Fikrət Ələkbərov

Rəssam

(18.02.1946) 

Fikrət Ağazeynal oğlu Ələkbərov Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində (1962-1967), M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsində (1973) təhsil alıb. 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib.

Xarici film istehsalçılarının “Brilliant əl” (1968, rejissor Leonid Qayday / Rusiya) filmində dekorator assistenti, “Meqapolis” (1992 / Ukrayna), “Portağallar” (1994 / Ukrayna) və “Beş nömrəli kameranın məhbusu” (Türkiyə) filmlərində rəssam kimi çalışıb. “Sonuncu düym” (1958, rejissorlar Teodor Vulfoviç, Nikita Kurixin / Rusiya) filmində Devinin dublyoru, “Amfibiya adam” (1961, rejissorlar Gennadi Kazanski, Vladimir Çebotaryov / Rusiya) filmində epizodik rolda, “Beş nömrəli kameranın məhbusu” (Türkiyə) filmində isə həbs düşərgəsi rəisinin müavini rolunda çəkilib.

Bunlardan başqa “Mozalan” satirik kinojurnalının 100-dən artıq süjetinin və bir neçə klipin bədii tərtibatını verib. Əməkdar rəssamdır (2008).

Rəssam Fikrət Ələkbərov təsvir rejissoru Ağazeynal Ələkbərovun oğludur.

  1. http://anl.az/down/meqale/medeniyyet/2011/fevral/158979.htm
  2. https://arki.az/az/news/631/emekdar-ressam-fikret-elekberovun-75-illik-yubileyidir
  3. http://kinobiz.az/celebrity/fikr%C9%99t-%C9%99l%C9%99kb%C9%99rov/
  4. https://525.az/news/52001-kino-ressami-fikret-elekberovun-70-illiyi-qeyd-edildi

FILMOQRAFIYA:

  1. Dərviş Parisi partladır (1976, tammetrajlı bədii film) – dekor rəssamı, aktyor

https://www.youtube.com/watch?v=4ILjM5NzSKs

  1. Tütək səsi (1976, tammetrajlı bədii film) – rəssam assistenti

https://www.youtube.com/watch?v=bPjf942ZYmc

  1. Arxadan vurulan zərbə (1977, tammetrajlı bədii film) – dekor rəssamı

https://www.youtube.com/watch?v=HD_TLBLipgw

  1. Qərib cinlər diyarında (1977, tammetrajlı bədii film) – dekor rəssamı

https://www.youtube.com/watch?v=Vh3jmsJDzu4

  1. Qaynana (1978, tammetrajlı bədii film) – dekor rəssamı

https://www.youtube.com/watch?v=JFGKyPqQuwA

  1. Od içində (1978, tammetrajlı bədii film) – geyim rəssamı

https://www.youtube.com/watch?v=klg4QIznODY

  1. Onun bəlalı sevgisi (1980, tammetrajlı bədii film) – dekor rəssamı
  2. Yol əhvalatı (1980, tammetrajlı bədii film) – dekor rəssamı

https://www.youtube.com/watch?v=QJWHSuzBa6Q

  1. Qorxma, mən səninləyəm! (1981, tammetrajlı bədii film) – dekor rəssamı

https://www.youtube.com/watch?v=JG4WGYMLFAw

  1. Evlənmək istəyirəm (1983, tammetrajlı bədii film) – dekor rəssamı
  2. Musiqi müəllimi (1983, tammetrajlı bədii film) – geyim rəssamı
  3. Avqust gələndə (1984, tammetrajlı bədii film) – dekor rəssamı
  4. Köhnə bərə (1984, tammetrajlı bədii film) – dekor rəssamı
  5. Qara gölün cəngavərləri (1984, tammetrajlı bədii film) – dekor rəssamı

https://www.youtube.com/watch?v=5b6pRge4200

  1. Sizi dünyalar qədər sevirdim (1985, tammetrajlı bədii film) – dekor rəssamı

https://www.youtube.com/watch?v=1ErjO8DlkCI

  1. İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – dekor rəssamı
  2. Özgə ömür (1987, tammetrajlı bədii film) – dekor rəssamı
  3. Gənc qadının kişisi (1988, tammetrajlı bədii film) – rəssam
  4. Murad-sad (1988, qısametrajlı bədii film) – rəssam
  5. Girişmə, öldürər (1991, tammetrajlı bədii film) – rəssam, geyim rəssamı
  6. 777 №-li iş (1992, tammetrajlı bədii film) – rəssam
  7. Son döyüş (1996, tammetrajlı bədii film) – rəssam
  8. Hər şey yaxşılığa doğru (1997, qısametrajlı bədii film) – dekor rəssamı
  9. Ailə (1998, tammetrajlı bədii film) – aktyor
  10. Bir anın həqiqəti (2003, bədii serial) – rəssam, aktyor (Byurgen)
  11. Əlvida (2007, tammetrajlı bədii film) – rəssam, aktyor
  12. Xəyallar gündəliyi (2008, qısametrajlı bədii film) – rəssam
  13. Qocalar (2008, qısametrajlı bədii film) – rəssam
  14. Niyyət (2009, tammetrajlı bədii film) – rəssam

https://www.youtube.com/watch?v=tbCDjn3eDUA

  1. Psixiatr (2009, qısametrajlı bədii film) – rəssam, aktyor
  2. Əlavə təsir (2010, tammetrajlı bədii film) – rəssam
  3. Top həm düşər, həm qalxar (2011, qısametrajlı sənədli film) – rəssam
  4. Qorxma, mən səninləyəm! 1919 (2013, tammetrajlı bədii film) – rəssam assistenti
  5. Dərs (2015, tammetrajlı bədii film) – rəssam

https://www.youtube.com/watch?v=5ORLvWkaZvs

Fikret Elekberov-4
Kontakt:+994503275700
Ünvan:9:00 to 16:30