Yavər Rzayev
Rejissor, ssenarist
(01.11.1956)
Yavər Maarif oğlu Rzayev Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr rejissorluğu ixtisasında (1975-1980), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində (1985-1990, V.Lisakoviçin emalatxanası) təhsil alıb. 1980-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır. 2015-ci ildə “İlahi məxluq” filminə görə “Ən yaxşı orijinal ssenari” nominasiyasında Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatına layiq görülüb. Daha sonra isə rejissorun çəkdiyi “Xeyirlə şərin rəqsi” (2016) bədii filmi 2018-ci ildə “Ən yaxşı rejissor işi” nominasiyasında Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatının qalibi olmuşdur. Rejissor Yavər Rzayev 2008-ci ildən Azərbaycanın Əməkdar incəsənət xadimidir.
- https://aki.az/yav%C9%99r-rzayev-m%C9%99nim-ucun-b%C9%99dii-v%C9%99-s%C9%99n%C9%99dli-kino-arasinda-s%C9%99rh%C9%99dl%C9%99r-yoxdur/
- http://anl.az/down/meqale/medeniyyet/2011/may/173991.htm
- https://www.adalet.az/mobil/99190
FILMOQRAFIYA:
- Əlavə iz (1981, tammetrajlı bədii film) – aktyor (Vaqif)
- Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – rejissor assistenti
- Qəm pəncərəsi (1986, tammetrajlı bədii film) – rejissor assistenti
- Axırıncı addım (1989, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Dözümlü minarələr (1990, qısametrajlı sənədli film) – rejissor
- Haray (1990, qısametrajlı sənədli film) – rejissor
- Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (1992, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Sarı gəlin (1998, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Müstəqillik yollarında (2004-2005, sənədli serial) – yaradıcı heyətin üzvü
- …Keçid… (2005, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Qrinviç meridianından… kənarda (2007, qısametrajlı bədii film) – bədii rəhbər
- Niyyət (2009, tammetrajlı bədii film) – ssenari müəllifi
- İlahi məxluq (2011, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi (2015 – “Ən yaxşı orijinal ssenari” – “Qızıl Pəri” mükafatı
- Şərəf və ləyaqət (2013, qısametrajlı sənədli film) – rejissor
- Vətəni ucaldan əməlin (2013, qısametrajlı sənədli film) – rejissor
- Gözümün işığı və ya qəribə heykəltəraş ömrü (2014, qısametrajlı sənədli film) – rejissor
- Bakı, mən səni sevirəm (2015, tammetrajlı bədii film, kinoalmanax) – rejissor, ssenari müəllifi
- Xeyirlə şərin rəqsi (2015, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi (2018 – “Ən yaxşı rejissor işi” – “Qızıl Pəri” mükafatı)
- Yarımçıq xatirələr (2015, tammetrajlı bədii film) – ssenari müəllifi
- Avtoportret (2018, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Biri var idi, biri yox idi (2018, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Bizim Həsən müəllim (film, 2020) – rejissor, ssenari müəllifi
- “Mehmandarovlar. Millət naminə” (film, 2022) – rejissor, ssenari müəllifi
