Cavanşir Quliyev
Bəstəkar
(22.11.1950)
Cavanşir Rəhim oğlu Quliyev 1950-ci ildə Şəkidə doğulub. Orta rus məktəbini 1967-ci ildə Şəki Musiqi Texnikumunu 1968-ci ildə bitirib. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakultəsinin Tar şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq Fakultəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar professor Cövdət Hacıyevin sinifini bitirib. 2-ci kursda oxuyarkən yazdığı “Birinci Kvartetdə” gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək , yeni musiqi tərzinin üzə çıxmasına nail olmuşdur. Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və 17-il çalışıb. 1990-1993-cü illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980-1998-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Bakı Musiqi Akademiyasında, 2005-ci ilə qədər Akademik illi Dram teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ilədn Şimali Kipr Respublikasının Yaxın Şərq Universitəsinin Səhnə Sənətləri Fakultəsinin professorudur.
Filmoqrafiya:
1982 – “Qocalar…Qocalar”
1986 – “Qəm pəncərəsi”
1987 – “Araqarışdıran”
1987 – “Süd dişinin ağrısı”
1989 – “Lətifə”
1990 – “Girişmə öldürər”
1990 – “Güzgü”
1991 – “Sonuncu məhəbbət”
1992 – “Etiraf”
