Mais Ağabəyov
rəssam
(01.05.1941 – 17.06.2020)
Mayıs Əlişir oğlu Ağabəyov Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1961), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb (1969). “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyət göstərib. 1965-ci ildən Beynəlxalq və yerli sərgilərdə kino və rəngkarlıq əsərləri ilə iştirak edir. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Akademik rəngkarlıq” kafedrasının professorudur, 2006-2010-cu illərdə kafedraya rəhbərlik edib. “Humay” milli mükafatına layiq görülüb (2012). Mayis Ağabəyov 2018-ci ildə “Azərbaycan kinosunun inkişafına verdiyi töhfələrə görə” Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə Mükafatına layiq görülüb. Xalq rəssamı (2000) Mayis Ağabəyov 17 iyun 2020-ci ildə vəfat edib.
- http://anl.az/down/meqale/525/2011/may/cm37.htm
- https://www.youtube.com/watch?v=KpairPhPHw0
- https://filmfond.az/2021/05/16/mayis-agab%C9%99yov-80/
- https://citylife.az/content/az/2647/mayis-agabeyovun-sergisi
- https://azgallery.az/az/news/358
- https://kulis.az/xeber/media/Azrbaycanin-Xalq-rssami-vfat-etdi-31516
FILMOQRAFIYA:
- Biri vardı, biri yoxdu… (1967, qısametrajlı bədii film) – rəssam assistenti
- Sevil (II) (1970, tammetrajlı bədii film) – rəssam assistenti
- Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – geyim rəssamı
- Həyat bizi sınayır (1972, tammetrajlı bədii film) – rəssam
- Nəsimi (II) (1973, tammetrajlı bədii film) – rəssam
- Çətirimiz buludlardır (1976, tammetrajlı bədii film) – rəssam
- Xoşbəxtlik qayğıları (1976, tammetrajlı bədii film) – rəssam
- Ürək… Ürək… (1976, tammetrajlı bədii film) – rəssam
- Babək (1979, tammetrajlı bədii film) – rəssam
- Təkcə adanı özünlə apara bilməzsən (1980, tammetrajlı bədii film) – rəssam
- Nizami (III) (1982, tammetrajlı bədii film) – rəssam
- Ötən ilin son gecəsi (II) (1983, tammetrajlı bədii film) – rəssam
- Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – rəssam
- Burulğan (1986, tammetrajlı bədii film) – rəssam
- Qətl günü (1990, tammetrajlı bədii film) – rəssam
- Zirzəmi (1990, tammetrajlı bədii film) – rəssam
- Müqəddəs oda yanaram (1991, tammetrajlı bədii film) – rəssam
- Şirbalanın məhəbbəti (1991, tammetrajlı bədii film) – rəssam
- Köpək (1994, tammetrajlı bədii film) – rəssam
- Ümid (II) (1995, tammetrajlı bədii film) – rəssam
- Özgə vaxt (1996, tammetrajlı bədii film) – rəssam
- Ləqəbi “İka”dır (1997, tammetrajlı bədii film) – rəssam
- Nə gözəldir bu dünya… (1999, tammetrajlı bədii film) – rəssam
- Məkanın melodiyası (2004, tammetrajlı bədii film) – rəssam
- Girov (2005, tammetrajlı bədii film) – rəssam
- Əlvida, cənub şəhəri (2006, tammetrajlı bədii film) – rəssam
- Günaydın, mələyim (2008, tammetrajlı bədii film) – rəssam
- Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – rəssam
- Dərvişin qeydləri (2013, tammetrajlı bədii film) – rəssam
