Qara Qarayev

Bəstəkar

(05.02.1918 – 13.05.1982)

Qara Əbülfəz oğlu Qarayev Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbində (1926), Azərbaycan Dövlət Konservatoriyası yanında Musiqi Texnikumunda (yeni işçi fakültəsi – G.Şaroyevin fortepiano sinfi, 1930), Azərbaycan Dövlət Konservatoriyasında (L.Rudolfun bəstəkarlıq, Ü.Hacıbəyovun xalq musiqisinin əsasları sinfi, 1931-1938). P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında (A.N.Aleksandrovun bəstəkarlıq sinfi, 1938-1940, D.Şostakoviçin sinfi, 1944-1946) təhsil alıb. Filarmoniyanın bədii rəhbəri (1941), Konservatoriyanın direktoru (1949-1953), SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi (1956-1973) işləyib. Milli musiqi ilə klassik və müasir üslublarin üzvi birliyi, mövzuların romantik şərhi yaradıcılığının spesifik xüsusiyyətlərindəndir. Əsərləri arasında Fortepiano üçün “Matəm preludiyası”, “Üçsəsli fuqa”, “Sonatina”, “Azərbaycan rapsodiyası”, Səs ilə fortepiano üçün “Altı Azərbaycan xalq mahnıları işləmələri”, Fortepiano ilə simfonik orkestr üçün “Sevinc poeması, Nəfəsli orkestr üçün “İdmançılar süitası”, “Azərbaycan marşı”, “Bakı neftçilərinin marşı”, Xor üçün “Layla”, Simfonik orkestr üçün “Azərbaycan süitası”, Simli Kvartet üçün “Fuqa”, Xalq çalğı alətləri orkestri üçün “Aşıq marşı”, “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik poemas, “Vətən” operası, “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri var. Teatr tamaşası, kino və müzikllərə musiqilər yazıb. Xarici film istehsalçılarının “Tarix dərsi” (1956, rejissor Leo Arnştam / Rusiya, Bolqarıstan), “Don Kixot” (1957, rejissor Qriqori Kosinçev, Lenfilm / Rusiya), “Qızıl eşelon” (1959, rejissor İlya Qurin, Qorki adına kinostudiya / Rusiya), “Qoya” (1971, rejissor Konrad Volf / Almaniya, Rusiya, Bolqarıstan, Yuqoslvaiya) filmlərinə musiqilər bəstələyib. “Vətən” operasına görə SSRİ Dövlət mükafatına, “Leyli və Məcnun” simfonik poemasına görə dövlət mükafatına, “Bir məhəlləli iki oğlan” filminin musiqisinə görə I Ümumittifaq sovet filmləri festivalının mükafatına, “İldırımlı yollarla” baletinə görə Lenin mükafatına layiq görülüb. Əməkdar incəsənət xadimi (1955), Azərbaycan (1958) və SSRİ xalq artisti (1959), SSRİ dövlət mükafatları laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Akademik (1959) Qara Qarayev 1982-ci ildə Moskvada vəfat edib.

  1. https://science.gov.az/az/news/open/7337
  2. https://www.muallim.edu.az/news.php?id=17969
  3. https://medeniyyettv.az/az/news/1652/qara-qarayevin-seadet-negmeleri
  4. https://respublika-news.az/news/dunyasohretli-bestekar-qara-qarayev
  5. https://bakuplus.az/2023/02/05/31-ya-nda-konservatoriyan-n-rektoru-olan-b-st-kar-qara-qarayev/

FILMOQRAFIYA:

  1. Nikita İvanoviç və sosializm (1931, tammetrajlı bədii film) – bəstəkar
  2. Ordenli Azərbaycan (1938, tammetrajlı sənədli film) – bəstəkar
  3. Bir ailə (1943, tammetrajlı bədii film) – bəstəkar
  4. Xəzər dənizçiləri (1944, tammetrajlı sənədli film) – operator
  5. Bakının işıqları (1950, tammetrajlı bədii film) – bəstəkar
  6. Mingəçevir (II) (1950, qısametrajlı sənədli film) – bəstəkar
  7. Xəzər neftçiləri haqqında dastan (1953, qısametrajlı sənədli film) – bəstəkar
  8. Doğma xalqıma (1954, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  9. Bir məhəllədən iki nəfər (1957, tammetrajlı bədii film) – bəstəkar
  10. Onun böyük ürəyi (1958, tammetrajlı bədii film) – bəstəkar
  11. Uzaq sahillərdə (1958, tammetrajlı bədii film) – bəstəkar
  12. Dənizi fəth edənlər (1959, tammetrajlı sənədli film) – bəstəkar
  13. Əsl dost (1959, tammetrajlı bədii film) – bəstəkar
  14. Leyli və Məcnun (1961, tammetrajlı bədii film) – bəstəkar
  15. Matteo Falkone (1961, qısametrajlı bədii film) – bəstəkar
  16. İnsan məskən salır (1967, tammetrajlı bədii film) – bəstəkar
  17. Abşeron ritmləri (1970, tammetrajlı sənədli film) – bəstəsindən istifadə olunub
  18. Nəğməkar torpaq (1981, tammetrajlı sənədli film) – bəstəsindən istifadə olunub
  19. Nizami (III) (1982, tammetrajlı bədii film) – bəstəkar
  20. Yeddi gözəl (1982, tammetrajlı bədii film) – bəstəkar, əsərindən istifadə olunub
  21. Hər şey olduğu kimi (2000, sənədli serial) – bəstələrindən istifadə olunub
  22. 80 kilometr yerin altı ilə (2002, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  23. Axırıncı aşırıma qədər (2002, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  24. Çiçi xalçaları (2002, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  25. Bəxtiyar Vahabzadə (II) (2003, tammetrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  26. 70-dən 1-ə… (2004, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  27. Abşeron lövhələri (II) (2004, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  28. Nəfəs alətləri (2004, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  29. Bakı Xoreoqrafiya Məktəbi 2005 (2005, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  30. Əlvida, cənub şəhəri (2006, tammetrajlı bədii film) – bəstəsindən istifadə olunub
  31. Azərbaycan mədəni irsinə qarşı müharibə (2007, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  32. Bağ yerində (2007, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  33. Qızlar (2007, bədii serial) – bəstəsindən istifadə olunub
  34. 40-cı qapı (2008, tammetrajlı bədii film) – bəstəsindən istifadə olunub
  35. Azərbaycan motivləri (2008, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  36. Böyük ömrün anları (2008, tammetrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  37. Həqiqətin özü (2008, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  38. Azərbaycan rəngkarlığının kraliçası (2009, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  39. Bir ovuc torpaq (2009, tammetrajlı film-tamaşa) – bəstəsindən istifadə olunub
  40. El adamı (2009, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  41. Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – bəstələrindən istifadə olunub
  42. Həyəcan tonqalları (2010, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  43. Qəlbin rəngləri (2010, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  44. Azərbaycan xalçaları (II) (2010-2011, sənədli serial) – bəstələrindən istifadə olunub
  45. Caz əfsanəsi (2011, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  46. Üfüqü ötənlər (2011, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  47. Duvağa bürünmüş xiffət… (2012, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  48. Ağır illər… Xoş xatirələr… (2014, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  49. Aşiqi sadiq (2014, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  50. Döl və ya qızıl balıq (2017, qısametrajlı bədii film) – bəstəsindən istifadə olunub
  51. Qafqaz Xirosiması (qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
Hüquqvarisi:Fərəc Qarayev (oğlu)
Kontakt:-
Ünvan:-