Eldar Rüstəmov

Bəstəkar

(13.07.1946)

Eldar Səid oğlu Rüstəmov Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının professoru, dirijor, skripkaçı və bəstəkardır. Əsərləri arasında skripka və piano üçün sonata (1990), “Sən gedəndən” romansı (1991), solist, xor və simfonik orkestr üçün “Heyranam, Vətən” odası (1992), solo skripka üçün sonata (1994), 2 akapella xoru – “Səadət nəğməsi”, “Bahar” (1996), “Düşdü yada” romansı (1998), kiçik tərkibli simfonik orkestr üçün “Meşə nağılı” süitası (1999), “Bir də baxsan mənə” akapella xoru (2001), Xor və simfonik orkestr üçün işləmələr (1990-2001), filmlər üçün bəstələrinin adını çəkə bilərik.

Bəstəkar Eldar Rüstəmov bəstəkar Səid Rüstəmovun oğludur.

FİLMOQRAFİYA:

  1. Yeraltı əhvalat (1975, qısametrajlı sənədli film) – bəstəkar
  2. Mən Xəzəri görürəm (1980, qısametrajlı sənədli film) – bəstəkar
  3. Özünü onun yerinə qoy (1983, qısametrajlı sənədli film) – bəstəkar
  4. Qoca palıdın nağılı (1984, tammetrajlı bədii film) – bəstəkar
  5. Təqib (1984, animasiya filmi) – bəstəkar
  6. Yay gününün xəzan yarpaqları (1987, tammetrajlı bədii film) – bəstəkar
  7. Bəxt üzüyü (1991, tammetrajlı bədii film) – dirijor
Kontakt:-
Ünvan:-