Məmməd Hüseynov
rəssam
(08.02.1929 – 20.01.2002)
Məmməd Hüseynağa oğlu Hüseynov (Məmmədağa Hüseynov) Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb (1949-1955). 1956-cı ildən ömrünün sonuna kimi “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam işləyib. 20-yə qədər filmdə quruluşçu rəssam kimi çıxış edib.Azərbaycanın mədəni həyatında fəal iştirak edir. Respublika və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısı olub. Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi olub (1969-1975). Əməkdar rəssam (1976), Xalq rəssamı (2000) Məmməd Hüseynov 2002-ci ildə vəfat edib.
- https://oxu.az/culture/13736
- https://az.baku-art.com/az/xalq-ressami-memm-daga-huseynovun-do-um-g-n-d-r
- http://anl.az/down/meqale/medeniyyet/2014/mart/356291.htm
FILMOQRAFIYA:
- Görüş (1955, tammetrajlı bədii film) – rəssam assistenti
- Bir məhəllədən iki nəfər (1957, tammetrajlı bədii film) – rəssam
- Kölgələr sürünür (1958, tammetrajlı bədii film) – rəssam
- Ögey ana (1958, tammetrajlı bədii film) – rəssam
- Səhər (1960, tammetrajlı bədii film) – rəssam
- Bizim küçə (1961, tammetrajlı bədii film) – geyim rəssamı
- Bahar rəqsləri (1962, qısametrajlı sənədli film) – rəssam
- Böyük dayaq (1962, tammetrajlı bədii film) – rəssam
- Əhməd haradadır? (1963, tammetrajlı bədii film) – rəssam
- Sehrli xalat (1964, tammetrajlı bədii film) – rəssam
- Liftçi qız (1966, qısametrajlı bədii film) – rəssam
- Dağlarda döyüş (1967, tammetrajlı bədii film) – rəssam, geyim rəssamı
- Xalq istedadları (1967, qısametrajlı sənədli film) – rəssam
- Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) – rəssam
- İntizar (1969, qısametrajlı bədii film) – rəssam
- O qızı tapın (1970, tammetrajlı bədii film) – rəssam
- Qızıl qaz (1972, tammetrajlı bədii film) – rəssam
- Nəsimi (II) (1973, tammetrajlı bədii film) – rəssam
- Ömrün səhifələri (II) (1974, tammetrajlı bədii film, kinoalmanax) – rəssam
- Danışan məktub (1975, qısametrajlı bədii film) – rəssam
- Xoşbəxtlik qayğıları (1976, tammetrajlı bədii film) – rəssam
- Əlavə iz (1981, tammetrajlı bədii film) – rəssam
- Qocalar, qocalar… (1982, tammetrajlı bədii film) – rəssam
- Asif, Vasif, Ağasif (1983, tammetrajlı bədii film) – rəssam
Hüquqvarisi:-
Əlaqə:-
Ünvan:-