Emin Sabitoğlu

Bəstəkar

(02.11.1937 – 18.11.2000)

Emin Sabitoğlu (Emin Mahmudov Sabit Rəhman oğlu) Bakıda anadan olub. Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında, (1954-1956, Qara Qarayevin sinfi), P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb (1956-1961, Yuri Şaporinin bəstəkarlıq sinfi). 1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında müəllim işləyib. Musiqinin müxtəlif janrlarında bir çox əsərlərin müəllifidir: bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin mahnı janrı onun yaradıcılığının əsasını təşkil edib. 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib. Ömrünün son illərində Türkiyədə yaşayıb, İstanbul Texniki Universitetinin Türk Milli Konservatoriyasının professoru olub. Xalq artisti Emin Sabitoğlu 2000-ci ildə vəfat edib.

Bəstəkar Emin Sabitoğlu yazıçı, dramaturq Sabit Rəhmanın oğludur.

  1. http://www.anl.az/down/meqale/kaspi_az/2017/noyabr/561364.htm
  2. https://axar.az/news/musahibe/151925.html
  3. https://edebiyyat.az/musiqi/567-emin-sabitoglu-kinonun-ruhunu-duyan-bestekar.html
  4. https://www.mia.az/w1001142/repressiya-ilinde-dogulan-ve-500-den-artiq-mahninin-muellifinbspemin-sabitoglunun-heyati-fotolar-2020-11-02-194509

FILMOQRAFIYA:

  1. 150 il. Mirzə Fətəli Axundov (1962, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  2. Dağlarda zavod (1962, qısametrajlı sənədli film) – səs operatoru
  3. Möhtəşəm tikintinin adamları (1962, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  4. Paltar fabriki (1962, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  5. Azərbaycanın subtropiklərində (1963, qısametrajlı sənədli film) – bəstəkar
  6. Kür (1963, qısametrajlı sənədli film) – bəstəkar
  7. Sənin tərcümeyi-halın (1963, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  8. Yollar və küçələrlə (1963, qısametrajlı sənədli film) – bəstəkar
  9. Kimi daha çox sevirik – Dağ meşəsindən keçərkən… (1964, tammetrajlı bədii film, kinoalmanax) – bəstəkar
  10. Sabahın xeyir, Bakı! (1964, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  11. Böyük bostan (1965, qısametrajlı sənədli televiziya filmi) – musiqi tərtibatçısı
  12. Dəniz (1965, qısametrajlı sənədli film) – bəstəkar
  13. Dostluq məşəli (1965, qısametrajlı sənədli film) – bəstəkar
  14. Azəri teatrının ustaları (1966, tammetrajlı sənədli film) – bəstəkar
  15. Camışçılıq (1966, qısametrajlı sənədli film) – bəstəkar
  16. Cəlil Məmmədquluzadə (1966, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  17. Dostların ölkəsində (1966, qısametrajlı sənədli film) – bəstəkar
  18. O geri çəkilməlidir (1966, qısametrajlı sənədli film) – bəstəkar
  19. Salam, Azərbaycan! (1966, qısametrajlı sənədli film) – bəstəkar
  20. Səməd Vurğun (II) (1966, qısametrajlı sənədli film) – bəstəkar
  21. Azərbaycan çayı (1967, qısametrajlı sənədli film) – bəstəkar
  22. Hünər əbədidir (1967, qısametrajlı sənədli film) – bəstəkar
  23. Poçt qutusu (II) (1967, qısametrajlı bədii film) – bəstəkar
  24. Sahil bağı (1967, qısametrajlı bədii film) – bəstəkar
  25. Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) – bəstəkar
  26. Oxuyur Şövkət Ələkbərova (1970, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  27. Çiçək yağışı (1971, qısametrajlı sənədli film) – bəstəkar
  28. Gün keçdi (1971, tammetrajlı bədii film) – bəstəkar
  29. Aktrisanın təbəssümü (1974, tammetrajlı film-tamaşa) – aktyor (özü)
  30. Ömrün səhifələri (II) – Baladadaşın ilk məhəbbəti (1974, tammetrajlı bədii film, kinoalmanax) – bəstəkar
  31. Payız melodiyaları (1974, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  32. Dədə Qorqud (1975, tammetrajlı bədii film) – bəstəkar
  33. Dörd bazar günü (1975, tammetrajlı bədii film) – bəstəkar
  34. Azərbaycan elləri (1976, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  35. Qeyri-adi ov (1976, qısametrajlı bədii film) – bəstəkar
  36. Ad günü (1977, tammetrajlı bədii film) – bəstəkar
  37. De ki, məni sevirsən! (1977, tammetrajlı bədii film) – bəstəsindən istifadə olunub
  38. Bayquş gələndə… (1978, tammetrajlı bədii film) – bəstəkar
  39. Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – bəstəkar, aktyor (tamaşaçı)
  40. Od içində (1978, tammetrajlı bədii film) – bəstəkar
  41. Bizi bağışlayın (1979, tammetrajlı bədii film) – bəstəkar
  42. İstintaq (1979, tammetrajlı bədii film) – bəstəkar
  43. Kişilər (1979, tammetrajlı film-tamaşa) – bəstəsindən istifadə olunub
  44. Onun bəlalı sevgisi (1980, tammetrajlı bədii film) – bəstəkar
  45. Bağlı qapı (1981, tammetrajlı bədii film) – bəstəkar
  46. Nəğməkar torpaq (1981, tammetrajlı sənədli film) – bəstəsindən istifadə olunub
  47. Səni axtarıram (1981, tammetrajlı film-tamaşa) – bəstəsindən istifadə olunub
  48. Evləri köndələn yar (1982, tammetrajlı film-tamaşa) – bəstəkar
  49. Salam, Zeynəb! (1982, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  50. Bağışla (1983, tammetrajlı film-tamaşa) – bəstəsindən istifadə olunub
  51. Park (1983, tammetrajlı bədii film) – bəstəkar
  52. Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – bəstəkar
  53. Qanlı zəmi (1985, tammetrajlı bədii film) – bəstəkar
  54. Səndən xəbərsiz (1985, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
  55. Özgə ömür (1987, tammetrajlı bədii film) – bəstəkar, aktyor (sərnişin)
  56. Yaramaz (1988, tammetrajlı bədii film) – bəstəkar
  57. Dairə (1989, qısametrajlı bədii film) – bəstəsindən istifadə olunub
  58. Gülüş sanatoriyası (1989, tammetrajlı film-tamaşa) – bəstəkar
  59. Ölsəm… bağışla (1989, tammetrajlı bədii film) – bəstəkar
  60. Balıqların harayı (1990, qısametrajlı sənədli film) – bəstəkar
  61. Qətldən yeddi gün sonra (1991, tammetrajlı bədii film) – bəstəkar
  62. Mənim çörəkli dünyam (1991, qısametrajlı sənədli film) – bəstəkar
  63. Qayıdış (II) (1992, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  64. Təhminə (1993, tammetrajlı bədii film) – bəstəkar, aktyor (ad günündəki qonaq)
  65. Həm ziyarət, həm ticarət… (1995, tammetrajlı bədii film) – bəstəkar
  66. Bir cənub kəndində (1997, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
  67. Heydər Əliyev (1997-2013, sənədli serial) – bəstələrindən istifadə olunub
  68. Otel otağı (1998, tammetrajlı bədii film) – bəstəkar
  69. Şeirin Xəzrisi (2000, tammetrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  70. Gəlinlər (2002, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
  71. Oqtay Ağayev. Ötən günlər (2004, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  72. Cümhuriyyət generalları (2006, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  73. Bakı bağları (2007, sənədli serial) – bəstəsindən istifadə olunub
  74. Mətbuat fədaisi (2007, tammetrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  75. Təbiətin xilaskarı (2007, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  76. Anarın anları (2008, tammetrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  77. Dilin sehrində yaşayan insan (2010, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  78. Evləri göydələn yar (2010, tammetrajlı film-tamaşa) – bəstəkar
  79. Bir ömrün salnaməsi (2013, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  80. Səni axtarırıq… (2013, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  81. Azərbaycan incəsənəti minillikləri… (2014, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
Hüquqvarisi:Qızı Ceyran Mahmudova, həyat yoldaşı Xədicə Abbasova
Kontakt:+994 12 431-77-31
Ünvan:Bakı şəhəri, Moskva prospekti 1.