Azər Dadaşov

Bəstəkar

(01.12.1946)

Azər İsmayıl oğlu Dadaşov Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində təhsil alıb (1971, Qara Qarayevin sinfi). 16 simfoniya, 20 kantata və oda, “Kiçik Mukun sərgüzəştləri” uşaq operası, “Şərq freskası” balet miniatürü, piano ücün 3 Konsert, fleyta, viola üçün Konsertlər, kamera, nəfəs alətləri, xalq çalğı alətləri orkestrləri üçün süitalar, çox sayda kamera-instrumental və xor əsərləri, 20-dən artıq filmə musiqi, mahnılar bəstələyib. Həmçinin Milli Paraolimpiya Himninin müəllifidir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorudur (2009). “Humay” mükafatçısı (2001), Əməkdar incəsənət xadimi (2005), Xalq artistidir (2018).Azərbaycan Professional Kinorejissorlar Gildiyası İdarə Heyətinin üzvüdir.

  1. https://azertag.az/xeber/Bestekarlar_Ittifaqinda_Xalq_artisti_Azer_Dadasovun_75_illiyi_qeyd_olunub-1942064
  2. http://anl.az/down/meqale/525/2011/yanvar/150624.htm
  3. http://kinobiz.az/celebrity/az%C9%99r-dadasov/
  4. https://ikisahil.az/post/279723-ozunemexsus-uslub-yaratmaga-muveffeq-olmush-bestekar-azer-dadashov-75
  5. https://adalet.az/mobil/216267
  6. https://tehsil.biz/news/az/28654/Azr-Dadaovun-srlrinin-n-yax-ifas-V-Beynlxalq-msabiqsin-yekun-vurulub

FILMOQRAFIYA:

  1. Arvadım mənim, uşaqlarım mənim (1978, tammetrajlı bədii film, kino-almanax) – bəstəkar
  2. Arzunu yarat (1979, animasiya filmi) – bəstəkar
  3. Anın quruluşu (1980, tammetrajlı bədii film) – bəstəkar
  4. Dəcəl dovşan (1981, animasiya filmi) – bəstəkar
  5. Ev dirəyi – el dirəyi (1982, qısametrajlı sənədli film) – bəstəkar
  6. Sehrli ləçək (1983, animasiya filmi) – bəstəkar
  7. Uçan zürafə (1983, animasiya filmi) – bəstəkar
  8. Yeni evlənənlər (1983, qısametrajlı bədii film) – bəstəkar
  9. Qəribə əjdaha (1984, animasiya filmi) – bəstəkar
  10. Şəhərli biçinçilər (1986, tammetrajlı bədii film) – bəstəkar
  11. İmtahan (1987, tammetrajlı bədii film) – bəstəkar
  12. Şahid qız (1990, tammetrajlı bədii film) – bəstəkar
  13. Özgə vaxt (1996, tammetrajlı bədii film) – bəstəkar
  14. Əzizə Cəfərzadə (1999, tammetrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  15. Yuxu (2001, tammetrajlı bədii film) – bəstəkar
  16. Məkanın melodiyası (2004, tammetrajlı bədii film) – bəstəkar
  17. Qocalar (2008, qısametrajlı bədii film) – bəstəkar
Kontakt:050-365-37-25
Ünvan:Bakı şəhəri, Sabunçu ray., Bakıxanov qəs., Sakit Qocayev küçəsi 19, mənzil 5.