8429
FILMOQRAFIYA:
- Şəhərimin daşları (1968, qısametrajlı bədii film) – rejissor
- İntizar (1970, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi, aktyor (əsgər)
- Oxuyur Müslüm Maqomayev (1971, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Gilas ağacı (1972, qısametrajlı bədii film) – rejissor
- Bizim küçənin oğlanları (1973, tammetrajlı bədii film) – rejissor
- Çarvadarların izi ilə (1974, tammetrajlı bədii film) – rejissor
- Vulkana doğru (1976-1977, bədii serial) – rejissor
- Mən mahnı qoşuram (1978, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Azərbaycanın palçıq vulkanları (1979, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Çovqan oyunu (1979, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Lahıc (1979, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Əzablı yollar (1982, tammetrajlı bədii film) – rejissor
- Musiqi müəllimi (1983, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Torpaq-kosmos-qarşılıqlı əlaqə (1984, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Xüsusi vəziyyət (1986, tammetrajlı bədii film) – rejissor
- Sürəyya (II) (1987, tammetrajlı bədii film) – rejissor
- Yay gününün xəzan yarpaqları (1987, tammetrajlı bədii film) – rejissor
- Ölsəm… bağışla (1989, tammetrajlı bədii film) – aktyor (müdir)
- Son tamaşa (1989, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Özüm və zaman haqqında (1991, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Prima (1994, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Otel otağı (1998, tammetrajlı bədii film) – aktyor (sərnişin)
- Gəl!.. (2007, qısametrajlı sənədli film) – rejissor
- Nəğməli ömür (2008, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- İstanbul reysi (2010, tammetrajlı bədii film) – aktyor
- Özüm və zaman haqqında (2011, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Müslüm Maqomayev haqqında üç novella (2012, sənədli serial) – rejissor, ssenari müəllifi
- Dağlar qoynunda olan şəhər (2014, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Vulkanın nəfəsi (2014, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Naftalan cövhəri (2015, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
