Fikrət Bağırov

rəssam

(10.12.1935 – 21.01.1996)

Fikrət Bağır oğlu Bağırov Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində (1958), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində (1964) təhsil alıb. 1964-cü ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyət göstərib. Əsərləri respublika və xaricdə nümayiş etdirilib. Əməkdar rəssam (1982), Xalq rəssamı, SSRİ Dövlət mükafatı (1981) laureatı Fikrət Bağırov 1996-cı ildə vəfat edib.

  1. http://kinobiz.az/celebrity/fikr%C9%99t-bagirov/
  2. http://az.baku-art.com/az/bu-gun-azerbaycanin-kino-ressam-fikr-t-bag-rovun-do-um-g-n-d-r
  3. https://www.kulis.az/xeber/media/%22Rssamin-evi%22-adli-virtual-srgi-kecirilir-29973

FILMOQRAFIYA:

  1. Arşın mal alan (III) (1965, tammetrajlı bədii film) – dekor rəssamı
  2. Yaşamaq gözəldir, qardaşım (1966, tammetrajlı bədii film) – rəssam
  3. Biri vardı, biri yoxdu… (1967, qısametrajlı bədii film) – rəssam
  4. Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (1968, qısametrajlı sənədli film) – rəssam
  5. Mən ki, gözəl deyildim (1968, tammetrajlı bədii film) – geyim rəssamı
  6. Şərikli çörək (1969, tammetrajlı bədii film) – rəssam
  7. Həyat bizi sınayır (1972, tammetrajlı bədii film) – rəssam
  8. Ömrün ilk saatı (1973, tammetrajlı bədii film) – rəssam
  9. Günlərin bir günü (1976, tammetrajlı bədii film – kinoalmanax) – rəssam
  10. Günlərin bir günü – Süita (1976, tammetrajlı bədii film – kinoalmanax) – rəssam
  11. Günlərin bir günü – Günlərin bir günü (1976, tammetrajlı bədii film – kinoalmanax) – rəssam
  12. De ki, məni sevirsən! (1977, tammetrajlı bədii film) – rəssam
  13. İstintaq (1979, tammetrajlı bədii film) – rəssam
  14. Bağlı qapı (1981, tammetrajlı bədii film) – rəssam
  15. Park (1983, tammetrajlı bədii film) – rəssam
  16. Aşkarsızlıq şəraitində… (1986, tammetrajlı bədii film) – rəssam
  17. Həmyerli (1989, qısametrajlı bədii film) – rəssam
  18. Divar (1991, qısametrajlı bədii film) – rəssam
  19. Güllələnmə təxirə salınır!… (2002, tammetrajlı bədii film) – rəssam
Hüquqvarisi:Naməlum.Axtarılır...
Əlaqə:012-431-77-31
Ünvan:Bakı şəhəri, Moskva prospekti 1.