İdarə Heyətinin Sədr müavini – rejissor

Elçin Musaoğlu

Rejissor

Elçin Musaoğlu – rejissor

11 iyul 1966-cı ildə Bakıda anadan olub. M.A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1983-1990), Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb (1989-1990). “Azərbaycanfilm” kinostudiyasında (1990), Akademstudioda (1992), “Azərbaycantelefilm” YB-də (1994-2004) çalışıb. 2005-ci ildən “Ritm Prodakşn”da çalışır. “Sinema Evi” Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür.
Gənclər Nazirliyinin “İlin ən yaxşı kinorejissoru” (1999), Əl-Cəzirə Film Festivalı “Qızıl Mükafat”ının sahibidir (2006). “40-cı qapı” film layihəsi “Focal” cəmiyyətinin (İsveçrə) təyin etdiyi qrantın qalibi olub (2005). 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur.
42-ci Beynəlxalq Hyuston Film festivalında “Gold Remi Award.Foreign”(Ən yaxşı xarici film) mükafatına layiq görülmüşdür (2009). 2015-ci ildə quruluşçu rejissoru olduğu “Nabat” filmi “Ən yaxşı bədii film” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülmüşdür.

  • 1990 – Leyli və Məcnun
  • 1994 – Qatil
  • 1994 – P.S
  •  1996 – Valın üçüncü üzü
  • 1997 – Qum dənəsi
  • 1997 – Səyyahın Gündəliyi
  • 1998 – Azad Mirzəcanzadə
  • 1999 – Rüstəm haqqında
  • 2000 – Hər şey olduğu kimi. Arşın mal alan-55. IV film
  • 2000 – Hər şey olduğu kimi.V film. Rəşid Behbudov
  • 2000 – Hər şey olduğu kimi.Əminə Dilbazi
  • 2000 – Günəş və bulud
  • 2000 – İsmixan Rəhimov
  • 2000 – Küyçü Həmid
  • 2000 – O quzeylər
  • 2000 – Tofiq Bakıxanov
  • 2001 – Bir qəlbin iki dastanı
  • 2001 – Gəmiqaya
  • 2001 – Havalansın Xanın səsi
  • 2001 – Qaya
  • 2001 – Mingəçevir. Birinci film
  • 2001 – Mingəçevir. İkinci film
  • 2001 – Rəşid Behbudov
  • 2001 – Ruhun rəngləri. Nərminə Vəliyeva
  • 2001 – Şəfiqə Baxşəliyeva
  • 2001 – Usta Rəşid
  • 2002 – Basqal
  • 2002 – Fotoqraf
  • 2002 – Gözümün İşığı
  • 2002 – Gülağa Məmmədov
  • 2002 – Lütfiyar İmanov
  • 2002 – Maestro
  • 2003 – Durnalar qayıtdı
  • 2003 – Firəngiz Əhmədova
  • 2003 – Şüşə Oyuncaqlar
  • 2005 – Nur Payı
  • 2006 – Qamış Şəhərin Yuxuları
  • 2006 – Mən kitabımı başlayıram
  • 2006 -Günəş və bulud-2
  • 2007 – Qaşqayın son proqnozu
  • 2007 – Söz Uşaqlara Verilir
  • 2009 – 40-cı qapı (tammetrajlı bədii film)
  • 2014 – Nabat (tammetrajlı bədii film)