Mais Ağabəyov

rəssam

(01.05.1941 – 17.06.2020)

Mayıs Əlişir oğlu Ağabəyov Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1961), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb (1969). “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyət göstərib. 1965-ci ildən Beynəlxalq və yerli sərgilərdə kino və rəngkarlıq əsərləri ilə iştirak edir. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Akademik rəngkarlıq” kafedrasının professorudur, 2006-2010-cu illərdə kafedraya rəhbərlik edib. “Humay” milli mükafatına layiq görülüb (2012).  Mayis Ağabəyov 2018-ci ildə “Azərbaycan kinosunun inkişafına verdiyi töhfələrə görə” Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə Mükafatına layiq görülüb. Xalq rəssamı (2000) Mayis Ağabəyov 17 iyun 2020-ci ildə vəfat edib.

  1. http://anl.az/down/meqale/525/2011/may/cm37.htm
  2. https://www.youtube.com/watch?v=KpairPhPHw0
  3. https://filmfond.az/2021/05/16/mayis-agab%C9%99yov-80/
  4. https://citylife.az/content/az/2647/mayis-agabeyovun-sergisi
  5. https://azgallery.az/az/news/358
  6. https://kulis.az/xeber/media/Azrbaycanin-Xalq-rssami-vfat-etdi-31516

FILMOQRAFIYA:

  1. Biri vardı, biri yoxdu… (1967, qısametrajlı bədii film) – rəssam assistenti
  2. Sevil (II) (1970, tammetrajlı bədii film) – rəssam assistenti
  3. Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – geyim rəssamı
  4. Həyat bizi sınayır (1972, tammetrajlı bədii film) – rəssam
  5. Nəsimi (II) (1973, tammetrajlı bədii film) – rəssam
  6. Çətirimiz buludlardır (1976, tammetrajlı bədii film) – rəssam
  7. Xoşbəxtlik qayğıları (1976, tammetrajlı bədii film) – rəssam
  8. Ürək… Ürək… (1976, tammetrajlı bədii film) – rəssam
  9. Babək (1979, tammetrajlı bədii film) – rəssam
  10. Təkcə adanı özünlə apara bilməzsən (1980, tammetrajlı bədii film) – rəssam
  11. Nizami (III) (1982, tammetrajlı bədii film) – rəssam
  12. Ötən ilin son gecəsi (II) (1983, tammetrajlı bədii film) – rəssam
  13. Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – rəssam
  14. Burulğan (1986, tammetrajlı bədii film) – rəssam
  15. Qətl günü (1990, tammetrajlı bədii film) – rəssam
  16. Zirzəmi (1990, tammetrajlı bədii film) – rəssam
  17. Müqəddəs oda yanaram (1991, tammetrajlı bədii film) – rəssam
  18. Şirbalanın məhəbbəti (1991, tammetrajlı bədii film) – rəssam
  19. Köpək (1994, tammetrajlı bədii film) – rəssam
  20. Ümid (II) (1995, tammetrajlı bədii film) – rəssam
  21. Özgə vaxt (1996, tammetrajlı bədii film) – rəssam
  22. Ləqəbi “İka”dır (1997, tammetrajlı bədii film) – rəssam
  23. Nə gözəldir bu dünya… (1999, tammetrajlı bədii film) – rəssam
  24. Məkanın melodiyası (2004, tammetrajlı bədii film) – rəssam
  25. Girov (2005, tammetrajlı bədii film) – rəssam
  26. Əlvida, cənub şəhəri (2006, tammetrajlı bədii film) – rəssam
  27. Günaydın, mələyim (2008, tammetrajlı bədii film) – rəssam
  28. Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – rəssam
  29. Dərvişin qeydləri (2013, tammetrajlı bədii film) – rəssam
Hüquqvarisi:Məsməxanım Babayeva (həyat yoldaşı)
Əlaqə:012 498 16 91
Ünvan:-