Ağarza Quliyev
Kinorejissor
(26.12.1898-15.09.1976)
Ağarza Səməndər oğlu Quliyev 26 dekabr 1898-ci ildə Lənkəran şəhərində anadan olub. 1924-cü ildə Azərbaycan Teatr məktəbini, 1927–ci ildə isə Kinofabrikanın nəzdində kinoemalatxanasını bitirmişdir. Kinoda fəaliyyətə kinoaktyor kimi başlasa da, sonralar kinorejissor kimi fəaliyyətini davam etdirib. 1960-cı ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Ağarza Quliyev 15 sentyabr 1976-cı ildə vəfat edib.
Filmoqrafiya:
- 1932 – “Direktiv bant”
- 1934 – “Dostlar”
- 1936 – “Almaz”
1940 – “Yeni horizont” (Q.Braginski ilə birgə)
1942 – “Bəxtiyar Kərimov” – sənədli
1942 – “Vətən oğlu” – sənədli
1956 – “Qara daşlar”
1960 – “Səhər” - 1964 – “Ulduz”
1968 – “Mən ki, gözəl deyildim”- (T.Tağızadə və R.Əsgərovla birgə)

Hüquqvarisi:
Kontakt:+994 12 596 76 59; +994 50 449 35 78
Ünvan:Bakı ş. Nəsimi rayon, AZ 1022, Bakıxanov 22, m. 8.