Əlisəttar Atakişiyev

Rejissor, ssenarist

(25.12.1996 – 07.11.1990)

Əlisəttar Ələsgər oğlu Atakişiyev Bakıda anadan olub. Moskva Ali Rəssamlıq Texniki Məktəbində (1927-1931), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun təsvir rejissoruluğu fakültəsində təhsil alıb (1931-1936). 1936-cı ildən Bakı kinostudiyasında işləyib. Mosfilm, Tallinfilm kinostudiyalarında çalışıb. Estoniyanın ilk rəngli filmini çəkib (1955). 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasına qayıdıb və 1978-ci ilə qədər burda müxtəlif filmlərdə çalışıb. “İbrahimin sərgüzəşti” adlı kitabın müəllifi (1970), Əməkdar incəsənət xadimi (1960) Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada qocalar evində vəfat edib.

  1. https://kulis.az/xeber/tarix/bir-qalanin-sirri-filmine-gore-hebs-olundu-bakiya-kocduyu-ucun-arvadi-onu-terk-etdi-moskvada-qocalar-evinde-oldu-colorredmeshur-rejissorun-acinacaqli-heyaticolor-35830
  2. https://teleqraf.com/news/art/129227.html
  3. https://bakuplus.az/2022/08/11/az-rbaycanda-na-l-filml-rinin-yarad-c-s-lis-ttar-ataki-iyev/
  4. https://kaspi.az/az/moskvada-elisettar-atakisiyevin-qebirustu-abidesi-gturulub/?action=disablemobile
  5. http://anl.az/down/medeniyyet_2006/medeniyyet2006_dekabr_194.htm

FILMOQRAFIYA:

  1. Xalq yaradıcılığı festivalı (1937, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  2. Bakılılar (1938, tammetrajlı bədii film) – kinooperator
  3. Sovqat (1942, qısametrajlı bədii film) – rəssam
  4. Bir ailə (1943, tammetrajlı bədii film) – təsvir rejissoru, rəssam
  5. Sualtı qayıq T-9 (1943, tammetrajlı bədii film) – rəssam
  6. Arşın mal alan (II) (1945, tammetrajlı bədii film) – təsvir rejissoru
  7. Fətəli xan (1947, tammetrajlı bədii film) – təsvir rejissoru
  8. Səhər nəğməsi (1950, qısametrajlı sənədli film) – təsvir rejissoru
  9. Sovet Azərbaycanı (II) (1950, qısametrajlı sənədli film) – təsvir rejissoru
  10. Azərbaycanın müalicə ocaqları (1951, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  11. Doğma xalqıma (1954, tammetrajlı sənədli film) – təsvir rejissoru
  12. O olmasın, bu olsun (1956, tammetrajlı bədii film) – təsvir rejissoru, geyim rəssamı
  13. Mahnı belə yaranır (1957, tammetrajlı bədii film) – geyim rəssamı
  14. Uzaq sahillərdə (1958, tammetrajlı bədii film) – təsvir rejissoru
  15. Bir qalanın sirri (1959, tammetrajlı bədii film) – rejissor, quraşdırılmış səhnələrin rəssamı
  16. Bizim küçə (1961, tammetrajlı bədii film) – rejissor
  17. Sehrli xalat (1964, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  18. İstintaq davam edir (1966, tammetrajlı bədii film) – rejissor
  19. Nəsimi (II) (1973, tammetrajlı bədii film) – aktyor
  20. Qərib cinlər diyarında (1977, tammetrajlı bədii film) – rejissor, geyim rəssamı
Hüquqvarisi:Naməlum...Axtarılır...
Əlaqə:012 431 77 31
Ünvan:Bakı şəhəri Moskva prospekti 1.