Adil Azay

Rəssam

(12.02.1957) 

Adil Azay (Adil Azayev) Gəncədə anadan olub. Rostov Kino Texnikumunda (1972-1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində (1984-1989) təhsil alıb. 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. ABŞ istehsalı olan “Ağrı” (2000, rejissor Oleq Harrincar) filmində rəssam kimi çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.

  1. https://aki.az/adil-azay-yaxsi-operatorun-dostu-yaxsi-r%C9%99ssamdir/
  2. http://kinobiz.az/celebrity/adil-azay/
  3. http://www.anl.az/down/meqale/baki_xeber/2017/iyul/552355.htm
  4. https://olay.az/incesenet/10567-uzeyir-hacibeylinin-filminin-teqdimati-kechirildi.html
  5. http://interfax.az/view/657259/az

FILMOQRAFIYA:

  1. Ötən ilin son gecəsi (II) (1983, tammetrajlı bədii film) – rəssam assistenti
  2. Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – rəssam assistenti
  3. Bircəciyim (1986, tammetrajlı bədii film) – rəssam assistenti
  4. Hücum (1989, qısametrajlı bədii film) – rəssam
  5. Qəzəlxan (1991, tammetrajlı bədii film) – geyim rəssamı
  6. Qayalarda qalan səs (1995, tammetrajlı film-tamaşa) – rəssam
  7. Səmədbəy (1995, qısametrajlı sənədli film) – rejissor
  8. Yük (1995, tammetrajlı bədii film) – rəssam, geyim rəssamı
  9. Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – rəssam
  10. Kleopatra (1996, tammetrajlı film-tamaşa) – rəssam
  11. Oyun (1996, qısametrajlı bədii film) – rəssam
  12. Ömürdən uzun gecə (1996, tammetrajlı film-tamaşa) – rəssam
  13. Yaz yuxusunun işığı (1996, tammetrajlı film-tamaşa) – rəssam
  14. Qobustan (III) (1997, qısametrajlı sənədli televiziya filmi) – rəssam
  15. Vahimə (1998, qısametrajlı bədii film) – rəssam
  16. Qız qalası (II) (2000, qısametrajlı bədii film) – rəssam
  17. Yuxu (2001, tammetrajlı bədii film) – rəssam
  18. Odla qol-boyun (2002, qısametrajlı bədii film) – rəssam
  19. Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – rəssam
  20. Sufi ocaqları (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  21. Dairə (II) (2005, qısametrajlı bədii film) – rəssam
  22. Ərazi (2005, qısametrajlı bədii film) – rəssam
  23. Cavid ömrü (2007, tammetrajlı bədii film) – rəssam
  24. Yun hörgüsü (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  25. Azərbaycan Odlar Yurdu (2009, tammetrajlı sənədli film) – rəssam, aktyor
  26. Qarabağdır Azərbaycan (2009, qısametrajlı bədii film) – rəssam
  27. Yaddaş (II) (2010, tammetrajlı bədii film) – ikinci rejissor
  28. Son hədd (2012-2013, bədii serial) – rejissor
  29. Xəlvətdə qalmış müdrik (2014, qısametrajlı sənədli film) – rejissor
  30. Vulkanın nəfəsi (2014, qısametrajlı sənədli film) – rejissor
  31. Daşın yaddaşı (2016, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  32. Miras (V) (2018, tammetrajlı sənədli film) – məsləhətçi, aktyor (Nobellərin xidmətçisi)
  33. Kəlağayı (II) (2019, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  34. Avarlar (III) (2020, qısametrajlı sənədli film) – rejissor
  35. Burla xatun (tammetrajlı film-tamaşa) – rəssam
Kontakt:050 327-57-00
Ünvan:AZ 1022 Bakı şəhəri, S.Rüstəm küçəsi, ev 37, mənzil 9.