Cəmil Əmirov

Bəstəkar
(03.05.1957)

Cəmil Fikrət oğlu Əmirov 3 may 1957-ci ildə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun ailəsində anadan olub. 1965–1975-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində təhsil alıb.1975–1980-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) Bəstəkarlıq fakültəsində Cövdət Hacıyevın sinifini bitirib.Daha sonra 1980–1982-ci illərdə aspirantura təhsili alıb.

Azərbaycan Dövlət Kamera Orkestri (1978–1983), Fortepiano və klavesin ifaçısı kimi Azərbaycan Televiziya və radio Komitəsinin “Qobustan” estrada – folklor ansamblının rəhbəri (1983−1985), Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1985–1989), Azərbaycan Dövlət “Muğam” teatrının musiqi rəhbəri (1989−1990), Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1990 – 1991), Azərbaycan Dövlət Kamera Orkestrinin fortepiano və klavesin alətinin solisti, “Qaya” Dövlət estrada-simfonik orkestrinin musiqi rəhbəri (1991−1992), Bakı şəhər Mədəniyyət idarəsinin Caz klubun rəhbəri (1992), R.Babayevin rəhbərlik etdiyi “Cəngi” ansamblı (1992−1995), Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi (2009-cu ildən bugünə qədər) vəzifələrində çalışıb.

Cəmil Əmirov Gənclər və tələbələrin Ümümdünya festivalı (Moskva,1985), Beynəlxalq caz festivalı (Tbilisi, 1986), “Gaudemus” Beynəlxalq musiqi həftəsi (Bolqarıstan-1988, Hollandiya-1989), Etno musiqisinin Ümümdünya festivalı (Hamburq, 1999, Dakar, Sineqal 1993), “Gülüm” layihəsinin iştirakçısı, “SAVAB” ansamblının musiqi rəhbəri (Bakı, 2002), Etnomusiqinin Ümümdünya festivalında “SAVAB” ansamblının musiqi rəhbəri (İstanbul, 2005), Ümümdünya caz festivalı (Astana,2006) və s.musiqi festivallarında  çıxış edib.

Bir sıra sənədli və animassiya filmlərinə, tamaşalara musiqi bəstələyib, müxtəlif tərkibli ansambllar üçün instrumental musiqinin və mahnıların müəllifidir. F.Əmirov və C.Hacıyevin həyat və yaradıcılıqları haqqında bir neçə populyar qəzet və jurnallarda məqalələri çap olunub. H.Əliyev fondu tərəfindən nəşr olunan “F.Əmirov — Ömrün səhifələri” və əsərlərindən ibarət antologiyanın müəllifidir.

Cəmil Əmirov “Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi” (16 sentyabr 2006), “Azərbaycan Respublikasının Xalq Artisti” (27 may 2018), Azərbaycan Respublikası Prezidentinin mükafatı (6 may 2016), (1 may 2017), (9 may 2018), (10 may 2019), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (7 may 2020) fəxri adlarının və mükafatlarının sahibidir.

Bəstəkar Cəmil Əmirov bəstəkar Fikrət Əmirovun oğludur.

Bəstəkar Cəmil Əmirov bəstəkar Aidə Əmirovanın oğludur.

Bəstəkar Cəmil Əmirov musiqiçi Sevil Əmirovanın qardaşıdır.

  1. https://jazz.az/az/members/cemil-emirov/
  2. https://edebiyyatqazeti.az/news/incesenet/5884-cemil-emirov-musiqi-onun-heyatinin-menasi-idi
  3. https://citylife.az/content/az/3623/cemil-emirov-ve-quotsavabquot-qrupunun-konserti
  4. https://xeber.azeri.net/medeniyyet/cemil-emirov-indi-danisan-coxdur-is-goren-ise-az

FILMOQRAFIYA:

  1. Bir dəfə görmək… (1984, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  2. İkinci həyat (1984, qısametrajlı sənədli film) – bəstəkar
  3. Sakit Yonun macəraları (1985, animasiya filmi) – bəstəkar
  4. Təkəlduz (1985, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  5. Armudu (1986, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  6. Talada ev (1986, animasiya filmi) – bəstəkar
  7. Həvəskarlar və ya peşəkarlar (1987, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  8. Oktyabr və Azərbaycan (1987, qısametrajlı sənədli film) – bəstəkar
  9. Bahar əyləncələri (1989, animasiya filmi) – bəstəkar
  10. Dəvətnamə (1989, qısametrajlı bədii film) – bəstəkar
  11. Oyun (1996, qısametrajlı bədii film) – bəstəkar
  12. Qudyalçay (2001, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  13. Fikrət Əmirov (II) (2004, qısametrajlı sənədli film) – məsləhətçi
  14. Xarı bülbüllər (2005, qısametrajlı bədii film) – bəstəkar
  15. Top həm düşər, həm qalxar (2011, qısametrajlı sənədli film) – bəstəkar
Cemil Emirov-1
Kontakt:
Ünvan: