Aqşin Əlizadə

Bəstəkar
(22.05.1937 – 03.05.2014)

Aqşin Əliqulu oğlu Əlizadə Bakıda anadan olub. Bülbül adına xüsusi musiqi məktəbində (1955), Azərbaycan Dövlət Konservatoriyasında (Cövdət Hacıyevin bəstəkarlıq sinfi, 1962) təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayıb, bəstəkarlıq kafedrasında işləyib (1963-1972). Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi (1979–1985), Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi (1985–1990) vəzifələrini tutub. Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər olub (1991–1994). 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilərək 2012-ci ilədək həmin vəzifədə çalışıb. Tələbə vaxtı yazdığı sonata “Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsi”ndə I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya “Zaqafqaziya Baharı” festivalında I diploma layiq görülüb. Əsas əsərləri: “Babək” baleti (1979), “Natəvan” baleti, “Qafqaza səyahət” baleti (2002), “Ümid valsı” baleti (2008), 5 simfoniya, Skripka ilə orkestr üçün konsert, Violonçel ilə orkestr üçün poema, xor üçün “Bayatılar”, “Uşaq süitası”, “Pastoral”, “Aşıqsayağı”, “Cəngi”, “Kənd suitasi”, “Dastan”, “Şirvan lövhələri”, “Yumoreska” (uşaq xoru üçün), Skripka və fortepiano üçün “Portret”, Fortepiano üçün “Dastan”, Fortepiano üçün “Köhnə oyunlar”, Skripka və orqan üçün “Dialoq”, xoreoqrafiq simfoniya və s. 40-dan çox filmə və tamaşaya musiqi yazıb. “Şöhrət” ordeni (1997) və “Şərəf” ordeni (2012) ilə təltif edilib. Xalq artisti (1987), Dövlət mükafatı laureatı (1978), professor (1988) Aqşin Əlizadə 2014-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Bəstəkar Aqşin Əlizadə bəstəkar Əli Əlizadənin atasıdır.

  1. http://anl.az/down/meqale/medeniyyet/2014/may/371467.htm
  2. http://konservatoriya.az/?p=1148
  3. http://az.baku-art.com/az/videocharx-gorkemli-best-kar-xalq-artisti-aqshin-elizad-nin-ziz-xatir-sin-h-sr-olunub
  4. https://filmfond.az/2022/05/20/aqsin-%C9%99lizad%C9%99-85/
  5. https://news.day.az/culture/488617.html

FILMOQRAFIYA:

  1. SSRİ xalqlarının spartakiadası (1966, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
  2. Bu, Səttar Bəhlulzadədir (1969, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  3. Axtarış həvəsi (1970, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  4. Fitnə (1970, animasiya filmi) – bəstəkar
  5. Dəmir ağac (1971, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  6. Fəhlə Gülbala Əliyev (1971, qısametrajlı sənədli film) – bəstəkar
  7. Torpaq patriarxları (1971, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  8. Tülkü həccə gedir (1971, animasiya filmi) – bəstəkar
  9. Çaqqal oğlu çaqqal (1972, animasiya filmi) – bəstəkar
  10. İlham (1972, animasiya filmi) – bəstəkar
  11. Qızıl qaz (1972, tammetrajlı bədii film) – bəstəkar
  12. Odla təmasda (1972, qısametrajlı sənədli film) – bəstəkar
  13. Bulud niyə ağlayır? (1973, animasiya filmi) – bəstəkar
  14. Göyçək Fatma (1973, animasiya filmi) – bəstəkar
  15. Ceyrançöl (1974, qısametrajlı sənədli film) – bəstəkar
  16. Ömrün səhifələri (II) – Rəqiblər (1974, tammetrajlı bədii film, kinoalmanax) – bəstəkar
  17. Bakı Komissarı Məşədi Əzizbəyov (1975, qısametrajlı sənədli film) – bəstəkar
  18. Nə yaxşı ki, dünyada Səməd Vurğun var (1976, qısametrajlı sənədli film) – bəstəkar
  19. Tütək səsi (1976, tammetrajlı bədii film) – bəstəkar
  20. Daşın poeziyası (1977, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  21. Üzü küləyə (1977, tammetrajlı bədii film) – bəstəkar
  22. Toral və Zəri (1979, animasiya filmi) – bəstəkar
  23. Gözlə məni (1980, tammetrajlı bədii film) – bəstəkar
  24. Təkcə adanı özünlə apara bilməzsən (1980, tammetrajlı bədii film) – bəstəkar
  25. Ürək yaddaşı (1981, qısametrajlı sənədli film) – bəstəkar
  26. Ötən ilin son gecəsi (II) (1983, tammetrajlı bədii film) – bəstəkar
  27. Avqust gələndə (1984, tammetrajlı bədii film) – bəstəkar
  28. Sizi dünyalar qədər sevirdim (1985, tammetrajlı bədii film) – bəstəkar
  29. Kölgədə 40 dərəcə isti (1987, tammetrajlı bədii film) – bəstəkar
  30. Pirverdinin xoruzu (1987, qısametrajlı bədii film) – bəstəkar
  31. Ağrı (1989, qısametrajlı sənədli film) – bəstəkar
  32. Kross (1989, qısametrajlı sənədli film) – bəstəkar
  33. Abşeron lövhələri (1990, qısametrajlı sənədli film) – bəstəkar
  34. Matəm (1990, qısametrajlı sənədli film) – bəstəkar
  35. Ləqəbi “İka”dır (1997, tammetrajlı bədii film) – bəstəkar
  36. Deportasiya (2001, sənədli serial) – bəstəsindən istifadə olunub
  37. Odla qol-boyun (2002, qısametrajlı bədii film) – bəstəkar
  38. Əkrəm Əylisli. İşıq həsrəti (2003, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  39. Gülqənd (2004, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  40. Unudulmuş qəhrəman (2005, qısametrajlı sənədli film) – bəstəsindən istifadə olunub
  41. Qafqaz (2006, tammetrajlı bədii film) – bəstəsindən istifadə olunub
  42. Bağ yerində (2007, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  43. Məhkumlar (2007, tammetrajlı bədii film) – bəstəkar
  44. Ömür urası (2007, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  45. Təxəllüsü “Mixaylo” (2008, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  46. Azərbaycan rəngkarlığının kraliçası (2009, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  47. Azərbaycan xalçaları (III) (2013, sənədli serial) – bəstələrindən istifadə olunub
  48. Aşiqi sadiq (2014, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  49. Bakı əsrlərin aynasında (2016, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
Hüquqvarisi:oğlu Əli Əlizadə
Kontakt:
Ünvan: