Cəmil Quliyev

kinorejissor, ssenarist, prodüser

(03.07.1963)

Cəmil Elşad oğlu Quliyev Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb (1980-1985, A.Alov və V.Naumovun emalatxanası). 1984-ci ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox bədii və sənədli filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər FransaİsveçTürkiyəRusiyaGürcüstanÇexiyaRumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib. 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya sənəti” kafedrasının müdiri və dosenti (1998-2006), Beynəlxalq Audiovizual Festivalın direktoru (2000-2005), Azərbaycan Dövlət Film Fondunun direktoru (2006-2013), AzTV Mədəniyyət kanalının direktoru (2011-2013), İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru (2013-2018), Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun mudiri (2018-2019), “Azərbaycanfilm” kinostudiyasının direktoru (2019-2020) olub. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin professoru və Azərbaycan Dövlət Film Fondunun direktorudur. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibidir (2012-ci ildən). “Humay” Milli Mükafatına (1998), “Əməkdar incəsənət xadimi” fəxri adına (2005), “Akademik Yusif Məmmədəliyev” medalına (2007), “Zirvə” mükafatına (2010), “Fəxri mədəniyyət işçisi” adına (2013), 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə (2018) və 2019, 2020, 2021, 2022-ci illərdə Prezident Mükafatına layiq görülüb. 1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının, 1996-cı ildən Azərbaycan Jurnalistlər İttifaqının, 2010-cu ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür. 2009-cu ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilmişdir

Rejissor Cəmil Quliyev professor Elşad Quliyevin oğludur.

  1. https://teleqraf.com/news/art/335934.html
  2. https://azertag.az/xeber/Cemil_Quliyev_Azerbaycan_kinosunun_hazirki_inkisafi_umummilli_lider_Heyder_Aliyevin_adi_ile_baglidir-2373629
  3. https://525.az/news/77568-cemil-quliyev-yeniden-itv-nin-bas-direktoru-vezifesine-namizedliyini-verdi
  4. https://az.trend.az/azerbaijan/culture/2050938.html
  5. https://news.milli.az/culture/129370.html

FİLMOQRAFİYA: 

  • Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – aktyor (Kərimov)
  • Marş (1982, qısametrajlı bədii film) – rejissor
  • Balıq günü (1983, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
  • Bayramda yağış (1985, qısametrajlı bədii film) – rejissor
  • Köç (1986)
  • Bu da bir naxışdır (1987)
  • Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – rejissor
  • Qarət (1988)
  • Murad-sad (1988, qısametrajlı bədii film) – aktyor
  • Şirbalanın məhəbbəti (1991, tammetrajlı bədii film) – rejissor, aktyor (Nazlının qohumu)
  • Ekskursiya (1991)
  • Subaylarınızdan görəsiniz (1991)
  • Banqladeş qonaqları (1992, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  • Etiraf (1992, tammetrajlı bədii film) – ssenari müəllifi, bədii rəhbər
  • Həsənbəy Zərdabi (1992, qısametrajlı sənədli film) – rejissor
  • Qovlar (1992, qısametrajlı sənədli film) – rejissor
  • Yol (1993)
  • Qala (1994)
  • General de Qol (1995)
  • Yarasa (1995, tammetrajlı bədii film) – bədii rəhbər
  • Ömər Eldarov (1997)
  • General Hüseyn Rəsulbəyov (1998, qısametrajlı sənədli film) – rejissor
  • Kədərimiz… Vüqarımız… (1998, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  • Hotdoq (1998, qısametrajlı bədii film) – aktyor
  • Otel otağı (1998, tammetrajlı bədii film) – aktyor (türk)
  • Nə gözəldir bu dünya… (1999, tammetrajlı bədii film) – aktyor (həkim)
  • Nəsrulla Nəsrullayev (1999, qısametrajlı sənədli film) – rejissor
  • İzzət Orucova (2000, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  • Kinorejissor Arif Babayev (2000, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  • Bir ömrün sədasl (2000)
  • Kinorejissor Həsən Seyidbəyli (2002, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  • Həyatın duzu (2003, qısametrajlı bədii film) – aktyor
  • Fikrət Əmirov (II) (2004, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  • Nəfəs (2007, qısametrajlı bədii film) – bədii rəhbər
  • Qocalar (2008, qısametrajlı bədii film) – məsləhətçi
  • Bir addım (2009, qısametrajlı bədii film) – bədii rəhbər
  • Adın sirri və tale. Qurban Səid (2010, qısametrajlı sənədli film) – bədii rəhbər
  • Sahə (2010, tammetrajlı bədii film) – bədii rəhbər
  • Mayak (2012, qısametrajlı bədii film) – kreativ prodüser
  • Qara bağ (2015, qısametrajlı bədii film) – bədii rəhbər
  • Məni izləyən müəmma (2019) – məsləhətçi
  • Titrəmə (2020) – prodüser
  • Sizə məktub var (2020) – prodüser
  • Daxildəki ada (2020) – prodüser
Əlaqə:050 202 31 13; 050 513 33 26
Ünvan:Bəsti Bağırova 11, mənzil 3.