Fikrət Ələkbərov

Rəssam

(18.02.1946) 

Fikrət Ağazeynal oğlu Ələkbərov Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində (1962-1967), M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsində (1973) təhsil alıb. 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib.

Xarici film istehsalçılarının “Brilliant əl” (1968, rejissor Leonid Qayday / Rusiya) filmində dekorator assistenti, “Meqapolis” (1992 / Ukrayna), “Portağallar” (1994 / Ukrayna) və “Beş nömrəli kameranın məhbusu” (Türkiyə) filmlərində rəssam kimi çalışıb. “Sonuncu düym” (1958, rejissorlar Teodor Vulfoviç, Nikita Kurixin / Rusiya) filmində Devinin dublyoru, “Amfibiya adam” (1961, rejissorlar Gennadi Kazanski, Vladimir Çebotaryov / Rusiya) filmində epizodik rolda, “Beş nömrəli kameranın məhbusu” (Türkiyə) filmində isə həbs düşərgəsi rəisinin müavini rolunda çəkilib.

Bunlardan başqa “Mozalan” satirik kinojurnalının 100-dən artıq süjetinin və bir neçə klipin bədii tərtibatını verib. Əməkdar rəssamdır (2008).

Rəssam Fikrət Ələkbərov təsvir rejissoru Ağazeynal Ələkbərovun oğludur.

  1. http://anl.az/down/meqale/medeniyyet/2011/fevral/158979.htm
  2. https://arki.az/az/news/631/emekdar-ressam-fikret-elekberovun-75-illik-yubileyidir
  3. http://kinobiz.az/celebrity/fikr%C9%99t-%C9%99l%C9%99kb%C9%99rov/
  4. https://525.az/news/52001-kino-ressami-fikret-elekberovun-70-illiyi-qeyd-edildi

FILMOQRAFIYA:

  1. Dərviş Parisi partladır (1976, tammetrajlı bədii film) – dekor rəssamı, aktyor
  2. Tütək səsi (1976, tammetrajlı bədii film) – rəssam assistenti
  3. Arxadan vurulan zərbə (1977, tammetrajlı bədii film) – dekor rəssamı
  4. Qərib cinlər diyarında (1977, tammetrajlı bədii film) – dekor rəssamı
  5. Qaynana (1978, tammetrajlı bədii film) – dekor rəssamı
  6. Od içində (1978, tammetrajlı bədii film) – geyim rəssamı
  7. Onun bəlalı sevgisi (1980, tammetrajlı bədii film) – dekor rəssamı
  8. Yol əhvalatı (1980, tammetrajlı bədii film) – dekor rəssamı
  9. Qorxma, mən səninləyəm! (1981, tammetrajlı bədii film) – dekor rəssamı
  10. Evlənmək istəyirəm (1983, tammetrajlı bədii film) – dekor rəssamı
  11. Musiqi müəllimi (1983, tammetrajlı bədii film) – geyim rəssamı
  12. Avqust gələndə (1984, tammetrajlı bədii film) – dekor rəssamı
  13. Köhnə bərə (1984, tammetrajlı bədii film) – dekor rəssamı
  14. Qara gölün cəngavərləri (1984, tammetrajlı bədii film) – dekor rəssamı
  15. Sizi dünyalar qədər sevirdim (1985, tammetrajlı bədii film) – dekor rəssamı
  16. İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – dekor rəssamı
  17. Özgə ömür (1987, tammetrajlı bədii film) – dekor rəssamı
  18. Gənc qadının kişisi (1988, tammetrajlı bədii film) – rəssam
  19. Murad-sad (1988, qısametrajlı bədii film) – rəssam
  20. Girişmə, öldürər (1991, tammetrajlı bədii film) – rəssam, geyim rəssamı
  21. 777 №-li iş (1992, tammetrajlı bədii film) – rəssam
  22. Son döyüş (1996, tammetrajlı bədii film) – rəssam
  23. Hər şey yaxşılığa doğru (1997, qısametrajlı bədii film) – dekor rəssamı
  24. Ailə (1998, tammetrajlı bədii film) – aktyor
  25. Bir anın həqiqəti (2003, bədii serial) – rəssam, aktyor (Byurgen)
  26. Əlvida (2007, tammetrajlı bədii film) – rəssam, aktyor
  27. Xəyallar gündəliyi (2008, qısametrajlı bədii film) – rəssam
  28. Qocalar (2008, qısametrajlı bədii film) – rəssam
  29. Niyyət (2009, tammetrajlı bədii film) – rəssam
  30. Psixiatr (2009, qısametrajlı bədii film) – rəssam, aktyor
  31. Əlavə təsir (2010, tammetrajlı bədii film) – rəssam
  32. Top həm düşər, həm qalxar (2011, qısametrajlı sənədli film) – rəssam
  33. Qorxma, mən səninləyəm! 1919 (2013, tammetrajlı bədii film) – rəssam assistenti
  34. Dərs (2015, tammetrajlı bədii film) – rəssam
Fikret Elekberov-4
Kontakt:+994503275700
Ünvan:9:00 to 16:30