Məmməd Hüseynov

rəssam

(08.02.1929 – 20.01.2002)

Məmməd Hüseynağa oğlu Hüseynov (Məmmədağa Hüseynov) Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb (1949-1955). 1956-cı ildən ömrünün sonuna kimi “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam işləyib. 20-yə qədər filmdə quruluşçu rəssam kimi çıxış edib.Azərbaycanın mədəni həyatında fəal iştirak edir. Respublika və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısı olub. Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi olub (1969-1975). Əməkdar rəssam (1976), Xalq rəssamı (2000) Məmməd Hüseynov 2002-ci ildə vəfat edib.

  1. https://oxu.az/culture/13736
  2. https://az.baku-art.com/az/xalq-ressami-memm-daga-huseynovun-do-um-g-n-d-r
  3. http://anl.az/down/meqale/medeniyyet/2014/mart/356291.htm

FILMOQRAFIYA:

  1. Görüş (1955, tammetrajlı bədii film) – rəssam assistenti
  2. Bir məhəllədən iki nəfər (1957, tammetrajlı bədii film) – rəssam
  3. Kölgələr sürünür (1958, tammetrajlı bədii film) – rəssam
  4. Ögey ana (1958, tammetrajlı bədii film) – rəssam
  5. Səhər (1960, tammetrajlı bədii film) – rəssam
  6. Bizim küçə (1961, tammetrajlı bədii film) – geyim rəssamı
  7. Bahar rəqsləri (1962, qısametrajlı sənədli film) – rəssam
  8. Böyük dayaq (1962, tammetrajlı bədii film) – rəssam
  9. Əhməd haradadır? (1963, tammetrajlı bədii film) – rəssam
  10. Sehrli xalat (1964, tammetrajlı bədii film) – rəssam
  11. Liftçi qız (1966, qısametrajlı bədii film) – rəssam
  12. Dağlarda döyüş (1967, tammetrajlı bədii film) – rəssam, geyim rəssamı
  13. Xalq istedadları (1967, qısametrajlı sənədli film) – rəssam
  14. Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) – rəssam
  15. İntizar (1969, qısametrajlı bədii film) – rəssam
  16. O qızı tapın (1970, tammetrajlı bədii film) – rəssam
  17. Qızıl qaz (1972, tammetrajlı bədii film) – rəssam
  18. Nəsimi (II) (1973, tammetrajlı bədii film) – rəssam
  19. Ömrün səhifələri (II) (1974, tammetrajlı bədii film, kinoalmanax) – rəssam
  20. Danışan məktub (1975, qısametrajlı bədii film) – rəssam
  21. Xoşbəxtlik qayğıları (1976, tammetrajlı bədii film) – rəssam
  22. Əlavə iz (1981, tammetrajlı bədii film) – rəssam
  23. Qocalar, qocalar… (1982, tammetrajlı bədii film) – rəssam
  24. Asif, Vasif, Ağasif (1983, tammetrajlı bədii film) – rəssam
Hüquqvarisi:-
Əlaqə:-
Ünvan:-