Arif Babayev

Kinorejissor
(25.09.1928 – 26.08.1983)

Arif Hacı oğlu Babayev 1928-ci ilin 25 sentyabrında Bakı şəhərində anadan olub. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakultəsində Mehdi Məmmədovun sinfində təhsil alıb. 1956-1968-ci ilədək Azərbaycan Dövlət Teleradio komitəsində əvvəl rejissor 1959-cu ildən isə baş rejissor kimi çalışıb. 1968-ci ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-rejissor kimi çalışıb və bir çox bədii filmin quruluşunu verib. Azərbaycan kinosunda müəllif kinosunun nümayəndələrindəndir. 1962-ci ildə Əməkdar İncəsənət Xаdimi fəxri adına layiq görülən rejissor Arif Babayev 26 avqust 1983-cü ildə 54 yaşında vəfat etmişdir.

Rejissor Arif Babayev rejissor Vasif Babayevin qardaşıdır.

  1. http://kinobiz.az/celebrity/arif-babayev/
  2. https://kulis.az/xeber/tarix/Qardaslarindan-kusub-evdn-getdi-rli-qadina-asiq-oldu-dunyadan-subay-kocdu…-colorredMaraqli-faktlarcolor-33926
  3. http://az.baku-art.com/az/arif-k-norej-ssor
  4. https://aqreqator.az/az/cemiyyet/1025542
  5. https://medeniyyet.az/page/news/49901/.html?lang=az
  6. https://www.fact-info.az/news?id=746
  7. https://news.day.az/culture/564674.html
  8. https://www.adalet.az/az/writers/detail/nece-yashayirsiniz-arif-babayev-1-3377

   FİLMOQRAFİYA: 

  • Dostluq dili (1959, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  • Xəzərdə möcüzə (1961, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  • Xəzər sahiində şəhər (1962, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  • Şən əhvalatlar (1963, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  • Kimi daha çox sevirik – Zirvə (1964, tammetrajlı bədii film, kinoalmanax) – rejissor
  • Şəhərimizin uşaqları (1964, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  • 10 dəqiqə poeziya (1965, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  • «Artek”in bütün qızılı (1965, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  • Bahar gəlir (1965, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  • Biz arzu edənlər nəslindənik (1965, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  • Molbertlə dünya ölkələrinə səyahət (1965, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  • Şəhər üzərində mahnı (1965, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  • Şirəli dağdan endi (1966, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  • İnsan məskən salır (1967, tammetrajlı bədii film) – rejissor, aktyor
  • Uşaqlığın son gecəsi (1968, tammetrajlı bədii film) – rejissor
  • Ürəkdən ürəyə yollar görünür (1970, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Gün keçdi (1971, tammetrajlı bədii film) – rejissor
  • Ömrün ilk saatı (1973, tammetrajlı bədii film) – rejissor
  • Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – rejissor
  • Arxadan vurulan zərbə (1977, tammetrajlı bədii film) – rejissor
  • Bizi bağışlayın (1979, tammetrajlı bədii film) – rejissor, aktyor (sakin)
  • Birisigün, gecəyarısı… (1981, tammetrajlı bədii film) – rejissor, aktyor (sakin)
  • Qar (tammetrajlı film-tamaşa) – rejissor
Arif_Babayev_1
Hüquqvarisi:Qardaşı Vasif Hacı oğlu Babayev
Kontakt:+994124372992; +994503475110
Ünvan:Bakı ş. AZ 1110, M.Qaşqay ev 93, m. 45.