Ənvər Əbluc

Rejissor

(06.01.1947)

Ənvər Abbasqulu oğlu Əbluc Beyləqanda anadan olub, əslən Cənubi Azərbaycandandır. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq (1964-1968), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VGİK) rejissorluq fakültəsində təhsil alıb (1968-1973). 1993-cü ildən Dövlət İncəsənət Gimnaziyasında rejissor sənətindən dərs deyir. Dublyaj sahəsində də xidmətləri var. Əməkdar incəsənət xadimidir (2006).

Rejissor Ənvər Əbluc aktyor, rejissor Həsən Əblucun qardaşıdır.

Rejissor Ənvər Əbluc aktyor,həkim Abbasqulu Əblucun atasıdır.

  1. http://kinobiz.az/celebrity/%C9%99nv%C9%99r-%C9%99bluc/
  2. https://news.milli.az/culture/61288.html
  3. https://kulis.az/xeber/senet/colorrednvr-bluc:color-%22Rustm-Ibrahimbyov-bir-qpiklik-rejissor-deyil%22-colorredMusahibcolor-39381
  4. https://filmfond.az/2022/01/06/%C9%99nv%C9%99r-%C9%99bluc-75/
  5. https://az.trend.az/azerbaijan/culture/2049926.html
  6. https://az.trend.az/azerbaijan/society/1135047.html

FILMOQRAFIYA:

  1. Dənizə çıxmaq qorxuludur (1973, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
  2. Firəngiz (1975, tammetrajlı bədii film) – rejissor
  3. Körpülər (1976, qısametrajlı sənədli film) – rejissor
  4. Eldən soruş (1980, qısametrajlı sənədli film) – rejissor
  5. Odlu ürək (1981, qısametrajlı sənədli film) – rejissor
  6. Qara gölün cəngavərləri (1984, tammetrajlı bədii film) – rejissor
  7. Bircəciyim (1986, tammetrajlı bədii film) – rejissor
  8. Doğma sahillər (1989, tammetrajlı bədii film) – aktyor
  9. Pəncərə (1991, tammetrajlı bədii film) – rejissor, aktyor (direktor)
  10. Quba dastanı (1992, qısametrajlı sənədli film) – rejissor
  11. Ulu diyarın harayı (1993, qısametrajlı sənədli film) – rejissor
  12. Ağ atlı oğlan (1995, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  13. Həsən Əbluc (1999, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi, aktyor (aparıcı)
  14. Cavad Heyət varlığı (2002, tammetrajlı sənədli televiziya filmi) – rejissor, filmi səsləndirən (kadrarxası mətn)
  15. Balaş və Mədinə (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi, filmi səsləndirən (şeir)
  16. Söhrab Tahir (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  17. Məhəmməd Biriya (2004, tammetrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  18. Əli Tudə (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  19. Qafqaz İslam Ordusu (2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  20. Möcüzələr adasının sakini (2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  21. Aktrisa (2011, tammetrajlı bədii film) – məsləhətçi (istehsalat üzrə)
  22. Tərsinə çevrilmiş dünya (2011, tammetrajlı bədii film) – rejissor
  23. Duvağa bürünmüş xiffət… (2012, qısametrajlı sənədli televiziya filmi) – aktyor
  24. Yad et məni… (2014, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  25. Əfsanəvi ifaçılar (2017, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  26. Bəstəkar Oqtay Rəcəbov (qısametrajlı sənədli televiziya filmi) – rejissor
  27. Seyid Məhəmməd Şəhriyar (qısametrajlı sənədli televiziya filmi) – rejissor
  28. Təbriz (II) (qısametrajlı sənədli televiziya filmi) – rejissor
Əlaqə:012-530-37-32; 070-205-30-06; 050-988-57-03
Ünvan:Bakı şəhəri, 1-ci mkr., Asif Məhərrəmov küçəsi ev 20 C,mənzil 55.