Eldəniz Quliyev
Ssenarist
(20.04.1952)
Eldəniz Cümşüd oğlu Quliyev Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1974), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində (1979-1981, A.Tarkovski, V.Yejov, O.İoselianinin yaradıcılıq emalatxanası) təhsil alıb. “Mosfilm”, M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. “Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü (1981-1987), “Debüt” studiyasının baş redaktoru (1987-1992), “Azərkinovideo” İstehsalat Birliyinin baş redaktoru (1993-1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən “Sülh səfiri” fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən “Ziyalı-İntelligensiya” qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalılar Birliyinin sədridir. “Üçatılan”, “Tilsimli dairə”, “Təpəgöz”, “Mürşüd kişi niyə susur?”, “İstək” və s. dram əsərləri Respublika teatrlarında tamaşaya qoyulub. “Ağ yuxu” hekayələr toplusu (1985), “Kölgəsiz adam” hekayə və povestlər kitabı (1998), “Rasim Balayev” (1999) kitabları nəşr olunub.
Ssenarist Eldəniz Quliyev aktrisa Xalidə Quliyevanın həyat yoldaşıdır.
Ssenarist Eldəniz Quliyev rejissor Nəcəf Quliyevin atasıdır.
- https://www.nuh.az/region/page/8/25168-eldniz-quliyev-yeni-hrkat-yaratd-mhur-simalar.html
- http://az.baku-art.com/az/bu-gun-ssenarist-ve-kinodramaturq-eldeniz-quliyevin-dogum-g-n-d-r/
FILMOQRAFIYA:
- Belə bir kənd var (1981, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Azərbaycan kauçuku (II) (1983, qısametrajlı sənədli film) – redaktor
- Cırtdan-pəhləvan haqqında – II film (1983, animasiya filmi) – ssenari müəllifi
- Sehrli ləçək (1983, animasiya filmi) – ssenari müəllifi
- Cin mikrorayonda (1985, tammetrajlı bədii film) – ssenari müəllifi
- Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (Mirzə)
- Bircəciyim (1986, tammetrajlı bədii film) – redaktor
- Afroditanın qolları (1987, qısametrajlı bədii film) – redaktor
- Düşüncə (1987, animasiya filmi) – redaktor
- Kölgədə 40 dərəcə isti (1987, tammetrajlı bədii film) – ssenari müəllifi
- Pirverdinin xoruzu (1987, qısametrajlı bədii film) – ssenari müəllifi
- Süd dişinin ağrısı (1987, tammetrajlı bədii film) – redaktor
- Ata (1988, qısametrajlı sənədli film) – redaktor
- Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Yaşa, qızıl balıq (1988, qısametrajlı bədii film) – redaktor
- Dəvətnamə (1989, qısametrajlı bədii film) – redaktor
- Həmyerli (1989, qısametrajlı bədii film) – redaktor
- Hücum (1989, qısametrajlı bədii film) – redaktor
- Son tamaşa (1989, qısametrajlı sənədli film) – redaktor
- Bəxtəvər (1990, qısametrajlı bədii film) – redaktor
- Güzgü (1990, qısametrajlı bədii film) – redaktor
- Qara qızılın qara üzü (1990, qısametrajlı sənədli film) – ssenari müəllifi
- “Yapon” və yaponiyalı (1990, qısametrajlı bədii film) – redaktor
- Abşeronda subtropik bitkilər (1991, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Bizim Nəsibə xanım… (1991, qısametrajlı sənədli film) – redaktor
- Haqqın dərgahı (1991, qısametrajlı sənədli film) – redaktor
- Qisas (1991, qısametrajlı bədii film) – redaktor
- 777 №-li iş (1992, tammetrajlı bədii film) – ssenari müəllifi
- Lal (1992, qısametrajlı bədii film) – ssenari müəllifi
- Təbəssüm (II) (1992, qısametrajlı bədii film) – redaktor
- Haray (II) (1993, tammetrajlı bədii film) – ssenari müəllifi
- Qoca əsgər (1993, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Parlament (1996, qısametrajlı sənədli film) – ssenari müəllifi
