Alla Axundova
Ssenarist
(27.10.1939)
Alla Nuru qızı Axundova Moskvada anadan olub. Maksim Qorki adına Ədəbiyyat İnstitutunda (1964) və Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində (1967) təhsil alıb. 1957-ci ildən mətbuatda şeirləri və digər əsərləri dərc olunur. Xarici film istehsalçılarının “Bizim oynadığımız dənizin kənarında” (1967, rejissor Vladimir Mkedonski / Rusiya), “Bir dəfə yayda” (1973, rejissor Gennadi Vasilyev, Boris Naşekin, Vladimir Saruxanov / Rusiya), “Avtomobil, skripka və it Klyaksa” (1974, rejissor Rolan Bıkov / Rusiya), «Orada, görünməyən yollarda» (1982, rejissor Mixail Yuzovski / Rusiya), «Unudulmuş əşyalar» (1982, rejissor Viya Veynete / Latviya), «Lyuboçka» (1984, rejissor Valeri Fedoso / Rusiya) filmlərinin ssenari müəllifidir. Əməkdar incəsənət xadimi (1988), Dövlət Mükafatı laureatıdır (1970).
- https://news.milli.az/culture/442827.html
- http://www.anl.az/down/meqale/edebiyyat/2011/sentyabr/198150.htm
- https://kulis.az/xeber/senet/xeber_____________________________________________-27111
FILMOQRAFIYA:
- Cırtdan (1969, animasiya filmi) – ssenari müəllifi
- Şərikli çörək (1969, tammetrajlı bədii film) – ssenari müəllifi
- Var olun, qızlar (1972, tammetrajlı bədii film) – ssenari müəllifi
- Şahzadə – qara qızıl (1974, animasiya filmi) – ssenari müəllifi
- Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – ssenari müəllifi
- Şir evdən getdi (1977, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
- Bizi bağışlayın (1979, tammetrajlı bədii film) – ssenari müəllifi
- Uşaq və külək (1982, animasiya filmi) – ssenari müəllifi
- Təqib (1984, animasiya filmi) – ssenari müəllifi
- Bahar əyləncələri (1989, animasiya filmi) – əsərindən istifadə olunub
