Rafis İsmayılov
rəssam
(30.03.1939)
Rafis Rza oğlu İsmayılov (Rafiz Rza / Rafiz İsmayılov) Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində -K.Xanlarovun və Abdulxalıqın kursunda (1962), Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində (1966-1972, Mixail Boqdanov , Nemenskiy və Gennadi Myasnikovun emalatxanası) təhsil alıb. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Azərbaycan Milli Dram Teatrında, Opera və Balet Teatrında bəzi tamaşaların rəssamı olub, kitablara illustrasiyalar çəkib. Əməkdar rəssam (1982), Xalq rəssamıdır (2000). “Sevinc buxtası” filminə görə Dövlət mükafatına (1978), “Sübhün səfiri” filminə görə “Ən yaxşı rəssam işi” nominasiyasında Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatına layiq görülüb (2015). Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür.
Rəssam Rafis İsmayılov rejissor Rasim İsmayılovun qardaşıdır.
- http://www.anl.az/down/meqale/525/525_aprel2009/73462.htm
- https://azgallery.az/az/news/163
- https://azertag.az/xeber/Xalq_ressami_Rafis_Ismayilovun_80_illiyi_qeyd_olunacaq-1243455
- https://medeniyyet.az/page/news/47539/Xalq-ressami-Rafis-Ismayilovun-yubiley-sergisi.html?lang=az
- https://old.xalqqazeti.com/az/news/culture/43637
- https://modern.az/az/news/92694/uc-xalq-artistine-qizil-peri-mukafati-verildi-
FILMOQRAFIYA:
- Danışan işıqlar (1965, animasiya filmi) – rəssam
- Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – rəssam assistenti
- Yaşamaq gözəldir, qardaşım (1966, tammetrajlı bədii film) – rəssam assistenti
- Oxuyur Müslüm Maqomayev (1971, tammetrajlı sənədli film) – rəssam
- 1001-ci qastrol (1974, tammetrajlı bədii film) – rəssam
- Qatır Məmməd (1974, tammetrajlı bədii film) – rəssam (N.Zeynalovla birlikdə)
- Dədə Qorqud (1975, tammetrajlı bədii film) –rekvizit üzrə rəssam
- Maestro Niyazi (1975, qısametrajlı sənədli film) – rəssam
- Mezozoy əhvalatı (1976, tammetrajlı bədii film) – rəssam
- Nə yaxşı ki, dünyada Səməd Vurğun var (1976, qısametrajlı sənədli film) – rəssam
- Sevinc buxtası – 2-ci seriya (1977, tammetrajlı bədii film) – rəssam
- Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – rəssam
- Evin kişisi (1978, tammetrajlı bədii film) – rəssam
- Qəribə adam (1979, tammetrajlı bədii film) – rəssam, geyim rəssamı
- Anın quruluşu (1980, tammetrajlı bədii film) – rəssam
- Xeyir və şər (1980, animasiya filmi) – rəssam
- Üzeyir ömrü – 2-ci seriya (1981, tammetrajlı bədii film) – rəssam
- İşgüzar səfər – 2-ci seriya (1982, tammetrajlı bədii film) – rəssam
- Avqust gələndə (1984, tammetrajlı bədii film) – rəssam
- Qara gölün cəngavərləri (1984, tammetrajlı bədii film) – rəssam
- Bayramda yağış (1985, qısametrajlı bədii film) – rəssam
- İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – rəssam
- Özgə ömür (1987, tammetrajlı bədii film) – rəssam
- Pirverdinin xoruzu (1987, qısametrajlı bədii film) – rəssam
- Göyçək Fatma (II) (1988, animasiya filmi) – rəssam
- Ölsəm… bağışla (1989, tammetrajlı bədii film) – rəssam
- Bəxtəvər (1990, qısametrajlı bədii film) – rəssam
- Oda (1990, animasiya filmi) – rejissor (V.Talıbovla birlikdə), ssenari müəllifi, rəssam
- Qətldən yeddi gün sonra (1991, tammetrajlı bədii film) – rəssam
- Qisas (1991, qısametrajlı bədii film) – rəssam
- Fəryad (1993, tammetrajlı bədii film) – rəssam
- Lağım (1993, animasiya filmi) – rəssam
- Təhminə (1993, tammetrajlı bədii film) – rəssam
- Son döyüş (1996, tammetrajlı bədii film) – rəssam (F.Ələkbərovla birlikdə)
- Otel otağı (1998, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
- Təsadüfi görüş (1999, qısametrajlı bədii film) – rəssam
- Ovsunçu (2002, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
- Dronqo (2002, bədii serial) – rəssam (R,Nəsirovla birlikdə)
- Torpaq (II) (2002, animasiya filmi) – rejissor, rəssam
- Azərbaycan xanlıqları (2002-2003, sənədli serial) – rəssam (R.Nəsirovla birlikdə)
- Küçələrə su səpmişəm (2004, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
- Məhkumlar (2006, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
- Üç qız (2006, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
- Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
- Ev (2007, qısametrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
- Cavad xan (2008, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
- İstanbul reysi (2010, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
- İz… Qala (2010, qısametrajlı sənədli film) – rəssam
- Tərsinə çevrilən dünya (2011, tammetrajlı bədii film) – rəssam
- Sübhün səfiri (2012, tammetrajlı bədii film) – rəssam (2015, “Qızıl Pəri” mükafatı – “Ən yaxşı rəssam”)
- Axınla aşağı (2014, tammetrajlı bədii film) – rəssam
