Arif Məhərrəmov
rəssam
(05.08.1948)
05 avqust 1948-ci ildə anadan olmuşdur. 1972-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1981-ci ildə Moskva Dövlət Kinomatoqrafiya İnstitutunun rəssamlıq fakultəsini bitirmişdir.Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərdə rəssam və rejissor olmuşdur. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilmişdir. Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür. Əməkdar rəssamdır..
Filmoqrafiya:
1982 – “Yeddi gözəl” – rəssam
1982 – “İşgüzar səfər” – geyim üzrə rəsam
1982 – “Qocalar…Qocalar” – geyim üzrə rəsam
1988 – “Yaramaz” – rəssam
1993 – “O dünyadan salam”- rəssam
Animasiya filmləri
1983 – “Münəccimin şagirdi” – (cizgi film) – rejissor, rəssam
1984 – “Yatmaq vaxtıdır”- (cizgi film) – rejissor, rəssam
1988 – “Gəldi kosa”- (cizgi film) – rejissor, ssenarist, rəssam
1989 – “Qaravəlli” – (cizgi film) – rejissor, ssenarist, rəssam
1990 – “Səkrəyin dastanı” – (cizgi film) – rejissor, ssenarist, rəssam
1992 – “Qaravəlli – 2” – (cizgi film) – rejissor, ssenarist, rəssam
1992 – “Molla Nəsrəddin lətifələri” – (cizgi film) – rejissor, ssenarist, rəssam, produser
2000 – “Dədə Qorqud”- (cizgi film) – rejissor, ssenarist, rəssam
