loading

Mais Ağabəyov

rəssam

(01.05.1941)

Mayis Əlişir oğlu Ağabəyov 1941-ci il mayın 1-də Bakıda anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Əsərləri Bakı, Moskva, Berlin, Alma-Ata, İstanbul, Avinon (Fransa) və Vyanada beynəlxalq sərgilərin iştirakçısı olmuşdur və Şərq Xalqları Muzeyində (Moskva), Rusiyanın Bədii Fondunda, Azərbaycanın müxtəlif muzeylərində və İspaniya, Yaponiya, Fransa, Türkiyə və Almaniyanın şəxsi kolleksiyalarında saxlanılır. Azərbaycanın Xalq Rəssamıdır. Mayis Ağabəyov Azərbaycan Rəssamlıq Akademiyasının professoru, Rəssamlar İttifaqının, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Kinorejissorlar Gildiyasının Kinorəssamlıq bölməsinin rəhbəri və Büronun üzvüdür.

Filmoqrafiya:

1972 – “Həyat bizi sınayır” – quruluşçu rəssam
1974 – “Nəsimi” – quruluşçu rəssam
1975 – “Ürək, ürək…” – quruluşçu rəssam
1975 – “Çətirimiz buludlardır” – quruluşçu rəssam
1976 – “Xoşbəxtlik qayğıları” – quruluşçu rəssam
1979 – “Babək” – quruluşçu rəssam
1980 – “Təkcə adanı özünlə apara bilməzsən” – quruluşçu rəssam
1982 – “Nizami” – quruluşçu rəssam
1983 – “Keçən ilin son gecəsi” – quruluşçu rəssam
1986 – “Burulğan” – quruluşçu rəssam
1990 – “Qətl günü” – quruluşçu rəssam
1990 – “Zirzəmi” – quruluşçu rəssam
1991 – “Şirbalanın məhəbbəti” – quruluşçu rəssam
1992 – “Müqəddəs oda yanaram” – quruluşçu rəssam
1995 – “Köpək” – quruluşçu rəssam
1995 – “Ümid” – quruluşçu rəssam
1996 – “Özgə vaxt” – quruluşçu rəssam
1998 – “Ləqəbi İKA” – quruluşçu rəssam
1999 – “Nə gözəldir bu dünya” – quruluşçu rəssam
2004 – “Məkanın melodiyası” – quruluşçu rəssam
2005 – “Girov” – quruluşçu rəssam
2010 – “Ölüm növbəsi” – quruluşçu rəssam

Dəzgah-rəngkarlıq əsərləri:

“Ana uşaqlarla” – yağlı boya, kətan 80×60
“Coşmuş buğa” – yağlı boya, kətan 60×75
“Nardaran mənzərəsi” – yağlı boya, kətan 44×50
“Gecə mənzərəsi” – yağlı boya, kətan 41×61
“Süd” – yağlı boya, kətan 80×100
“Düşüncələr” – yağlı boya, kətan 75.5×92
“Sükut” – yağlı boya, kətan 82×95
“Gecə ovu” – yağlı boya, kətan 68×81
“Səyyar aktyorlar” – yağlı boya, kətan 52×79
“Eyvanda” – yağlı boya, kətan 34×46
“Qırmızı ay” – yağlı boya, kətan 55×64
“Ay işığı” – yağlı boya, kətan 55×64
“İşıq” – yağlı boya, kətan 56×71
“Səhra” – yağlı boya, kətan 52×64
“Rəssam və Model” – yağlı boya, kətan 46×64
“Ağ gecə” – yağlı boya, kətan 90×110
“Emalatxanada” – yağlı boya, kətan 62×54
“Qadınlar” – yağlı boya, kətan 100×65
“Lampa işığı” – yağlı boya, kətan 91×10
“Ailə” – yağlı boya, kətan 110×120
“Körpənin çimizdirilməsi” – yağlı boya, kətan 110×80

Hüquqvarisi:-
Əlaqə:012 498 16 91
Ünvan:-