Meetings

Müəlliflərin hüquqlarının qorunması istiqamətdə Qildiyanın gördüyü tədbirlər:

Müəlliflərlə və prodüsser arasında bağlanan müqavilələrin təsdiqi.

Büronun  01 sentyabr 2000-ci il tarixində keçirilmiş
iclasında qəbul olunmuş Qərar:

“Audiovizual əsərin yaradılması və istifadəsi üzrə recissorla müəllif  müqaviləsi” layihəsi müzakirə olunaraq Gildiya Bürosu qərara alıb: “Audiovizual əsərin yaradılması və istifadəsi üzrə recissorla müəllif müqaviləsi” layihəsi, göstərilən rəy və təkliflər nəzərə alınmaqla   qəbul olunsun və Gildiya üzvlərinə, audiovizual əsərin yaradılması və istifadəsi zamanı sahibkarlarla və ya  prodüserlərlə  bağlanılan  müqavilələrdə, nümunə kimi rəhbər tutmağı tövsiyə  olunsun. (Müqavilənin layihəsi 10.10.2000-ci il tarixində “Müəllif hüquqları Agentliyinə” rəy üçün göndərilib)

 Bu saytda təqdim olunan müqavilələrin nümunələri təsdiq olunmuş müqavilə layihəsi əsasında tərtib olunub.

Səbuhi və Şahin studiyalara qarşı məhkəmə iddiası.
«Space» telekanalına qarşı məhkəmə.
Neolit restoranına qarşı məhkəmə iddiası

  

Reklamdan kadr                                                    Filmdən kadr

  

Reklamdan kadr                                                        Filmdən kadr

  

Reklamdan kadr                                                        Filmdən kadr

14 iyul 2005-ci il tarixində

Professional Kinorejitssorlar Gildiyası Azərbaycan Respublikası 1 Saylı Yerli İqtisad Məhkəməsinə, «Neolit» ailəvi-istirahət mərkəzinə qarşı respublika televiziya kanallarında «Uzaq sahillərdə» filmindən qeyri-qanuni istifadə edilməklə kommersiya məqsədi ilə reklam çarxının numayiş etdirilməsinə və müəlliflik hüquqlarının pozulmasına görə iddia ərizəsi ilə çıxış etmişdir.

Azərbaycan Respublikası  1 Saylı Yerli İqtisad məhkəməsi
22 dekabr 2005-ci il tarixində
Professional Kinorejissorlar Gildiyasının «Azərbaycanfilm» kinostudiyasının
adından verdiyi müəlliflik hüquqlarının pozulması barədə cavabdeh
«Neolit» Ailəvi-İstirahət mərkəzinə qarşı aşağıda göstərilən
iddiasına baxaraq:

 

1. Cavabdeh «Neolit» restoranı tərəfindən qeyri-qanuni olaraq kommersiya məqsədi ilə «Uzaq sahillərdə» filmindən istifadə edilməklə yaradılmış reklam çarxının telekanallarda nümayişinin qadağan edilməsi və həmin reklam çarxının kontrafakt nüsxələrinin müsadirə edilərək məhv edilməsi;

2. Azərbaycan Respublikası «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanunun 45-ji maddəsinin «b» bəndinə uyğun olaraq vurulmuş maddi ziyana görə 275 (iki yüz yetmiş beş) milyon manat miqdarında kompensasiya ödənilməsi;

3. Azərbaycan Respublikası «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanunun 14-jü və MM-nin 23-jü maddəsinə uyğun olaraq vurulmuş mənəvi ziyana görə isə 500 (beş yüz) milyon manat miqdarında jərimə ödənilməsi haqqında qətnamə çıxarasınız aşağıdakı məzmunda iddianı qismən təmin edən

Qətnamə qəbul etmişdir:

İddia qismən təmin edilsin.

Cavabdəh, «Neolit» Ailəvi-İstirahət mərkəzi tərəfindən qeyri-qanuni olaraq kommersiya məqsədi ilə «Azərbayjanfilm»Kinostudiyasının istehsalı olan «Uzaq sahillərdə» filmindən istifadə edilməklə yaradılmış reklam çarxının telekanallarda nümayişi qadağan edilsin.

Cavabdəh, «Neolit» Ailəvi-İstirahət mərkəzi tərəfindən qeyri-qanuni olaraq kommersiya məqsədi ilə «Azərbayjanfilm»Kinostudiyasının istehsalı olan «Uzaq sahillərdə» filmindən istifadə edilməklə yaradılmış reklam çarxının kontrafakt nüsxələri müsadirə edilərək  məhv edilsin.

Cavabdəh, «Neolit» Ailəvi-İstirahət mərkəzi tərəfindən qeyri-qanuni olaraq kommersiya məqsədi ilə «Azərbayjanfilm»Kinostudiyasının  xəyrinə şərti maliyyə vahidinin 5 000 misli miqdarında – 27 500 000 manat məbləğində kompensasiya tutulsun.

Cavabdəh, «Neolit» Ailəvi-İstirahət mərkəzi tərəfindən qeyri-qanuni olaraq kommersiya məqsədi ilə «Azərbayjanfilm»Kinostudiyasının  xəyrinə  20 000  manat  məbləğində dövlət rüsumu tutulsun.

İddianın   javabdəh «Neolit» restoranından    Azərbaycan Respublikası  «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında»  Qanununun 45-ji maddəsinin «b» bəndinə uyğun olaraq vurulmuş maddi ziyana görə şərti maliyyə vahidinin 45 min misli – 247 500 000 manat məbləğində kompensasiyanın tutulması hissəsi rədd edilsin.
İddianın   500.000.000 manat məbləğində mənəvi ziyanın tutulması hissəsi rədd edilsin.
Apellyasiya şikayəti məhkəmə  qətnaməsi təqdim olunan (alınan)  gündən bir ay müddətində verilə bilər.

07.03.2006-cı il tarixində

Cavabdeh «Neolit» Ailəvi İstirahət Mərkəzi Azərbayjan Respublikası Apellyasiya İqtisad Məhkəməsinə apellyasiya şikayəti ilə mürajiət edib

12.04.2006-cı il tarixində

Azərbayjan Respublikası Apellyasiya İqtisad məhkəməsi, Javabdeh «Neolit» Ailəvi İstirahət Mərkəzinin apellyasiya şikayətinə baxaraq, Azərbayjan Respublikası  1 Saylı Yerli İqtisad məhkəməsinin 22.12.2006-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və Apellyasiya şikayətin təmin edilməməsi haqqında qətnamə qəbul etmişdir.

02.08.2006-cı il tarixində

Cavabdeh «Neolit» Ailəvi İstirahət Mərkəzi Azərbayjan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti ilə mürajiət edib

15.09.2006-cı il tarixində

Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Məhkəmə Kollegiyası, Javabdeh «Neolit» Ailəvi İstirahət Mərkəzinin kassasiya şikayətinə baxaraq, Kassasiya şikayətini təmin etmiş və Azərbayjan Respublikası Apellyasiya İqtisad məhkəməsinin 12.04.2006-jı il tarixli qətnaməsini ləğv etmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə yollanılmışdır

08.11.2006-cı il tarixində

Azərbaycan Respublikası İqtisad məhkəməsi, Javabdeh «Neolit» Ailəvi İstirahət Mərkəzinin apellyasiya şikayətinə baxaraq, Azərbayjan Respublikası  1 Saylı Yerli İqtisad məhkəməsinin 22.12.2006-cı il tarixli qətnaməsinin dəyişdirilməsi və qətnamənin kompensasiya tutulması haqqında olan hissəsinin rədd edilməsi və Apellyasiya şikayətin qismən təmin edilməsi haqqında qətnamə qəbul etmişdir.

19.02.2007-cı il tarixində

Professional Kinorejissorlar Gildiyası «Azərbaycanfilm» kinostudiyasının adından    Azərbayjan Respublikası İqtisad məhkəməsinin 08.09.2006-cı il tarixli qətnaməsini qanunsuz və əsassız olduğuna görə, ləğv edilməsi və yenidən baxılması üçün Azərbaycan Respublikası  İqtisad Məhkəməsinə qaytarılmasını xahiş edərək kassasiya şikayəti ilə Azərbayjan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Məhkəmə Kollegiyasına müraciət etmişdir

06.04.2007-cı il tarixində

Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Məhkəmə Kollegiyası, kassasiya şikayəti üzrə işə baxaraq, kassasiya şikayətin təmin edilməsi, Azərbaycan Respublikası İqtisad məhkəməsinin 08.09.2006-cı il tarixli qətnaməsininin ləğv edilməsi və işin yenidən baxılması üçün İqtisadiyyat Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul etmişdir

28.06.2007-cı il tarixində

Azərbaycan Respublikası İqtisad məhkəməsi, Javabdeh «Neolit» Ailəvi İstirahət Mərkəzinin apellyasiya şikayətinə baxaraq, Azərbayjan Respublikası  1 Saylı Yerli İqtisad məhkəməsinin 22.12.2006-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və Neolit» Ailəvi İstirahət Mərkəzinin apellyasiya şikayətinin təmin edilməməsi haqqında qərar qəbul etmişdir.

06.07.2007-cı il tarixində

Azərbaycan Respublikası 1saylı Yerli İqtisad məhkəməsi, Nizami rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinə,  Azərbaycan Respublikası  1 Saylı Yerli İqtisad məhkəməsinin 22.12.2006-cı il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə 06.07.2006-cı il tarixli 1568/3-271 saylı icra vərəqəsini göndərmişdir.

Müəllif hüquqi sahəsində keçirilən Monitorinqin nəticələri.

                             Müəllif hüquqları sahəsində

                   qanunvericiliyin və icra mexanizmlərinin

                                      MONİTORİNQİ

                                         (nəticələri)

I. Sorğu:

1. Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsindəki qanunvericiliklə tanışsınızmı?

• Bəli  – 31%
• Xeyr  – 12,2%
• Qismən – 56,8%

2. Sizcə, müəlliflik hüququ haqqında Azərbaycan Respublikası qanunvericiliyi beynəlxalq standartlara uyğundurmu?

• Bəli   – 9 %
• Xeyr  – 57 %
• Qismən – 34%

3. Azərbaycan Respublikasında bu sahədə olan qanunvericilik işləyirmi?

•  Bəli  – 8,3%
• Xeyr  – 57%
• Qismən – 34,7%

4. Müəlliflik hüququ sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklifləriniz

•  Avropa təcrübəsinə uyğunlaşması – 21,6%
• Piratçılığa qarşı mübarizəni gücləndirmək və sərtləşdirmək – 28,7%
• Beynəlxalq Konvensiyalara əməl etmək– 19,3%
• Dünya sivilizasiya sisteminə qovuşmaq – 12,7%
• Bu sahədə fəaliyyət göstərən təşkilatlara yardımı artırmaq – 4,6%
• Qanunun icra mexanizmlərini təkminləşdirmək – 7,6%
• Təkliflərin reallaşmasına inanmır – 5,5%
• Bu sahədə şəffaflıqı artırmaq – 1 nəfər
• Euroimage ilə müqavilə bağlamaq– 1 nəfər
• Müəllif hüquqlar “prodüser”ə şamil edilsin– 1 nəfər

5. Müəlliflik hüququ sahəsində dövlət orqanlarının fəaliyyəti sizi qane edirmi?

• Bəli   –  8,3%
• Xeyr  – 50%
• Qismən – 41,7%

6. Müəlliflik hüququ sahəsində ictimai təşkilatların fəaliyyəti sizi qane edirmi?

•  Bəli  – 18,1%
• Xeyr   – 15,1%
• Qismən – 66,8%

7. Bu sahədə dövlət orqanlarının fəaliyyətininin təkmilləşdirilməsi ilə bağlı təklifləriniz:

• DİN ilə birgə piratçılığa qarşı mübarizəni güjləndirmək və sərtləşdirmək,–28,0
• Avropa təcrübəsinə uyğunlaşması – 21,0%
• Müəlliflər arasında müəllif hüququ sahəsində marifləndirməni artırmaq – 17,3%
• İctimai təşkilatlara yardımı artırmaq – 8,9%
• Təkliflərin reallaşmasına inanmır – 5,3%
• Yüksək ixtisaslı kadrlar hazırlamaq – 8,1%
• Telekanalları müəllif hüququnu pozmasına görə cərimə – 11,4%
• Ölkəmizdə piratçılığa başçılıq edən bir-neçə adam var onlara qarşı ölçü götürmək – 1 nəfər

8. Bu sahədə ictimai təşkilatların fəaliyyətininin təkmilləşdirilməsi ilə bağlı təklifləriniz

• Piratçılığa qarşı mübarizəni gücləndirmək və sərtləşdirmək – 26,6%
• İctimai təşkilatlararın imkanlarını, səlayihhətlərini və onlara dəstəyi artırmaq – 22,5%
• Müəlliflər arasında marifləndirməni artırmaq – 21,2%
• Öz fəaliyyətlərini dövlət təşkilatları kordinasiya şəkildə qurmaq – 8,5%
• Daha da aktiv olmaq – 5,8%
• Təkliflərin reallaşmasına inanmır – 5,1%
• Mətbuatda təbiğatı gücləndirmək –2,8%
• Peşəkar kadrları cəlb etmək – 1,8%
• Görüşlər təşkil etmək və bir-birinin problemləri ilə yaxından tanış olmaq – 1,5%
• Dövlət orqanların münasibəti müsbət istiqamətdə dəyişdirilməlidir – 1,9%
• Vaxtaşırı monitorinq keçirmək – 1,4%
• Müəlliflər üçün treninqlər və seminarlar keçirmək –0,9%
• Avropa standartlarına uyğun qanunların qəbulu üçün Milli məclisdə lobbiçilik etmək – 1 nəfər

9. Müəlliflik hüquqlarının qorunmasında hansı hüquqi müdafiəni daha effektiv hesab edirsiniz?

• Cinayət hüquqi müdafiə – 54,0%
• İnzibati hüquqi müdafiə –15,6%
• Mülki hüquqi müdafiə – 30,4%

10. Audiovizual əsərlərlə bağlı müəlliflik hüquq normaları bu hüquqların qorunması üçün qənaətbəxşdirmi?

•  Bəli – 9,8%
• Xeyr – 56,1%
• Qismən – 34,1%

11. Şəxsən, sizin müəlliflik hüququnuz pozulubmu?

•  Bəli – 51,8%
• Xeyr –48,2%

12. Müəlliflik hüququ ilə bağlı mübahisəniz olubmu?

Hüquqları pozulan müəlliflərdən:
• Bəli – 52,8%
• Xeyr –47,2%

13. Əgər olubsa, hüquqlarınızı bərpa edə bilmisinizmi?

• Bəli  –  7,1%
• Xeyr – 68,9%
• Qismən – 24,0%

14. Hansı üsulla bu hüquqların bərpasına cəhd etmisiniz?

• Cəhd etməyib  – 17%
• Şifahi – 20,1%
• Rəsmi danışıqlar – 38,9%
• Məhkəmə – 24,0%

15. Müəlliflik hüquqları sahəsində qanunvericiliyə dəyişiklik etməyə ehtiyac varmı?

•  Bəli – 93,8%
• Xeyr –6,2%

16. Müəlliflik hüquqları sahəsində qanunvericiliyə dəyişikliklə bağlı təklifləriniz

•  Dünya tələblərinə uyğunlaşmaq – 28,5%
• Piratçılığın qarşısının alınması, müstəqil kinonun inkişaıfna önəm vermək – 18,2%
• İctimai sektora geniş hüquqlar vermək – 15,2%
• Böyük miqdarda jərimə və jinayət məsuliyyətinə jəlb etmək – 11,6%
• Qanunların yeriə yetirilməsinə nəzarəti güjləndirmək – 7,7%
• Bu sahədə fəaliyyət göstərən təşkilatların səlayihətlərini artırmaq – 5,8%
• Sərt sanksiyalar tətbiq etmək – 3,8%
• Təkliflərin reallaşmasına inanmır – 3,5%
• Müəlliflərin qonorarından tuttulan rusumun faizini azaltmaq- 3,1%
• Strateci dövlət proqrammın qəbulu- 2,6%

II. Audiovizual əsərlərin yaradılması və istifadəsi zamanı müəllif hüquqların pozulması:

1. Audiovizual əsərin yaradılması və istifadəsi zamanı müəllif hüquqların pozulması:

• Yaradılması zamanı – 45%
• İstifadəsi zamanı – 55%

2. Müəllif hüquqların əsərin yaradılması zamanı pozulması:

• Dövlət investisiyası istiqamətində – 68%
• Qeyri-dövlət investisiyası istiqamətində – 32%

3. Müəllif hüquqların əsərin istifadəsi zamanı pozulması:

• Dövlət sahələrində – 9%
• Qeyri dövlət sahələrdə – 91%

4. Müəllif hüquqların əsərin istifadə sahələri üzrə pozuntuların vəziyyəti:

•  Audiovizual əsərlərin kinoteatrlarda istifadəsi – 4%
• Audiovizual əsərlərin efir və kabel televiziyası ilə istifadəsi – 25%
• Audiovizual əsərlərin videoformatda tiraclanması və kütləvi yayımı – 15%
• Audiovizual əsərlərin şəxsi məqsədlərlə istifadəsi – 56%

5. Audiovizual əsərlərin istifadəsi zamanı şəxsi və əmlak hüquqlarının pozulması:

•  Şəxsi (qeyri-əmlak) hüquqlar – 52%
• Əmlak (iqtisadi) hüquqlar – 48%

6. Audiovizual əsərlərin istifadəsi zamanı müəllif hüquqlarının pozulması hallarının istiqamətləri (formaları):

•  Audiovizual əsərin ijazəsiz istifadəsi (əmlak hüquqlar) – 25%
• Xüsusi ilə audiovizual əsərə yazılmış musiqi əsərindən qeyri-qanuni istifadəsi (əmlak hüquqlar) – 23%
• Audiovizual əsərlərin ayrı-ayrı elementlərindən, yeni yaradılmış audiovizual əsərdə ijazəsiz istifadəsi (şəxsi hüquqlar) – 20,5%
• Sənədli filmlərin və xronikal materialların filmlərdə, TV verilişlərində və digər formada istifadəsi zamanı filmin və recissorun adının göstərilmədən istifadəsi (şəxsi hüquqlar) – 14%
• Audiovizual əsərin istifadə zamanı redaktə olunması (şəxsi hüquqlar) – 6%
• Müəlliflərin və ifaçıların titrlərdə adlarının göstərilməməsi və ya ixtisar olunması (şəxsi hüquqlar) – 5,5
• Audiovizual əsərinin formatının dəyişdirilməsi – təsvirin sıxışdırılması və ya genişləndirilməsi (şəxsi hüquqlar)– 3%
• Audiovizual əsərin və müəlliflərin adlarının mətbuatda və digər informasiya mənbəyində düzgün göstərilməməsi (şəxsi hüquqlar)- 2%
• Audiovizual əsərlərin digər formatda istifadəsi zamanı – 1%

7. 2001-ci ildən bu günə qədər Audiovizual əsərlərin TV kanallarında istifadəsinin   dinamikası:

8. Audiovizual əsərlərin videokasset, disk və digər formatda tiraclanması və kütləvi yayımı sahəsində piratçılığın səviyyəsi:

 

Monitorinqdə Kinorecissorlar Gildiyasında son beş ildə qeydə alınmış müəllif hüquq pozuntuları, statistik və mühasibat uçot rəqəmləri, filmlərin istifadəsi ilə bağlı məlumatlar, həmin ərəfədə istehsal olunmuş audiovizual əsərlərin yaradılması və istifadəsi zamanı mövjud vəziyyət əsas götürülmüşdir.