Nazim Rza
Rejissor
(11.01.1941 – 16.01.2021)
Nazim Rza İsrafiloğlu (Nazim Rzayev İsrafil oğlu / Nazim İsrafiloğlu) Gəncədə anadan olub. 1945-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. 1 saylı Musiqi məktəbinin fortepiano ixtisasında (1956), Azərbaycan Dövlət Teatr İnstitutunun Mədəni-maarif fakültəsində (1959-1964), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Televiziya rejissorluğu fakültəsində (1966-1971) təhsil alıb.
Bakının Suraxanı bölgəsindəki S.Orconikidze adına Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışıb (1964). 1966-cı ildə Azərbaycan televiziyasının dublyaj şöbəsində rejissor assistenti kimi fəaliyyətə başlayıb. Eyni zamanda musiqi, kinoproqram, sənaye redaksiyaları ilə də əməkdaşlıq edib. 1969-cu ildə təşkil olunan “Ekran” yaradıcılıq birliyində kinorejissor vəzifəsinə keçirilib. “İnsan Xəzəri xilas edir” adlı diplom filmi Beynəlxalq və Ümumittifaq kinofestivallarında mükafata layiq görülüb. Yaradıcılığı boyunca Azərbaycanın tarixini əsas mövzu olaraq seçib. Bakı nefti və dünya neft tarixinin tədqiq edilib öyrənilməsi sahəsində elmi araşdırmalar aparıb. Azərbaycan mətbuatında müntəzəm olaraq publisistik yazılarla çıxış edib. Kitabları nəşr olunub. Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya rejissorluğu fakültəsində “Rejissorluq və aktyorluq sənəti” fənni üzrə kurs rəhbəri vəzifəsində çalışıb (1992-1997). Nazim Rza İsrafiloğlu 2021-ci ildə vəfat edib.
- https://aki.az/nazim-rza-israfiloglu-80/
- http://kinobiz.az/celebrity/nazim-rza-israfiloglu/
- http://az.baku-art.com/az/taninm-sh-televiziya-rejissoru-kinodramaturq-nazim-rza
- https://arki.az/az/news/626/gorkemli-senedli-film-rejissoru-nazim-rza-vefat-edib
- https://sonxeber.az/205496/azerbaycanli-rejissor-vefat-edib-foto
FILMOQRAFIYA:
- Əsrlərin yadigarı (1967, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- İnsan Xəzəri xilas edir (1969, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Vaqif (1969, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Həyat romansı (1971, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Xəzər oğlu (1971, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Odlar yurdunun qızları (1972, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Bakı-Çələkən (1973, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- İlk traktorçu haqqında hekayə (1973, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Muğan qəhrəmanı (1973, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Şamama (1973, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Xınalıq etüdləri (1974, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- İliç buxtası (1974, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Elmi mərkəz (1975, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Qeyri-adi dəniz (1975, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Onlar Bakıda dost olublar (1975, qısametrajlı sənədli film) – rejissor
- Nəhəngin ilk addımları (1976, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Dağlıq Qarabağ (II) (1977, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Mayılovlar ailəsi (1977, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Azərbaycan narı (1978, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Sənə sevinc bağışlayım (1978, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Səmt küləyi (II) (1980, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Torpağın mahnısı (1980, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Üç üstəgəl milyon (1981, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- İş günündən sonra (1983, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Doğma ocağım mənim (1984, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Mən Muğana vurğunam (1986, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Göylər sonsuz bir dənizdir (1995, sənədli serial) – rejissor, ssenari müəllifi
- Norveç eskizləri (1997, tammetrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Odlu məmləkət (1998, sənədli serial) – rejissor, ssenari müəllifi
- Mavi alovun üfüqləri (1999, tammetrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- İki ömür (2000, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Azərbaycan vulkanları (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Elegiya (II) (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Vulkanla üz-üzə (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Dənizdə addımlayanlar (2002, tammetrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Qədim Gəncə (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Xaçbulaq (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Mirzə Məhəmməd Axundzadə (2004, tammetrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Alovlardan keçən ömür (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Məbədlər diyarı (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Mücadilə (2006, tammetrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Pirsultanlı (2006, tammetrajlı sənədli televiziya filmi) – rejissor
- Yuva qurdum söz içində. Məmməd Alim (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Akademik Validə Tutayuq (2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Ermənilər. Riyakarlığın anatomiyası (2008, tammetrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- 1915-ci il. Erməni saxtakarlığının başlanğıcı (2009, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Timsahın göz yaşı (2010, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Atəşgah (2011, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
