Əsgər İsmayılov
Təsvir rejissoru
(01.04.1905 – 13.11.1983)
Əsgər Cəfər oğlu İsmayılov Tiflisdə anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1936-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. İlk dəfə olaraq Azərbaycandan Əsgər İsmayılov Moskvaya göndərilərək orada rəngli filmlərin texnologiyasını öyrənib geri qayıtdı. 1947-ci ildə ilk rəngli sənədli film olan “Bakıdan Göy gölə” ekran əsərini çəkib. Sonralar “Azərbaycanfilm” kinostudiyasında qruplar təşkil edərək, rəngli filmin texnologiyasını gənclərə öyrətməklə məşğul olub. Alman dilindən rəngli filmlər haqqında kitabı dilimizə tərcümə edib. Əməkdar incəsənət xadimi Əsgər İsmayılov 1983-cü ildə vəfat edib.
- https://kaspi.az/az/yubiley-yasadii-dvrun-salnamecisi
- https://filmfond.az/2022/04/01/istedadli-kinooperator-%C9%99sg%C9%99r-ismayilovun-dogum-gunudur/
- https://medeniyyet.az/page/news/3059/Azerbaycanin-ilk-rengli-filmi-ceken-operatoru.html?lang=ru
FILMOQRAFIYA:
- Sevil (1929, tammetrajlı bədii film) – kinooperator
- Direktiv bant (1932, qısametrajlı bədii film) – təsvir rejissoru
- Kəndlilər (1939, tammetrajlı bədii film) – kinooperator
- Səbuhi (1941, tammetrajlı bədii film) – təsvir rejissoru
- Bəxtiyar (1942, qısametrajlı bədii film) – təsvir rejissoru
- Sovqat (1942, qısametrajlı bədii film) – təsvir rejissoru
- Bir ailə (1943, tammetrajlı bədii film) – təsvir rejissoru
- Zəfər bayramı (1945, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Bakıdan Göy-Gölədək (1947, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Bakının işıqları (1950, tammetrajlı bədii film) – quraşdırılmış səhnələrin təsvir rejissoruu
- Xəzər neftçiləri (1952, qısametrajlı sənədli film) – ssenari müəllifi, təsvir rejissoru
- Arazın sahillərində (1953, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Bəxtiyar (II) (1955, tammetrajlı bədii film) – quraşdırılmış səhnələrin təsvir rejissoruu
- Qara daşlar (1956, tammetrajlı bədii film) – təsvir rejissoru
- “Kazbek” qutusu (1958, qısametrajlı bədii film) – rejissor assistenti
- Kölgələr sürünür (1958, tammetrajlı bədii film) – təsvir rejissoru
- Əyri yolla qazanc (1960, qısametrajlı bədii film) – təsvir rejissoru
- Qəribə əhvalat (1960, qısametrajlı bədii film) – təsvir rejissoru
- Səhər (1960, tammetrajlı bədii film) – rejissor assistenti, kinooperator
- Sən bunu bilməlisən (1961, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Sabir (1962, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Telefonçu qız (1962, tammetrajlı bədii film) – rejissor assistenti
- Axırıncı namaz (1963, qısametrajlı bədii film) – təsvir rejissoru
- Romeo mənim qonşumdur (1963, tammetrajlı bədii film) – rejissor assistenti
- Sabahın xeyir, Bakı! (1964, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Ulduz (1964, tammetrajlı bədii film) – rejissor assistenti
- Qaraca qız (1966, tammetrajlı bədii film, kinoalmanax) – rejissor assistenti
- Torpaq. Dəniz. Od. Səma. (1967, tammetrajlı bədii film) – rejissor assistenti

Hüquqvarisi:Naməlum...Axtarılır...
Kontakt:+994 12 431-77-31
Ünvan:Bakı ş. Moskva prospekti 1.