Kamil Nəcəfzadə

rəssam

(29.12.1929 – 29.06.2011)

Kamil Nəcəf oğlu Nəcəfzadə Lənkəranda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1943-1948), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino rəssamlığı fakültəsində (1949-1955) təhsil alıb. 1955-ci ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin “Knyaz” (1964), Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun “Fərhad və Şirin” (1974) tamaşalarına tərtibat verib. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Rəssamlıq Akademiyasının professoru olub, ömrünün sonunadək yaradıcılıqla pedaqoji fəaliyyəti uğurlu şəkildə əlaqələndirib. Əməkdar incəsənət xadimi (1976), Çeçen-İnquş Əməkdar incəsənət xadimi (1964), Xalq rəssamı (1987), iki dəfə Dövlət mükafatı laureatı (1980, 1985), “Şöhrət” ordeni laureatı Kamil Nəcəfzadə 2011-ci ildə vəfat edib.

Rəssam Kamil Nəcəfzadə rejissor Şamil Nəcəfzadənin atasıdır.

  1. http://www.anl.az/down/meqale/xalqqazeti/2010/yanvar/101925.htm
  2. https://aki.az/kamil-n%C9%99c%C9%99fzad%C9%99-90/
  3. https://az.trend.az/azerbaijan/culture/3157371.html
  4. https://culture.gov.az/az/umumi-xeberler/11394
  5. https://sesqazeti.az/news/culture/303334.html

FILMOQRAFIYA:

  1. Qara daşlar (1956, bədii film) – rəssam
  2. Bir məhəllədən iki nəfər (1957, bədii film) – rəssam
  3. Uzaq sahillərdə (1958, bədii film) – rəssam
  4. Əsl dost (1959, bədii film) – rəssam
  5. Bizim küçə (1961, bədii film) – rəssam
  6. Matteo Falkone (1961, bədii film) – rəssam
  7. Əmək və qızıl gül (1962, bədii film) – rəssam
  8. Kimi daha çox sevirik – Zirvə (1964, bədii film, kinoalmanax) – rəssam
  9. Ulduz (1964, bədii film) – rəssam
  10. Su ərizəsi (1965, bədii film) – rəssam
  11. Sən niyə susursan? (1966, bədii film) – rəssam
  12. Mən ki, gözəl deyildim (1968, bədii film) – rəssam
  13. Bir cənub şəhərində (1969, bədii film) – rəssam, geyim rəssamı
  14. Abşeron ritmləri (1970, sənədli film) – rəssam
  15. Azərbaycan incəsənəti (II) (1970, sənədli film) – rəssam
  16. Ən vacib müsahibə (1971, bədii film) – rəssam
  17. Var olun, qızlar (1972, bədii film) – rəssam, geyim rəssamı
  18. Cırtdanın yeni sərgüzəşti (1973, animasiya filmi) – rəssam
  19. Səmt küləyi (1973, bədii film) – rəssam
  20. Dörd bazar günü (1975, bədii film) – rəssam
  21. Firəngiz (1975, bədii film) – rəssam
  22. Ad günü (1977, bədii film) – rəssam
  23. Bayquş gələndə… (1978, bədii film) – rəssam
  24. Od içində (1978, bədii film) – rəssam
  25. Bizi bağışlayın (1979, bədii film) – rəssam
  26. Qızıl uçurum (1980, bədii film) – rəssam
  27. Birisigün, gecəyarısı… (1981, bədii film) – rəssam
  28. Tənha narın nağılı (1984, bədii film) – rəssam, geyim rəssamı
  29. Bağ mövsümü (1985, bədii film) – rəssam
  30. Qanlı zəmi (1985, bədii film) – rəssam
  31. Sürəyya (II) (1987, bədii film) – rəssam
  32. Doğma sahillər (1989, bədii film) – rəssam
  33. Lətifə (1989, bədii film) – rəssam
  34. Gecə qatarında qətl (1990, bədii film) – rəssam
  35. Prima (1994,  sənədli film) – rəssam
Hüquqvarisi:-
Əlaqə:-
Ünvan:-